Cümə günü, 27 noyabr 2026
     

İŞİD "Çeçenistanı, İnquşetiyanı, Dağıstan və Kabardin-Balkarı tutdu"

Image


Fəaliyyətini hələ də davam etdirən və sıralarına yeni qüvvələr cəlb edən İŞİD terror qruplaşmasının Qafqaz üçün yaratdığı təhdid artır. Buna əsas səbəb İŞİD-in Qafqaza getdikcə daha çox maraq göstərdiyini rəsmən bəyan etməsidir. Daha bir təhlükəli məqam Qafqazda radikal qruplaşmaların İŞİD-ə getdikcə daha çox bağlanmalarıdır. Bütün bunlar fonunda isə İŞİD ona məxsus Şimali Qafqaz vilayətinin yaradıldığını elan edib.
Terror qruplaşmasının ikinci şəxsi Əbu Məhəmməd əl Adnaninin sözlərinə görə, vilayətin tərkibinə Çeçenistan, İnquşetiya, Dağıstan və Kabardin-Balkar daxildir. Yeni vilayətə rəhbər vəzifəsinə isə Əbu Məhəmməd Kadarski təyin edilib. Belə bir vaxtda Şimali Qafqaz döyüşçüləri tam heyətdə terror qruplaşması və onun lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içiblər. Məlumata görə, İŞİD və onun liderinə sədaqət andı içən "Qafqaz Əmirliyi" təşkilatı Şimali Qafqazın bütün regionlarını əhatə edir. Bununla bağlı müvafiq videoçarxda göstərilir ki, "Qafqaz Əmirliyi"nin bütün döyüşçüləri bu qərarda vahid fikrə malikdir. Bu, Şimali Qafqaz döyüşçülərinin İŞİD-ə sədaqət andı içməsi ilə bağlı birinci hadisə deyil. Bu vaxta qədər Şimali Qafqaz döyüşçülərinin ayrı-ayrı liderləri İŞİD-ə sədaqət andı içdiyini elan edib. 2014-cü ilin noyabrında Dağıstanın Xasavyurt rayonunda hərəkət edən döyüşçülərin lideri, Çeçenistan Respublikasının sakini Suleyman Zaylanabidov terror təşkilatının liderinə biət edib. O, 6 iyun 2015-ci il tarixdə Xasavyurt rayonunun Komsomol kəndi ərazisində öldürülüb.
2014-cü ilin payızında "Xəzər" qrupunun rəhbəri Muqutdin Mazanov İŞİD-ə sədaqət andı içib. 19 dekabr 2014-cü ildə Mahaçqala sektorunun lideri Arslanali Kambulatov eyni addımı atıb. O, 24 aprel 2015-ci ildə Dağıstanın Yeni Paraul kəndində xüsusi əməliyyatın gedişatında öldürülüb.
Rəsmi məlumatlara görə, MDB ölkələrindən təxminən 1,5 min nəfər İŞİD-in sıralarında vuruşur. İŞİD sıralarında vuruşan 850 nəfərin əksəriyyəti Şimali Qafqaz, xüsusilə Çeçenistan Respublikasının sakinidir. Hələ 2014-cü ilin sentyabrında sosial şəbəkələrdə videomüraciət yerləşdirən döyüşçülər Rusiya prezidenti Vladimir Putini Qafqaza "azadlıq" yürüşü ilə hədələyiblər.
Bu il aprelin 20-də Dağıstanda keçirilən xüsusi əməliyyatın gedişatında "Qafqaz Əmirliyi"nin başçısı, Doku Umarovun varisi Əliaşxab Kebekov öldürülüb. Həmin vaxt bəziləri bildirdi ki, Kebekovun ölümü başsız qalan döyüşçülərin İŞİD-in təsiri altına keçməsini sürətləndirəcək. Bəziləri isə hesab edirdi ki, Kebekovun qətli Şimali Qafqazdakı vəziyyətə, həmçinin İŞİD və "Qafqaz Əmirliyi" arasındakı münasibətlərə təsir etməyəcək. Amma yuxarıda bərəsində bəhs edilən videomüraciət birincilərin haqlı olduğunu göstərdi. Qeyd edək ki, "Qafqaz Əmirliyi", Rusiya və ABŞ-la yanaşı, bir çox ölkələrdə terror təşkilatı kimi tanınır. Beləliklə, İŞİD Qafqaz üçün də potensial təhdid mənbəyi qismində çıxış etməyə başlayır. Aydındır ki, bu təhlükə regionun digər ölkələri, o cümlədən Azərbaycan üçün də müsbət heç nə vəd etmir.
Baş verənlər şimal sərhədlərimizdə böyük təhlükə mənbəyinin yaranmaqda olduğunu göstərir. Burada, xüsusən də Dağıstanda İŞİD-ə qoşulanların sayı artır. Artıq ölkənin hüquq-mühafizə orqanları İŞİD-in tərkibində döyüşmək üçün Suriyaya gedən ən azı 20 yerli sakini beynəlxalq axtarışa verib. Bu haqda situasiya ilə tanış olan mənbə "İnterfaks"a bildirib: "İlin əvvəlindən ən azı 20 Dağıstan sakini qiyabi olaraq ittiham olunub, həbs edilib və ya İnterpol xəttilə beynəlxalq axtarışa verilib. Onlar Suriyadakı terrorçuların yanına gediblər". Mənbənin bildirdiyinə görə, çoxsaylı cinayət işləri sübut edir ki, "cihadçılar" Suriyaya Türkiyə ərazisindən keçir": Terrorçuların Misirdə də təlim düşərgəsi var. Orada onları hazırlayır, ərəb dili öyrədir, sonra Suriyaya göndərirlər". Dağıstandan İŞİD-ə qoşulmaq üçün gedənlər həm kiçik dağ kəndlərinin, həm də iri şəhərlərin sakinləridir. Onlar əsasən 30 yaşlarında gənclərdir. Gedənlərin bəziləri yaxınları ilə telefon əlaqəsi saxlayır.
İŞİD digər MDB ölkələri üçün də təhdid mənbəyi olaraq qalır. Məsələn, Tacikistanın sərhəd qoşunlarının komandanı Rəcəbəli Rahmonəli bildirib ki, əməliyyat məlumatlarına əsasən, sözügedən terrorçu qruplaşmasının 1500 nəfərdən çox yaraqlısı Əfqanıstanın şimalında, Tacikistan sərhədləri yaxınlığında cəmləşib. Tacik komandan "Taliban" və "əl-Qaidə", "Özbəkistan İslam hərəkatı" və "Ansarullah" qruplaşmalarının da yaraqlılarının Tacikistan sərhədində cəmləşdiklərini deyib: "Onlar Əfqanıstanın hökumət qüvvələrinə qarşı Tacikistan sərhədlərinin bilavasitə yaxınlığında fəal döyüş əməliyyatları aparırlar". Komandanın dediyinə görə, Əfqanıstanın Tacikistanla həmsərhəd Tahar, Gündüz və Bədəxşan əyalətlərində gərgin vəziyyət hökm sürür.
Rahmonəli bildirib ki, Tacikistan və Əfqanıstan sərhəd xidmətləri arasında sıx əməkdaşlıq var və yaraqlı dəstələrinin hərəkəti barədə əməliyyat məlumatları müntəzəm daxil olur. Hazırda Türkmənistan üçün də İŞİD getdikcə ciddi təhdidə çevrilir və o üzdən bu ölkə də mümkün İŞİD hücumuna qarşı intensiv hazırlıq görür.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ