şənbə günü, 31 oktyabr 2026
     

Qərbin Gürcüstanı vassala çevirmək cəhdləri boşa çıxır

Image


Gürcüstan vətəndaşları oktyabrın 26-da parlament seçkilərinə qatılmaq üçün səsvermə məntəqələrinə üz tutacaqlar. Bu səsvermə ölkənin indən belə hansı yolu seçəcəyini müəyyənləşdirəcək.   

2012-ci ildən hakimiyyətdə olan "Gürcü Arzusu" seçkiləri sülh və savaş arasında seçim adlandırıb. İqtidar partiyasının fikrincə, müxalifət hakimiyyətə gələrsə, bu, Gürcüstanı Rusiya ilə daha bir müharibəyə sürükləyəcək.

Müxalifətin gözündə bu seçkinin sonucları Qərblə Rusiya, demokratiya ilə avtoritarlıq arasında seçim deməkdir. ABŞ və Avropa rəsmiləri də bu fikirləri öz çıxışlarında təkrarlayıb. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bu fonda qeyd edib: "Həqiqət anı olacaq bu səsvermədə gürcüstanlılar hansı yolu seçdiklərinə - Avropaya yaxınlaşmağa və ya ondan uzaqlaşmağa qərar verməlidirlər". Ekspertlər isə hesab edirlər ki, bu, Gürcüstanın daxili işlərinə birbaşa müdaxilədir. Onu da xatərladaq ki, "Gürcü Arzusu" Qərbin xoşuna gəlməyən mübahisəli qanunlar qəbul edib və bunu ölkədəki xarici təsirlərə dirəniş kimi əsaslandırıb. Söhbət "LGBT təbliğatı"nın yasaqlanmasını və xaricdən maliyyələşən QHT və media qurumlarının "xarici agent" kimi qeydiyyatdan keçməsini tələb edən qanunlardan gedir. Sonuncunun qüvvəyə minməsi yazda böyük etirazlara yol acıb. Seçkilər yeni elektoral sistem üzrə keçiriləcək. Parlamentə düşmək istəyən siyasi qüvvələr 5 faizlik həddi aşmalıdır. Bu, Gürcüstanın çoxsaylı və parçalanmış müxalifət partiyalarını bəlli dərəcədə əməkdaşlığa, həmin həddi adlaya biləcək koalisiyalar yaratmağa sövq edib. Nəticədə dörd müxalifət qüvvəsi formalaşıb: İndi həbsdə olan sabiq prezident Mixeil Saakaşvilinin rəhbəri olduğu keçmiş hakim "Vahid Milli Hərəkat" partiyasının başçılıq etdiyi "Gürcüstanın xilası üçün Birlik"; Bir vaxtlar "Vahid Milli Hərəkat" ilə bağlantılı şəxslərdən oluşan "Dəyişiklik naminə Koalisiya"; Eyni zamanda "Vahid Milli Hərəkat"a  və "Gürcü Arzusu"na bənzəməyə çalışan eklektik ideolojı baxışlı "Güclü Gürcüstan koalisiyası"; 2019-2021 illərdə "Gürcü Arzusu" hökumətinin baş naziri olmuş və sonradan onunla yollarını ayırmış Giorgi Qaxariyanın "Gürcüstan naminə" partiyası. Bu dörd siyasi qüvvə seçkiöncəsi vədlərində bəlli fərqliliklər göstərsə də, "Gürcü Arzusu"   partiyasını hakimiyyətdən uzaqlaşdırmaq məqsədi onları birləşdirir. Sözügedən siyasi qurumların dördü də prezident Salome Zurabişvilinin təklif etdiyi "Gürcüstan xartiyası"nı imzalayıb. Müxalifət qələbə çalarsa, tərəflər Qərblə yaxşı əlaqələri bərpa etmək və "Gürcü Arzusu" nun Qərbdə bəyənilməyən qanunlarını geri çağırmaqdan ötrü Zurabişvilinin texnokrat hökumət formalaşdırmasına razılıq verəcəklər.  Müstəqil namizəd kimi 2018-ci ildə seçilən və o vaxt "Gürcü Arzusu"nun dəstəklədiyi Zurabişvilinin prezidentlik dönəmi bu ilin sonunda başa çatır. Hakim partiyanın, ənənəvi olaraq, elektoral üstünlüyü var. Hökumət işçiləri və ailələri, təbii ki, iqtidardakı partiyaya səs verir. Qərb müşahidəçiləri ölkədəki əvvəlki seçkiləri tam olmasa da, legitim sayıb. "Gürcü Arzusu"nun liderləri bəyan ediblər ki, məqsədləri seçici səslərinin çoxu deyil, konstitusiya çoxluğunu - parlamentdə 150 yerdən 113-nü qazanmaqdır. Bu, onlara daha yekdil idarə imkanı verəcək. Onlar belə çoxluqla "antiLGBT qanunu"nu sərtləşdirəcəklərinə və əsas müxalifət partiyalarını yasaqlayacaqlarına söz veriblər. Hakim qüvvənin fikrincə, müxalifət partiyaları 2008-ci ildə Rusiyaya qarşı müharibəni təhrik etməkdə və ölkəni yeni müharibəyə sürükləməkdə məsuliyyət daşıyır.

Sonuclar bilinmədiyindən Gürcüstan cəmiyyətinin böyük bölümü seçkilərdən sonra baş verə biləcək iğtişaşlardan narahatdır. Gürcüstan öz tarixində ilk dəfə yeni elektron səssayma sistemindən yararlanacaq. Qalib qüvvənin səsvermə günü axşam saat 8-dən - məntəqələr bağlanandan bir-iki saat sonra bilinəcəyi gözlənilir.  Gürcüstanın "Xalqın Gücü" partiyasının üzvü, politoloq David Kartvelişvili bildirib ki, bəzi xarici qüvvələr Qərbin dəstəyi ilə qeyri-hökumət təşkilatları və müxalifəti maliyyələşdirərək ölkədə xaos yaratmağa çalışırlar: "Əgər bu cür cəhdlər olmasaydı, bəlkə də Gürcüstanda belə qütbləşmə yaşanmazdı. Lakin düşünürəm ki, bu, ciddi bir təsirə malik olmayacaq. "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası seçkiöncəsi verdiyi vədləri yerinə yetirməklə qütbləşməni aradan qaldırmağı bacaracaq". Kartvelişvili qeyd edib ki, bəzi hesabatlarda Gürcüstanda cəmiyyətin və medianın qütbləşməsinə toxunulur, lakin bu problem yalnız Gürcüstana aid deyil: "Bu cür hallara Amerika Birləşmiş Ştatlarında və Avropada da yerli və mərkəzi seçkilərdə rast gəlinir". O, həmçinin vurğulayıb ki, bu il keçiriləcək parlament seçkiləri müstəqil Gürcüstan tarixində mühüm yer tutacaq. Kartvelişvili əlavə edib ki, seçkilərlə əlaqədar olaraq 6 ay əvvəl Gürcüstana Avtoritar Arbitraj Komissiyasının üzvləri dəvət olunub. Bu komissiya Gürcüstandakı seçki mühitini qiymətləndirmək üçün müşahidələr aparıb. Bundan əlavə, Amerikadan gələn bir audit şirkəti də yenilənmiş elektron seçki sistemini yoxlayıb və texnoloji cəhətdən mükəmməl olduğunu təsdiqləyib. Hər iki qrupun hesabatları müxalifətin iradlarını əsassız çıxarıb. Politoloq bildirib ki, Avtoritar Arbitraj Komissiyasının ilkin qiymətləndirmələrində də Gürcüstanda seçki mühitinin sakit və rəqabətə açıq olduğu qeyd olunub. Gürcü ekspert Edişer Qvenitadze isə qeyd edir ki, Gürcüstan müxalifəti əslində müxalifət kimi deyil, xaricdən, əsasən də Qərbdən idarə olunan və ölkədə zorakı yolla hakimiyyət dəyişikliyi etmək istəyən "5-ci kolon" kimi fəaliyyət göstərir: "Məqsədləri Gürcüstanı və Cənubi Qafqazı Rusiya-Ukrayna müharibəsinə cəlb etməkdir. Xalq da bunu yaxşı anlayır". Ekspert qeyd edib ki, Gürcüstanda keçiriləcək parlament seçkilərində hakim "Gürcü Arzusu" partiyasının ən azı 60% səs toplayaraq qalib gələcəyi proqnozlaşdırılır. O, həmçinin Gürcüstan və Azərbaycan xalqlarının hər zaman birgə mübarizə apardıqlarını qeyd edib. Bildirib ki, Gürcüstanda müharibənin baş verməsi regionun təhlükəsizliyinə də mənfi təsir göstərə bilər: "Hazırda gürcü xalqı milli və xilas olma mübarizəsi aparır. Biz Şərq, Qərb, Cənub və Şimal dövlətləri ilə dostluq əlaqələri qurmağa çalışırıq, lakin ölkəmizdə ailə dəyərlərinə zidd olan halların normal qəbul edilməsinə icazə verməyəcəyik".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ