çərşənbə günü, 04 noyabr 2026
     

Qərb Ermənistanı Rusiyadan qoparmaq üzrədir - Azərbaycan üçün də maraqlı məqamlar var...

Image


"Ermənistan və Azərbaycan sülh danışıqlarında irəliləyiş əldə edib". Bunu İrəvana səfər edən ABŞ dövlət katibinin köməkçisi Uzra Zeya deyib. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Vaşinqtonda keçirdiyi brifinqdə sülh müqaviləsinin tezliklə bağlanmasının vacibliyini vurğulayaraq, bu xüsusda konsensusun olduğunu bildirib: 

"Bu ölkələr arasında sülh sazişi həm onlar, həm də region üçün çox böyük əhəmiyyətə malikdir – regionda sülh, sabitlik, təhlükəsizlik üçün vacibdir. Biz həqiqətən sülh sazişinin mümkün olduğuna inanırıq, ancaq bu, tərəflərdən bəzi çətin seçimlər və ağır kompromislər tələb edir. Biz onları fikir ayrılıqlarının yekun həllinə və razılığa gəlməyə təşviq etməyə davam edirik". 

Ekspertlərə görə, Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ABŞ dövlət katibi Etnoni Blinkenin iştirakı ilə görüşü tarixi sülh müqaviləsinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində müəyyən addımların atıldığını göstərir. İştirakçılar bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəliblər. Belə vəziyyətdə Ermənistan müxalifətinin nümayəndələri iddia edirlər ki, ABŞ ilk növbədə Ermənistandan Azərbaycana yeni güzəştlərə gedilməsinə çalışır. Keçmiş prezident Robert Köçəryanın "Hayastan" fraksiyasından deputat Artur Xaçatryan bununla bağlı qeyd edir: "Daha güzəştə getmədiyimiz nə qaldı ki? Ərdoğan bunu Millerdən əvvəl demişdi. Bu yenə də Zəngəzur dəhlizi söhbətidir. Bizim daha güzəşt ediləsi heç nəyimiz yoxdur. Biz yalnız Nikol Paşinyanı güzəşt edə bilərik. İstəyirlərsə, gəlib aparsınlar".

Keçmiş prezident Serj Sarkisyana bağlı "Şərəfim var" müxalifət fraksiyasından daha bir deputat Tiqran Abrahamyan da güman etdiyini bildirib ki, Vaşinqton Bakıya dəhliz məsələsində güzəştə gedilməsini istəyir. O, ABŞ-ın Ermənistanın suverenlyini dəstəkləməsinə dair bəyanatlarını rədd edib. NATO da öz növbəsində sülh prosesini dəstəklədiyini və ABŞ-ın, Avropa İttifaqının iştirakı ilə İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına yardım etməyə hazır olduğunu bildirib. NATO baş katibinin xüsusi nümayəndəsi Havyer Kolomina alyansın mövqeyinin məhz bu istiqamətdə olduğunu vurğulayıb. ABŞ dövlət katibinin köməkçisi Uzra Zeya məsələnin konkret istiqamətdə irəliləməsi üçün İrəvana gəlib. Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə o, ABŞ administrasiyasının Ermənistanla əməkdaşlığın inkişafına və möhkəmlənməsinə böyük əhəmiyyət verdiyini, ölkədə demokratik institutların inkişafına yönəlmiş texniki və maliyyə dəstəyinin daimi olacağını bəyan edib. Həmsöhbətlər Ermənistan-Azərbaycan sülh prosesinə də toxunublar. Uzra Zeya ABŞ-ın iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına, regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına kömək etməyə davam edəcəyini vurğulayıb. Rusiyada hesab olunur ki, İrəvan hər vəchlə Moskvanın vasitəçiliyindən imtinaya can atır. Bu səbəbdən ABŞ-la təmasları artırır. Nəticədə Kreml İrəvana daha çox qəzəblənir. Erməni politoloq Armen Xanbabyan bunlar fonunda qeyd edir: "Bu səylərin yaxın gələcəkdə müsbət nəticə verəcəyi ehtimalı azdır, çünki bu gün hamı başa düşür ki, indiki Ermənistan administrasiyası "axsaq ördək"dir və ABŞ-da seçkilərdən sonra hakimiyyət dəyişikliyi çox böyük ehtimaldır". Onun fikrincə, buna görə də Amerika tərəfi Ermənistan-Azərbaycan arasında sülhün əldə olunmasında israr etməkdə davam edir, çünki sülh sazişinin imzalanması hazırkı administrasiya üçün beynəlxalq aləmdə mühüm uğur olardı.

Bunun fonunda iyulun 15-dən Ermənistanda ənənəvi erməni-amerikan sülhməramlı təlimləri başlayıb. Onlara Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunub.

Təlimlər sülhməramlı tapşırıqların icrası zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə tədbirlərini əhatə edir. Xanbabyanın qeyd etdiyi kimi, Kanzas Milli Qvardiyası uzun müddətdir ki, Ermənistanla müvafiq iş aparır, erməni sülhməramlılarını müxtəlif beynəlxalq missiyalara hazırlayır. O da maraqlıdır ki, Ermənistan tərəfi son vaxtlar yeni atom elektrik stansiyasının tikilməsi ideyasını fəal şəkildə təbliğ etməyə başlayıb. Mövcud "Metsamor" atom elektrik stansiyası, birincisi, çox köhnəlib, ikincisi, 1988-ci ildə baş vermiş dağıdıcı zəlzələ nəticəsində xeyli ziyan görüb. Və bir neçə il əvvəl stansiyada genişmiqyaslı yanğın olub. MAQATE Ermənistanın AES-in bir neçə dəfə modernləşdirilməsi və təmir olunduğu üçün təhlükə yaratmadığını desə də, buna baxmayaraq, yaxın gələcəkdə onun bağlanmağa məcbur olacağı aydındır. Onun rəsmi xidmət müddəti 2026-cı ilə qədərdir. Problem ondadır ki, Ermənistan bu gün respublikada hansı növ AES-in istismarı üçün daha münasib olacağı seçimi qarşısındadır. Ola bilsin ki, bunlar modul tipli, kiçik atom elektrik stansiyaları olacaq.

Artıq ABŞ, Rusiya, Cənubi Koreya və Çin Ermənistanda yeni atom elektrik stansiyasının tikintisinə maraq göstərib. Hazırda həm amerikalılarla, həm də Cənubi Koreyadan olan mütəxəssislərlə danışıqlar davam edir. Bir sıra şərhçilər hesab edir ki, bu yolla Ermənistan Rusiyadan daha da uzaqlaşmaq istəyir. Erməni atom elektrik stansiyası uzun müddət Rusiya tərəfinin idarəçiliyində olub. Və bu günə qədər stansiyanın yanacağı və onun nüvə tullantıları Rusiya Federasiyasının nəzarəti altındadır. Bununla belə, Xanbabyanın qeyd etdiyi kimi, yeni AES-in xarici şirkət tərəfindən tikiləcəyi təqdirdə, nüvə yanacağının Rusiya tərəfindən utilizasiyası davam etməyəcək. bu da Rusiyanın Ermənistana əlavə təzyiq vasitəsi olacaq. Xanbabyan bu xüsusda bildirir: "Ermənistan iqtisadiyyatının və ticarətinin böyük hissəsi Ermənistanın Avrasiya İqitisadi İttıfaqına üzvlüyünə əsaslanır. Buna görə də, baş nazir Nikol Paşinyan yaranmış münaqişəni yekunlaşdıraraq bəyan edib ki, Ermənistanın Aİ-yə üzv olmaq ərizəsi ilə bağlı referendum olmayacaq. Çünki biz ilk növbədə Avropanın Ermənistana ehtiyacı olub-olmadığını anlamalıyıq".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - VİDEO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ