şənbə günü, 31 oktyabr 2026
     

Azərbaycanın logistik layihələri Putinin xüsusi marağını çəkdi...

Image


Abutalıb Səmədov: "Bu bir tərəfdən Azərbaycanın logistik imkanlarını bütün dünyaya xatırladır, digər tərəfdən Ermənistanı, onun Baş nazirini verdiyi sözü unutmamağa çağırır"

"Azərbaycanın tranzit dəhlizlər baxımından əhəmiyyəti çox böyükdür". Bunu Rusiya Prezidenti Vladimir Putin XVI BRICS Sammitinin "Outreach" / "BRİCS+" formatının ilk plenar iclasında bildirib.

Putin deyib ki, Azərbaycan və Rusiya arasında artan ticarət dövriyyəsi də xüsusi əhəmiyyət daşıyır.

Putin Kazanda Azərbaycandan bu barədə danışdı və dedi ki, Azərbaycan logistika dəhlizlərinin inkişafına böyük töhfə verir.

Bu daha açıq mənada nə deməkdir?

"Azərbaycanın logistik imkanlarını təkcə…"

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, "BRİCS"in Kazanda keçirilən sammitində Rusiya perzidentinin nəqliyyat dəhlizləri barədə məsələni xüsusi qeyd etməsi və Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulaması təsadüfi deyil: "Bu bir tərəfdən Azərbaycanın logistik imkanlarını bütün dünyaya xatırladır, digər tərəfdən Ermənistanı,  onun Baş nazirini verdiyi sözü unutmamağa çağırır. Yəni məlumdur ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinə görə, Orta Dəhlizin çox mühüm hissəsi olan və bizim "Zəngəzur dəhlizi" dediyimiz 43 kilometrlik yol, Ermənistandan keçən hissə Rusiya sərhədçilərinin nəzarətinə verilməlidir. Amma Paşinyan, sənədi imzalamasına baxmayaraq, bu tələbi yerinə yetirmıək istəmir və and-aman edir ki, bəyanatda belə bir müddəa yoxdur. Açıq şəkildə yazılıb, ancaq Paşinyan, qol çəkməsinə baxmayaraq, "belə bir müdəa yoxdur" deyir. Təbiidir, Azərbaycan maraqlıdır ki, "Zəngəzur dəhlizi" Rusiya sərhədçilərinin nəzarətində olsun. Çünki münasibətlərimizdə kifayət qədər gərginlik var, yola ermənilərin nəzarət etməsi ordan keçən həmvətənlərimiz üçün çox ciddi problemlər yarada bilər, ən əsası, təhlükəsizlik baxımından bu məqsədəuyğun deyil. Ermənilərin düşmənçilik hissi, çox təəssüf ki, keçməyib və nə qədər bu düşmənçilik var, ermənilərin ora nəzarət etməsi təhlükəlidir. Digər tərəfdən, ermənilərdəki terrora meyllilik də bütün dünyaya məlumdur. Ona görə də hesab edirik ki, bir müddət bu yola Rusiya sərhədçilərinin nəzarət etməsi Naxçıvandan Azərbaycanın əsas hissəsinə və əks istiqamətdə hərəkət edən ailələr, insanlar, yüklər üçün daha təhlükəsiz olardı. Ancaq Paşinyan bu tələbi qəbul etmək istəmir və ciddi şəkildə müqavimət göstərir. Çox təəssüf ki, İran da bu tələbə Paşinyandan daha kəskin etiraz edir və bu həmin bəndin icra olunmasında daha ciddi maneədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da "Zəngəzur dəhlizindən" danışarkən açıq şəkildə demişdi ki, dəhlizin açılmasında ən böyük maneə Ermənistan deyil, İrandır".

A.Səmədov vurğuladı ki, Azərbaycan ərazisindən keçən Orta Dəhliz çox mühüm əhəmiyyətə malik beynəlxalq nəqliyyat dəhlizidir və Çini Avropa ilə birləşdirən bir dəhlizdir. "Bu bir tərəfdən Çin, Qazaxıstan, Rusiya, Belarus və Avropa marşrutu ilə çəkilən Şimal Dəhlizinə alternativdir, digər tərəfdən Süveyş kanalından keçən dəniz yoluna alternativdir və çox mühüm əhəmiyyətə malik olan bir dəhlizdir. Təbiidir ki, Azərbaycan da buna çox mühüm əhəmiyyət verir və Ələtdə yaradılan Azad İqtisadi Zona bu dəhlizin əhəmiyyətini bir az da artırır. Eyni zamanda Azərbaycan ərazisindən digər bir dəhliz də keçir. Söhbət Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizindən gedir və dəhliz də, məlumdur ki, 2002-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanmış razılaşma əsasında fəaliyyət göstərir. Azərbaycan bu dəhlizin işə düşməsi üçün də çox ciddi addımlar atıb. Yeri gəlmişkən, biz Şimal-Cənub dəhlizinə 2005-ci ildə qoşulmuşuq. Hətta əsas problemin İran ərazisində olduğunu nəzərə alıb, bir neçə il bundan əvvəl İrana Rəşt-Astara dəmir yolunun tikilməsi üçün 500 milyon dollar kredit də vermişdik. Ancaq hələ də o yol istifadəyə verilməyib və İran bu məsələdə o qədər də tələsmir. Çox təəssüf ki, bu səbəbdən yüklərin daşınmasında ciddi çətinliklər ortaya çıxır. Digər tərəfdən, həm Hindistan, həm də İran Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsinin Ermənistandan keçməsinə cəhd göstərir və Azərbaycanı oyundankənar vəziyyərdə qoymağa çalışırlar. Ancaq bu təkcə onların istəyi ilə bağlı deyil, Ermənistan ərazisində tələb olunan infrastrukturlar yoxdur və bu yolların çəkilməsi üçün kifayət qədər vəsaitə ehtiyac vardı ki, bunu da nə Ermənistan verə bilər, nə də digər dövlətlər Ermənistana bu məsələdə yardım göstərmək niyyətindədir. Bu səbəbdən təbiidir ki, Azərbaycan artıq işlək Orta Dəhlizə malikdir və bunun üçün əvvəllər Bakı-Tiflis-Qars dəmir yolu da keçirdi, bunun əsas ağırlığını Azərbaycan öz üzərinə götürdü. İndi "Zəngəzur dəhlizinin" də işə düşməsi, təbiidir ki, burdan daşınan yüklərin həcmini xeyli artıracaq. Bundan başqa, Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" layihəsində də yaxından iştirak edir və Çin bu layihəyə milyardlarla dollar vəsait xərcləyib, bu layihə də çox mühüm əhəmiyyətə malik olan layihədir. 

Azərbaycanın logistik imkanlarını təkcə Rusiya qiymətləndirməyib, bütün dünya, dünyanın qabaqcıl ölkələri bu imkanları görürlər və təbiidir ki, bundan yararlanmağa, faydalanmağa çalışırlar. Eyni zamanda "Zəngəzur dəhlizinin" açılması üçün Ermənistana müəyyən təzyiqlər də göstərilir. Ancaq çox təəssüf ki, İranın tutduğu mövqe və Ermənistanın da bu məsələdə İranın yedəyində hərəkət etməsi bu prosesi ləngidir. Ancaq ümid etmək olar ki, həm sülh sazişinin imzalanmasına, həm "Zəngəzur dəhlizinin" açılmasına bir tərəfdən ABŞ-ın və onun mütəffiqlərinin, digər tərəfdən, Rusiyanın verdiyi dəyər qısa müddətdə o problemləri həll etməyə şərait yaradacaq. 

Azərbaycanla Rusiya arasında artan ticarət dövriyyəsinə gəldikdə isə, bu rəqəm o qədər də böyük deyil. Azərbaycan beynəlxalq hüquqa sadiqdir və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aşılmasında, sanksiyalardan yan keçilməsində iştirak etmir. Ancaq Ermənistan aktiv şəkildə yaranmış vəziyyətdən yararlanmağa çalışır və keçən il Rusiya ilə Ermənistanın ticarət dövriyyəsi 7 milyard dollardan artıq idisə, hələ il başa çatmayıb, amma artıq Ermənistanla Rusiyanın ticarət dövriyyəsi 8 milyard yarıma yaxınlaşıb. Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi keçən il 2 milyarddan bir az artıq olub. Baxmayaraq ki, bu sahədə də irəliləyiş var. Ancaq Azərbaycan qanunların yanından keçmək sahəsində ermənilər kimi "bacarıqlı olmadığı" səbəbindən Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi Ermənistanla Rusiya arasında olan ticarət dövriyyəsindən hardasa üç dəfədən çox azdır"-deyə A.Səmədov vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ