Cümə günü, 27 noyabr 2026
     

7 maddəlik gizli İsrail-Səudiyyə planlarında Türkiyə məsələsi...

Image


"İsrail ərəblərlə barışmalı, İranda rejim dəyişməli, Türkiyə ilə sərhəddə Kürdüstan dövləti qurulmalıdır", plana ABŞ-dan dəstək olduğu deyilir

Türkiyənin regionda mövqeyini zəiflətmək, bu ölkənin Yaxın Şərqlə bağlı siyasətində Qərbin maraqlarına uyğun prizmadan çıxış etməsinə nail olmaq üçün kürd kartı daha intensiv şəkildə gündəmə gətirilir. Proseslər bu qənaətə gəlməyə əsas verir ki, Türkiyənin diqqətinin yaxın illər üçün kürd faktoru üzərində cəmləşdirilməsi xarici dairələrin xüsusi maraq çevrəsindədir.
Bu məsələdə əsas fəallıq hazırda ABŞ-a, bəzi ərəb ölkələrinə və Türkiyə ilə münasibətləri son illərdə xeyli pisləşmiş İsrailə məxsusdur.
Maraqlı qüvvələr indiki məqamda Türkiyə üçün kürd faktorunun, daha doğrusu müstəqil kürd dövlətinin yaradılmasının daha çox təhlükə törədə biləcəyinin fərqindədir. Elə bu səbəbdən son aylarda belə bir dövlətin yaradılması məsələsi aktual şəkildə gündəmə gətirilir. Məsələn, Türkiyənin "Sabah" nəşri bu günlərdə belə bir məlumat yaymışdı ki, diplomatik əlaqələri olmayan Səudiyyə Ərəbistanı və İsrailin 2014-cü ildən bu yana 5 dəfə gizli şəkildə masaya oturduqları və 7 maddəlik bir plan hazırladığı ortaya çıxıb. Planın Türkiyəni yaxından maraqlandıran hissəsi sərhəddə bir kürd dövlətinin qurulmasıdır. Səudiyyə Ərəbistanı və İsrailin xarici siyasətinə istiqamət verən şəxslər bu ayın əvvəlində ABŞ-ın paytaxtı Vaşinqtonda görüşüblər. İki ölkənin nümayəndələri müxtəlif tarixlərdə Hindistan, İtaliya və Çexiyada bir araya gəliblər. Yeddi bəndlik planda İsrail və ərəblər arasında sülhün əldə edilməsi, İranda rejim dəyişikliyi, ortaq bir ərəb ordusunun yaradılması və Türkiyə sərhədində müstəqil kürd dövlətinin qurulması kimi məsələlər yer alıb.
Vaşinqtonda keçirilən toplantıda Səudiyyə Ərəbistanının hökumət məsləhətçisi Ənver Eşki qeyd edib ki, bölgədə Türkiyə, İran və İraqın hədəflərinə maneə törədilməsi üçün "Böyük Kürdüstan" qurulmalıdır. Gizli toplantılarda İsraili Dore Gold təmsil edib. ABŞ-ın da bu istiqamətdə planlara dəstək verdiyi vurğulanır. Xatırladaq ki, elə ötən ay belə məlumat da yayıldı ki, ABŞ vitse-prezidenti Co Bayden Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaniyə müstəqil Kürdüstan vədini verib. Bayden kürd liderə deyib":İkimizin də ömrü kürd dövlətini görməyə çatacaq". Köməkçisi Korset Rəsulun sözlərinə görə, Bərzaninin Vaşinqton səfəri zamanı kürdlərin gələcəyi geniş şəkildə müzakirə olunub: "Artıq qonşu ölkələrin bizlə necə bir əlaqə quracaqlarını gözləyən deyilik. Bağdadda yeni bir rəhbərlik var, yardım edəcəyik. Ancaq bu, millətimizin qanuni haqqından imtina edəcəyimiz anlamına gəlmir". Kürdüstan muxtariyyətinin rəsmisi onu da bildirib ki, Obama Bərzani ilə görüşdə Kürdüstan dövlətinin yaradılmasının vacibliyini, ancaq indiki dövrdə İŞİD-lə mübarizənin daha önəmli olduğunu qeyd edib.
Rəsmi səviyyədə isə ABŞ fərqli açıqlamalar verir. ABŞ-ın Türkiyədəki səfiri Con Bass qeyd edir ki, ABŞ kürd dövlətinin yaradılmasına dəstək vermir. Onun sözlərin görə, ABŞ-ın Türkiyə sərhədləri yaxınlığında demoqrafik şəraitin dəyişdirilməsini planlaşdırdığı haqqında xəbərlər həqiqətə uyğun deyil":Bizim heç bir məqsədimiz, proyektimiz yoxdur. ABŞ regiondakı sərhədlərin dəyişdirilməsinin əleyhinədir. Bəli, biz İŞİD-ə aviazərbələr endirən zaman kürdlərin Demokratik İttifaq Partiyası (PYD) ilə birgə hərəkət etmişik. Amma bununla belə, biz İŞİD-ə qarşı vuruşan bütün Suriya müxalifətinə də dəstək göstərmişik". Qeyd edək ki, Türkiyədən fərqli olaraq, Amerika PYD-ni PKK-nın qolu hesab etmir.
Hazırda isə kürdlər Türkiyə ilə sərhəddə mövqelərini sürətlə möhkəmləndirməkdir. Xüsusən də strateji əhəmiyyətli Tel-Abyad şəhərciyini İŞİD-dən təmizləmələri onların mövqeyinə xeyli təsir edib. İndi Türkiyənin Suriya və İraqla olan sərhədinin böyük hissəsinin, yəni Kobanidən Qamışlıya qədər olan yerlərin kürdlərin nəzarətinə keçməsi bölgədə onların mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Hazırda kürdlər sürətlə İŞİD-in paytaxtı Rakkaya doğru irəliləyərək öz ərazilərini genişləndirməklə Rojava arzularını gerçəkləşdirirlər. Rojava Suriyanın kürdlər yaşayan ərazilərinin ümumi adıdır. Bu isə bölgədə kürd dövlətinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir. Özü də bölgədə kürdlər digər millətləri sıxışdırır və bu, İraqda özünü daha çox göstərir. Türkman millət vəkili Hasan Özmən qeyd edir ki, türkman iş adamları kürd peşmərgələri tərəfindən təzyiqə məruz qalır. Onun sözlərinə görə, kürdlər qəsdən Kərkükdəki türkmanların sayının azalmasına şərait yaradırlar: "Kərkükdəki demoqrafik quruluş qəsdən dəyişdirilir. Buradan gedənlər geri dönmür. Peşmərgə Kərkükü savaş qəniməti kimi görür. Buna görə də türkmanların olduğu bütün sektorlardakı iş adamları hədəfə alınır. İŞİD zülmünün yerini indi də kürd peşmərgələri alıb. Kürdlər Kərkükdə əsas sabitliyin onlara aid olduğunu iddia edirlər. Onlar burada başqa qüvvəyə ehtiyacın olmadığını söyləyirlər. Türkmanların vəziyyəti getdikcə pisləşir. Biz hazırda dağılmış vəziyyətdəyik". Eyni hal Suriyada da özünü göstərir. Bütün bunlar isə xaricdən dəstəklənən kürdlərin bölgədə təsir dairəsini xeyli artırır.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ