şənbə günü, 31 oktyabr 2026
     

ABŞ seçkilərində “xristian həmrəyliyi” faktoru önə çıxarılır - dünya üçün təhlükəli təzahür...

Image


Məhərrəm Zülfüqarlı: "Tramp da yaxşı bilir ki, Azərbaycanda heç zaman xristianlar təqib olunmayıb, bu erməni uydurmasıdır, amma o, bu saxta məsələdən seçkiqabağı kampansiyasında səs qazanmaq üçün istifadə edir" 

Son dövrlər bəzi xristian dövlətlər "xristian həmrəyliyini" həddindən artıq çox gündəmə gətirirlər, bununla bəşəriyyət üçün təhlükələr yaratmağa çalışırlar. Ümumiyyətlə isə, bu amildən daha çox prezidentliyə namizədlər istifadə edir. 

Götürək elə ABŞ-ın keçmiş prezidenti və hazırda prezidentliyə namizəd olan Donald Trampı. Tramp da əvvəlki seçki kampansiyasından fərqli olaraq, budəfəki seçki kampaniyasında "xristian həmrəyliyi" məsələsini əlində bayraq edib. Bu azmış kimi, Qarabağın adını da təhrif edib. 

ABŞ-də prezidentliyə namizəd Donald Tramp öz sosial şəbəkə hesabında yazdığı postda Qarabağı "Artsax" kimi təqdim  edib: "Kamala Harris 120 min erməni xristianın dəhşətli təqiblərə məruz qaldığı və "Artsax"dan zorla köçürüldüyü zaman heç bir şey etmədi. Kamala Harris ABŞ-nin prezidenti olarsa, dünyadakı xristianlar təhlükədə olacaqlar. Mən prezident olsam, təqib olunan xristianları müdafiə edəcəyəm, zorakılığı və etnik təmizləməni dayandıracağam. Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyəm".

Bunu Tramp yazıb və deyir ki, o prezident seçilməsə xristian dünyası "təhlükədə" olacaq. 

"Əlbəttə, bu kimi təhlükəli məsələdən bu şəkildə istifadə etmək ziyanlıdır"

Məsələyə şərh verən siyasi icmalçı, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə bildirdi ki, indiki dövrdə dünyanın əsas diqqəti Gürcüstan və Amerikada keçiriləcək seçkilərdədir. Bizi Gürcüstan daha çox maraqlandırır, çünki qonşu ölkədir. Amerika isə dünya güclərindən biridir, bu baxımdan bizim diqqətimizi cəlb edir. Amma hər iki seçkidə Rusiya-Amerika amili önə çıxır. Ona görə də, Amerikada keçiriləcək seçilərdə kimin qalib gəlməsi məsələsi müzakirə oluna bilər. Ancaq bir şeyi yadda saxlamaq lazımdır ki, demokratik ölkələrdə prezidentin, yaxud parlamentin seçdiyi baş nazirin sözü əsas olur. Prezidentli respublikadırsa prezidentin səlahiyyətləri çox olur, parlamentli respublikadırsa paralamentin seçdiyi baş nazirin üstünlüyü çoxdur.  Yəni bu, avtoritar rejimlərdən fərqlidir. Məsələn, biz Rusiya ilə ABŞ-ı müqayisə etsək, Amerika prezidentinin səlahiyyətində ancaq xarici siyasətdir və o daxili işə qarışmır, o halda qarışır ki, konstitutsiya pozulur və o da konstitutsiyanı bərpa etmək üçün addım atır, sonra isə çəkilir. ABŞ-ın güclü olmasının əsas səbəbi odur ki, ölkəni kiçik qəsəbədən tutmuş böyük ştatlara qədər seçkili qurumlar, bizim anlamda da desək, yerli özünüidarə qurumu olan bələdiyyələr idarə edir. Prezidentin bura qarışacağı yoxdur. Bu mənada Amerika Rusiyadan fərqlənir və inkişaf edən demokratik ölkədir. Rusiya ilə müqayisə etsək, Rusiya prezidenti, yadınızdadırsa, Ukrayna ilə müharibəyə başlamazdan əvvəl ətrafını televizora çıxardı və gözü ilə, qaşı ilə işarə göstərib məcbur etdi ki, müharibəni müdafiə etsinlər. Bir nəfər onun əleyhinə çıxmadı. Amma Amerikada bu ola bilməz. Orda prezident seçkilərində iki partiya - Demokratlar və Respublikaçılar iştirak edir, amma yerli idarəetmə orqanlarına seçkilərdə müxalifət partiyaları da iştirak edir. Ola bilsin, prezident Respublikaçı olsun, amma Konqresin, Senatın üzvlərinin əksəriyyəti Demokratlardan ibarət ola bilər. Yəni bu da perzidentin təkhakimiyyətliliyinə imkan vermir. Onun siyasətini tənqid edənlər, ona tənqidi yanaşan partiyalar, mətbuat və sair var. Ona görə də, prezident istədiyini edə bilməz". 

Trampın fikirlərinə gəlincə, M.Zülfüqarlı bildirdi ki, 

"xristian həmrəyliyi" və saxta "120 min erməni" amilindən Tramp seçki kampaniyasında uğur qazanmaq üçün istifadə edir. M.Zülfüqarlının fikrincə, ABŞ prezidentliyinə namizəd D.Trampın əsas məqsədi seçiciləri ələ almaq, seçkilərdə qalib gəlməkdir. "Tramp seçiciləri ələ almaq, onların səslərini qazanmaq üçün çox sözlər deyə, çox vədlər verə bilər, amma seçiləndən sonra onun üçün ABŞ-ın dövlət maraqları önə keçir. ABŞ Konqresi də, Senatı da, prezident də Amerikanın dövlət maraqlarından çıxış edir. İndiki dövrdə Azərbaycana münasibətdə Amerikanın mövqeyi məlumdur. Azərbaycan Rusiya ilə yaxındır, Ermənistan isə Qərbə yaxınlaşır, Paşinyan hökuməti Qərb səmtə üz tutur. Onların məqsədi odur ki, uzun illər Rusiyanın forpostu olan Ermənistanı Rusiyadan tamamilə qoparsınlar. Çünki Rusiyanın Ermənistanda hərbi bazaları var, Cənubi Qafqazda maraqları genişdir. Bu saat Gürcüstandakı seçkilərlə bağlı mübarizə gedir, Gürcüstanı yenidən tam öz əlinə keçirmək istəyir". 

M.Zülüfqarlı bildirdi ki, Azərbaycanın isə indiki dövrdə Rusiya ilə əməkdaşlığı, ikitərəfli müttəfiqlik müqaviləsi bağlaması, əlbəttə, Qərbin ölkəmizə olan münasibətini dəyişir. "Amma bu o demək deyil ki, bu elə bu cür də olacaq. Sabah vəziyyət dəyişsin, Rusiya-Ukrayna müharibəsi başa çatsın, Rusiya get-gedə zəifləyib imperiya parçalananda, şübhəsiz, Azərbaycan Qərbə daha çox lazımdır, nəinki kasıb, kiçik Ermənistan. Çünki Azərbaycanla Qərbin əlaqələri daha genişdir və Azərbaycanı müdafiə edən Qərb ölkələrindən biri İngiltərədir. Ona görə ki,  BP şirkəti Azərbaycanda neft yataqlarının istismarında uzun müddətdir ki, aparıcı rol oynayır. 

Bu baxımdan, biz narahat olmamalıyıq ki, Tramp prezident seçkiləri kampaniyasında "xristianlıq həmrəyliyindən" çıxış edib, erməniləri hansısa formada müdafiə edib. Bunlar hamısı seçiciləri ələ almaq üçündür. İnanıram ki, Amerikada kimin qələbə çalmasından asılı olmayaraq, Cənubi Qafqazda Rusiyanın mövqeyi zəiflədikcə Amerikanın hər üç respublikaya siyasəti eyni olacaq. Çalışacaq ki, burda Rusiyanın daha çox mövqeyi itirilsin". 

M.Zülfüqarlının sözlərinə görə, əslində xristian amilindən istifadə etmək eyni zamanda təhlükəli tendensiyadır. ABŞ-da prezidentliyə namizədlər də yaxşı bilir ki, "Artsax" deyilən bir qurum yoxdur, ora Azərbaycan torpağı Qarabağdır və 120 min erməni "qaçqını" söhbəti də yalandır. "Tramp da yaxşı bilir ki, Azərbaycanda heç zaman xristianlar təqib olunmayıb, bu erməni uydurmasıdır, amma o, bu saxta məsələdən seçkiqabağı kampansiyasında səs qazanmaq üçün istifadə edir. Əlbəttə, bu kimi təhlükəli məsələdən bu şəkildə istifadə etmək ziyanlıdır. Bu bütün bəşəriyyət üçün təhlükə yarada biləcək haldır. Amma hesab edirəm ki, Tramp bu fikirləri işlətsə də, prezident seçilsə bu "vədini" icra etməyəcək".

M.Zülfüqarlı onu da qeyd etdi ki, ABŞ-da prezidentliyiə namizədlər həmişə erməni faktorundan istifadə edir, bu da ABŞ-dakı ermənilərin səsini qazanmağa xidmət edən bir siyasətdir. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ