şənbə günü, 31 oktyabr 2026
     

Azərbaycan BRİCS-ə yeni bazar marşrutları açır - Zəngəzur-Naxçıvan, Balakən-Gürcüstan, Qazax-İcevan...

Image


Kazanda başa çatan BRİCS-in 16-cı sammiti beynəlxalq siyasətdə əlamətdar hadisəyə çevrildi. O, ilk növbədə Qərbin yeganə və əsas qlobal güc mərkəzi olmadığını dünyaya nümayiş etdirdi. 

Eyni zamanda, bu beynəlxalq klub, hətta yeni genişləndirilmiş formatında belə, Qərblə münasibətləri necə quracağına dair ümumi dəyər prinsipləri və ümumi baxışı olan həmfikir ölkələrin birliyinə çevrilmədi.

Sammitin yekun tədbiri "Outreach"/"BRICS+" formatında baş tutub. Tədbirdə 36 dövlətin, eləcə də beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən BMT-nin baş katibi Antonio Quterreş iştirak edib. Təbii ki, hökumət rəhbərləri də orada idilər. Tədbir BRİCS-in daha geniş qarşılıqlı fəaliyyətində maraqlı olan ölkələrlə dialoqa və perspektivlərə həsr olunub. Sonuncu tədbirin gündəliyi belə olub: davamlı inkişaf, yoxsulluğun aradan qaldırılması, iqlim dəyişikliyinə uyğunlaşma, texnologiya və bilik mübadiləsi, terrorizmlə mübarizə, transsərhəd cinayətlər və münaqişələrin sülh yolu ilə həlli məsələləri. Tədbirdəki çıxışında Azərbaycan prezidenti İlham Əliyev bir sıra məqamlarla yanaşı, ölkəmizin nəqliyyat logistika omkanlarına diqqət çəkib: "Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq". Rusiya prezidenti Vladimir Putin bu fonda vurğulayıb ki, Azərbaycanın rolu, xüsusilə logistika dəhlizlərinin inkişafında çox mühümdür. BRICS dövlətləri arasında artan əmtəə dövriyyəsi fonunda Azərbaycanın nəqliyyat imkanları ümumiyyətlə qurum üçün müstəsna əhəmiyyət kəsb edəcək.  Bu da ondan irəli gəlir ki, son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Yeni hava limanlarının, gəmilərin inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat-logistika mərkəzinə çevrildiyini göstərir.  Burada bir mqəamı da nəzərə almaq lazımdır ki, Azərbaycanın şimalında və cənubunda yerləşən dövlətlərin sanksiyalarla üzləşməsi bölgədə yükdaşımaların marşrutlarına da təsir edib. Bu fonda Şimal-Cənub nəqliyyat dəhlizi Rusiyanın Azərbaycan üzərindən cənuba çıxışını təmin edir. Həmçinin Hindistanın yüklərinin üzü şimala daşınması da sözügedən dəhliz üzərindən həyata keçirilir. Cənub-Qərb marşrutu isə Fars körfəzi ilə Qara dəniz limanlarını əlaqələndirəcək. Bu baxımdan, İranın Azərbaycan üzərindən Gürcüstanın Qara dəniz limanlarına çıxışını təmin edəcək. Ermənistanla münasibətlərin normallaşması Fars körfəzindən gələn yüklərin qismən Naxçıvan, Ermənistan və Gürcüstan üzərindən daşınmasının təmini üçün şərait yaratmış olacaq. Avropa-Qafqaz-Asiya marşrutu və onun şaxələri kimi formalaşmış yeni dəhlizlər, Orta dəhliz - Çin-Qazaxıstan sərhədindən, Xəzəri keçməklə Azərbaycan və Gürcüstandan ötüb, Qara dəniz üzərindən daşımalar tələbatlı və aktualdır. Gələcəkdə Zəngəzur-Naxçıvan, Balakən-Gürcüstan, Qazax-İcevan istiqamətində dəmiryollarının istifadəsi balaca bir regionda bir yox, bir neçə çıxışın təmin edilməsi deməkdir. Nəticədə, ölkə üzərindən daha çox yükün qəbul edilib, ötürülməsi həyata keçiriləcək.

 

Təbii ki, BRİCS-lə əməldaşlıq Azərbaycanın da öz maraqlarına cavab verir. Bu xüsusda misirli ekspert, Davamlı İnkişaf üçün Qlobal Strategiya İnstitutunun  baş direktoru Şadi Abuzeyd qeyd edir: "Azərbaycan BRICS ölkələri, xüsusən də Çin, Hindistan və Braziliya kimi böyük iqtisadiyyatlarla daha çox ticarət etməklə bazarlarını genişləndirmək imkanı qazanır. Bu, onun ənənəvi bazarlardan asılılığını azaltmağa kömək edə bilər. Azərbaycan bu təşkilata qoşulmaqla BRICS ölkələrinin geniş və müxtəlif bazarlarına daha yaxşı çıxış əldə etmək fürsətinə də sahib olacaq. Bu ölkələr dünya ÜDM-nin və əhalisinin əhəmiyyətli hissəsini təşkil edir ki, bu da Azərbaycan məhsulları, o cümlədən enerji, kənd təsərrüfatı və qeyri-neft sektorları üçün yeni ticarət yolları aça bilər. Azərbaycan bir region və ya ölkələr qrupundan asılılığını azaldaraq, Avropadan kənarda ticarət tərəfdaşlarını və ənənəvi bazarlarını şaxələndirmək iqtidarındadır. Bu, digər sahələrdə geosiyasi və iqtisadi dalğalanmalarla bağlı riskləri azaltmağa kömək edəcək. Azərbaycan infrastruktur layihələri və iqtisadi inkişafı dəstəkləyən BRICS Yeni İnkişaf Bankının kreditləri və investisiyalarından faydalana bilər. BRICS-də üzv olmaqla investisiya cəlb edə bilər. Xüsusilə Çin və Hindistan getdikcə daha çox xaricə sərmayə qoymağa çalışır və Azərbaycan bu tendensiyadan nəqliyyat, texnologiya və turizm kimi kritik sektorlara investisiya cəlb etmək üçün istifadə etmək olar. BRICS beynəlxalq əməliyyatlar üçün ABŞ dollarına alternativlərin yaradılması imkanlarını araşdırarkən, Azərbaycan daha çox valyuta sabitliyindən, ABŞ dolları və ya avro kimi əsas valyutaların dəyişməsinə məruz qalmanın azalmasından faydalana bilər. Bu, əməliyyat xərclərini azalda və ticarət balansını yaxşılaşdırmasına səbəb olacaq. Həmçinin, BRICS-ə qoşulmaq Azərbaycana öz maliyyə sektorunu digər BRICS ölkələri ilə inteqrasiya etməyə imkan verəcək, ticarət və investisiya axınını asanlaşdıra biləcək bank, maliyyə xidmətləri və fintech sahəsində əməkdaşlığı təşviq edəcək. Azərbaycan əsas enerji ixracatçısıdır və BRICS ölkələrinin, xüsusən də Çin və Hindistanın enerjiyə yüksək tələbatı var. Üzvlük uzunmüddətli enerji təchizatı sazişlərinə, neft-qaz kəşfiyyatı və infrastrukturun inkişafı sahəsində birgə müəssisələrin yaradılmasına, Azərbaycanın qlobal enerji bazarlarında əsas oyunçu kimi rolunun daha da güclənməsinə səbəb ola bilər. Bundan əlavə, bu təşkilata üzvlük BRICS ölkələrindən, xüsusən də Azərbaycanın enerji infrastrukturuna investisiya cəlb etmək mümkündür. Rusiya, Çin və Hindistanın inkişafı, emalı və bərpaolunan enerji sahəsində təcrübəsi olan şirkətlər Azərbaycana öz enerji sektorunu modernləşdirməyə və genişləndirməyə kömək etmək gücünədədir. BRICS-ə qoşulmaq Azərbaycanın dünyanın bəzi ən böyük iqtisadiyyatları ilə əlaqələrini gücləndirəcək, qlobal məsələlərdə daha sıx əməkdaşlığa qapı açacaq".

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ