şənbə günü, 31 oktyabr 2026
     

Ermənistan Azərbaycanın şərtlərini bir-bir qəbul edə-edə gəlir - xəritə, ikitərəfli danışıq...

Image


Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və əməkdaşlıq münasibətlərinin qurulması üçün Bakının şərtləri İrəvan tərəfindən bir-bir qəbul edilir. Hadisələrin inkişaf axarı da bunu təsdiq edir. Məsələn, indi Ermənistan da, Azərbaycanın əvvəldən bəyan etdiyi kimi, münasibətlərin tənzimlənməsi ilə bağlı danışıqların daha çox ikitərəfli əsasda aparılmasını dəstəkləyir.

Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan bildirir ki, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı müzakirə vasitəçilər olmadan aparılmalıdır: "Əgər biz suveren dövlətiksə, Azərbaycanla vasitəçisiz danışıqlar aparmalıyıq. Mübahisələrin həlli proseduru çox mürəkkəbdir, lakin üçüncü ölkəni cəlb etsək, maraqların toqquşmasının necə olacağını bilmirəm. Vasitəçilər danışıqlarda iştirak etsələr, İrəvan və Bakı, özlərindən asılı olmayaraq, məcburi xarakter daşıyan risqlərlə üzləşə bilərlər". Bir daha qeyd edək ki, rəsmi Bakı da danışıqların ikitərəfli formatda aparılmasında maraqlıdır. Daha bir məqam odur ki, bu yaxınlaradək Ermənistan hökuməti sərhədin delimitasiya və demarkasiya prosesində həmin xəritələrə əsaslanmağa təkid edib. Azərbaycan isə bunun qeyri-məqbul olduğunu bəyan edib. İndi Mher Qriqoryan da etiraf edir ki, 1970-ci illərə aid sovet hərbi xəritələri Azərbaycanla sərhədin çəkilməsində tək texniki plan deyil. "Qraparak" nəşri yazır ki, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevin daha bir tələbini yerinə yetirdiyi üzə çıxıb. Nəşrin əldə etdiyi məlumata görə, Ermənistan hakimiyyəti sülh müqaviləsi layihəsinə Bakıda həbsdə olan erməni separatçıların  azad edilməsi məsələsini daxil etmək istəyib: "Lakin Azərbaycan buna qəti şəkildə etiraz edib, Ermənistan da sonda geri çəkilib. Paşinyan geri çəkilməni hakim komandaya belə izah edib ki, guya bununla Əliyevin sülh danışıqlarında istifadə edə biləcəyi məsələlərdən birini aradan qaldırıb. Hərçənd, mənbəmiz əsl səbəbin başqa olduğunu deyir. Məlumata görə, Paşinyan əslində özünü lazımsız başağrısından xilas edib. Ermənistan tərəfi bununla həm də  "artsax" rəhbərliyinin, Azərbaycanın təqdim etdiyi kimi, terrorçu olduğunu təsdiq etmiş olur". Hakim partiyanın deputatlarından olan Ovik Ağazaryan nəşrə açıqlamasında həbsdə olan ermənilərlə bağlı məsələnin sülh müqaviləsinə daxil edilməsindən imtina edildiyini təsdiq edib. O, bu məsələnin sülh prosesini dalana dirədiyini qeyd edib. Bunlarla yanaşı, Ermənistan artıq onu da qəbul edir ki, Azərbaycan bu ölkəyə hansısa təhdid yaratmır. Ermənistanın hakim "Vətəndaş müqaviləsi" Partiyasından olan deputat Xaçatur Sukiasyan  bu fonda maraqlı açıqlamalar verib: "Hazırda Azərbaycandan Ermənistana qarşı hər hansı müharibə təhlükəsi görmürəm". Onun sözlərinə görə, Ermənistan hakimiyyəti beynəlxalq ictimaiyyətin tanıdığı və norma və tələb kimi qəbul etdiyi standartlara uyğun sülh istəyir. O, sülhün əldə olunacağına əminliyini ifadə edib. Sukiasyan əlavə edib ki, regionda tədricən münasibətlər yaxşılaşmağa başlayır və bir-birinin suverenliyinə hörmət institutu formalaşır: "Azərbaycan regionun dövlətlərindən biridir. Azərbaycanın rəsmi bəyanatlarında "ərazi bütövlüyü və suverenlik" anlayışı var. Eyni zamanda digər dövlətlər - İran, Türkiyə, Gürcüstan, Ermənistan da bunu açıq şəkildə bildirirlər". Onun sözlərinə görə, Ermənistan özünə gəlməyə başlayır: "Əlbəttə, 2020-ci ildə çox böyük itkilərimiz oldu, lakin bundan sonra müəyyən ayıqlıq yarandı və Ermənistan öz texnologiyaları və şaxələndirilmiş iqtisadiyyatı ilə regionda tamamilə anlaşılan və məqbul oldu. Ermənistan bütün qonşu dövlətlərlə əməkdaşlıq etsə, çox ciddi iqtisadiyyata sahib olar. Deyəsən, biz buna doğru gedirik". Bunlar fonunda Ermənistan Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı şərtlərini də qəbul etməyə yaxınlaşır.

Qeyd olunan xüsusda da Xaçatur Sukiasyan maraqlı açıqlamalar verib. O qeyd edir ki, Ermənistan dünyanın istənilən ölkəsi ilə çoxşaxəli iqtisadi əlaqələrə malik olmalıdır. Zəngəzur dəhlizi isə bu prpsedə mühüm rol oynaya bilər. Onun sözlərinə görə, bu dəhlizə nəzarət yox, montitorinq lazım ola bilər: "Ermənistan ərazisindən keçən istənilən yol bizim suverenliyimiz çərçivəsindədir. Təbii ki, regionun digər dövlətlərinin etimad göstərməsi üçün nəzarət yox, ancaq müəyyən monitorinq lazım ola bilər. Bu məsələlər müəyyən qədər texniki, müəyyən dərəcədə siyasi, müəyyən dərəcədə dövlət xarakteri daşıyır. Düşünürəm ki, ölkələr arasında "qızıl orta" tapılacaq". Moskvanın Zəngəzurdan keçən yola nəzarət etməkdə israrlı olması ilə bağlı iradlara cavab olaraq deputat deyib ki, istənilən ölkə öz maraqlarını irəli aparmağa çalışır: "Hər hansı bir dövlətin daha çox əldə etmək istəyi adi haldır. Bir də ki, əksinə olur: ya nəyisə vermir, ya da verir. İndi biz dövlət olaraq digər dövlətlərlə danışıqlarda Ermənistan üçün ən yaxşısını istəyirik. Və burada "qızıl orta" tapılacaq. Düşünürəm ki, biz bu məsələnin üzərində çox dayanmışıq və bununla da əlaqəni çətinləşdiririk. Buna gərək yoxdur. Beynəlxalq birliklər, nizam-intizam, beynəlxalq əlaqələr, dövlətlər arasında imzalanmış müqavilələr var. Nəticədə hər şey həll olunacaq və hesab edirəm ki, Ermənistanın açıq siyasət yürütməsi düzgün olar". Sərhəd məsələsində də Ermənistan tədricən Azərbaycanın haqlı mövqeyini qəbul etməyə başlayır. Bu xüsusda Ermənistan parlamentinin spikeri Alen Simonyanın son açıqlamalrı xüsusi diqqət cəlb edir. Belə ki, spiker erməni jurnalist qoşunların hazırda Tavuşda hansı ərazilərdə yerləşməsinə  dair sual verib. Buna cavab çox maraqlı olub: "İndi sənə koordinatları verməyimi istəyirsən, ciddisən? Tavuşda sərhəd xətləri çəkilərkən gördük ki, biz həqiqətən də bəzi ərazilərdə irəlidəyik. Demarkasiya ümumiyyətlə aparılmadığı üçün ciddi problem var idi. Sərhəddə hazırda bir-birimizin ərazilərində dayanmışıq. Bəzi hissələrdə Azərbaycan, bəzilərində isə Ermənistan geri çəkilməlidir. Əsas məqsəd sülhü bərqərar etmək və ölkəmizin 29 min 743 kvadrat kilometrlik ərazisini rəsmi olaraq qeydiyyata almaqdır". Simonyan bildirib ki, sülh müqaviləsi imzalandıqdan və sərhədlərin müəyyənləşməsi başa çatdıqdan sonra erməni xalqı qonşuları ilə sərbəst ticarət edə və ünsiyyət qura biləcək, beləliklə, bütün problemlər həllini tapacaq. Proseslər göstərir ki, Ermənistan Azərbaycanın bütün haqlı şərtlərini bir-bir qəbul etməkdə davam edir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ