şənbə günü, 31 oktyabr 2026
     

Mirzoyan Türkiyə ilə sərhəd məsələsində böyük irəliləyişlər gözləyir - qəribədir...

Image


Akif Nağı: "Hətta qarşı tərəfi dəstəkləmək üçün Azərbaycan və ya Türkiyə öz dövləti maraqlarının ziddinə də addım ata bilir"

Ermənistan xarici siyasətinin şefi Ararat Mirzoyan deyəsən "3+3" görüşündən əldə etdikləri faydanı həddən artıq şişirtməklə erməni cəmiyyətinin bu formata məhəbbətini formalaşdırmağa çalışır. Ona gorə də "uğurlarını" çox şişirdir.

"Bəli, mən "3+3" formatında görüşdə iştirak etdim, bir sıra həmkarlarımla, o cümlədən Türkiyənin xarici işlər naziri ilə görüşdüm", - deyə Mirzoyan parlamentdə hökumətin sual-cavab sessiyasında bildirib.

Onun sözlərinə görə, bu, həm ikitərəfli gündəmə, həm də regional məsələlərə dair kifayət qədər dolğun və məzmunlu söhbət olub.

"Ermənistan-Türkiyə dialoquna gəlincə, mən sizin gözləntilərinizi doğruldacağam və ehtiyatlı nikbinliyimi daha optimist şəkildə ifadə edəcəyəm. Söhbətimiz kifayət qədər müsbət templə getdi, ümid edirəm ki, yaxın gələcəkdə biz nəzərəçarpacaq nailiyyətlər görəcəyik", - Mirzoyan bildirib.

Mirzoyan "3+3" görüşündən nukbinliklə danışır - Türkiyə ilə münasibətlərimizdə nəzərəçarpacaq nailiyyətlər görəcəyik deyir.

Azərbaycanla münasibətlər normal olmadığı halda, Ermənistanla Türkiyənin münasibətlərində hansı nikbinlikdən söhbət gedir?

Bu xüsusda bizimlə söhbətində politoloq Akif Nağı bildirdi ki, Türkiyə-Azərbaycan münasibətləri adi dövlətlərarası münasibətlərdən daha üstün səkil alıb: "İkitərəfli münasibətlərdə hər bir dövlət öz maraqlarından çıxış edir. Amma hamının etiraf etdiyi kimi, Azərbaycanla Türkiyə arasındakı münasibətlər unikal məzmuna malikdir. Dünyanın heç bir ölkələri arasında belə yaxın münasibət yoxdur. Hətta ola ki, qarşı tərəfi dəstəkləmək üçün Azərbaycan və ya Türkiyə öz dövləti maraqlarının ziddinə də addım ata bilir. Ermənistan rəhbərliyi daxili auditoriya üçün Türkiyə ilə münasibətlərin yaxşılaşması fonu yaratmağa çalışır. Mirzoyanın bu "nikbinliyi" də həmin məqsədə xidmət edir. Bununla hökumət cəmiyyətə mesajlar verir ki, Turkiyə və Azərbaycanla münasibətlərimiz normallaşmalıdır. Amma bunun hələ ki, bir faydası yoxdur. Son zamanlar Ermənistanda keçirilən sorğuların nəticələrinə görə, ermənilərin ən çox nifrət etdiyi iki ölkə Azərbaycan və Türkiyədir. Lakin müxalif siyasi partiyalar cəmiyyətin bu meylindən sui-istifadə edərək hökumətə qarşi təbliğat aparırlar. Turkiyə ilə münasibətlərin normallaşması Ermənistanın siyasi və dövlət maraqlarına uyğun gəlir. Qərblə yaxınlaşma fonunda da Turkiyə Ermənistana lazımdır. Çünki Ermənistan üçün Qərbə ən optimal çıxış Türkiyədəndir: Ermənistan nə Rusiyadan, nə də Gürcüstandan Avropaya səmərəli çıxış əldə edə bilir.

Yeri gəlmişkən, Ermənistan Turkiyə üzərindən Avropaya çıxışı həyati əhmiyyətə malik hadisə kimi qiymətləndirməklə, özlərinin uydurduğu "Dünyanın kəsişməsi" layihəsini inkar etmiş olur. Əgər sən öz ölkəndə İran və Gürcüstan vasitəsi ilə dünyanı "kəsişdirirsənsə", Türkiyə və Azərbaycana nə ehtiyacın var?

Bu gün Ermənistan üçun Türkiyə vasitəsilə Qərbə çıxıs əldə etməyin vacibliyini həm hökumət, həm də müxalifət yaxşı bilir. Sadəcə, onlar bu məsələdən öz daxili auditoriyalarına yönəlik siyasi məqsədlərində istifadə edirlər.

Ermənistanın digər məqsədi Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməkdir. Onlar düşünür ki, Azərbaycanla sülh müqaviləsi bağlamadan Turkiyə ilə sərhədlər açıla, siyasi və iqtisadi münasibətlər inkişaf edə bilər və bu da Azərbaycanı Türkiyədən narazı sala bilər. Ən azı, Mirzoyanın bu bəyanatı indi bizim bu mövzuda müzakirə aparmağımıza artıq səbəb oldu. Yəni bunun həssas məqam.olduğunu ermənilər də basa düşür və ondan istifadə edir. 2008-2009-cu illərdə bu prosesə ciddi cəhd edildi. Hətta sərhədlərin açılması ilə bağlı sənədlər də imzalanmışdı. Lakin Türkiyə Böyük Millət Məclisi bu sənədləri təsdiqləmədi. Azərbaycanın da buna ciddi reaksiyalari müxtəlif səviyyədə müşahidə edildi. Növbəti dəfə heç bir siyasi qüvvə Azərbaycanın mövqeyi nəzərə alınmadan Türkiyə-Ermənistan sərhədinin açılmasına, siyasi-iqtisadi münasibətlərin inkişafına təşəbbüs göstərməz. Hazırda hakimiyyətdə olan Ak Partiyanın lideri Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, Türkiyə-Ermənistan münasibətləri yalnız Azərbaycan-Ermənistan münasibətləri nizama salındıqdan sonra inkişaf edə bilər.

Qərbyönümlu partiya kimi tanınan CHP Türkiyədə Ermənistana qarşı fərqli mövqedədir. Amma  Kılıçdaroğludan sonra gedən proseslərdən bu partiyanın da yönünü Azərbaycana çevirdiyi hiss edilir. Hətta CHP Kılıçdaroğlu dönəmində parlamentə Xocalı soyqırımının tanınması barədə bir layihə təqdim etmişdi. Həmin vaxt parlamentdə çoxluq təskil edən Ak Partiya və MHP bu layihənin qəbul edilməsinə imkan vermədi. Həmin vaxt Türkiyə siyasi rəhbərliyi də Azərbaycana izah etdi ki, bu addımın atılmasi Ankaraya qondarma erməni soyqırımı ilə bağlı təzyiqləri artıra bilər. Ona gorə də parlament bunu soyqırımı kimi deyil, qətliam kimi qəbul etdi. Yəni demək istəyirəm ki, hətta Avropayönümlu CHP belə Azərbaycanın ziddinə hər hansı bir addım atmaz. Turkiyədə hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı olmayaraq, artıq hec kim Azərbaycana yönəlik siyasi kursu dəyişə bilməz.

Mirzoyanın nikbinliyi isə sadəcə ona verilən suala cavabdır ki, guya onun görüşləri faydalı keçib.

Digər tərəfdən, Ermənistan cəmiyyətində də belə istək var ki, Türkiyə Azərbaycandan ayrılsın. Mirzoyan da cavabını bu sosial sifarişə uygun qurur. Eyni zamanda, erməni cəmiyyəti hesab edir ki, "3+3" formati ilə Qərbə inteqrasiya bir-birinə uyğun gəlmir. Bu, Rusiyanın təsəbbüsü ilə yaranan platforma olduğu üçün erməni cəmiyyəti buna qısqanclıqla baxir. Mirzoyan da bu görüşə bəraət qazandırmaq üçün Turkiyə ilə münasibətlərdən nikbin danışır. Fikrimcə, Mirzoyanın nikbinliyinin ciddi bir əsası yoxdur. Ermənistanın Türkiyə ilə bütün aspektlərdə münasibətlərinin inkişaf etməsi İrəvanın Bakı ilə münasibətlərindən keçir. Yəni Ermənistan Turkiyə ilə munasibətləri inkişaf etdirmək istəyirsə, ilk növbədə Azərbaycanla munasibətləri normallaşdirmalıdir".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ