çərşənbə günü, 04 noyabr 2026
     

Qafqazda Rusiyaya qarşı ikinci cəbhə - ortaya sərt mövqe qoyuldu...

Image


ABŞ Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir. Vaşinqtonun belə planlarının olduğunu amerikalı iqtisadçı və prezident Ronald Reyqan administrasiyasında Maliyyə Nazirliyi rəhbərinin keçmiş köməkçisi Pol Kreyq Roberts "Dialogue Works" adlı "YouTube" kanalına müsahibəsində açıqlayıb: 

"Ukraynadakı münaqişəni tamamilə Vaşinqton təşkil edir. Bunun üçün Rusiyanı günahlandırmağa çalışsa da, bunu özü qurub. İndi də onun Gürcüstanda maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının orada necə rəngli inqilab təşkil etməyə çalışdıqlarını görürük". Onun sözlərinə görə, ABŞ Moskvaya qarşı aqressiv siyasətindən əl çəkmir, Ukraynaya uzaqmənzilli silahların tədarükünü artırır və Rusiya ərazisinə zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bundan əvvəl Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti bəyan etmişdi ki, ABŞ Gürcüstanda müxalifətə parlament seçkiləri ilə əlaqədar ölkədə etiraz aksiyalarına hazırlaşmaq üçün göstərişlər verib. Qeyd olunur ki, Tiflisdə xarici agentlər haqqında qanunun qəbuluna qarşı etiraz aksiyalarında iştirak edənlər hazırkı hakimiyyətə qarşı pozucu qüvvəyə çevriləcək. Burada onu da xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi yayda planlaşdırılan "Layiqli tərəfdaş" gürcü-amerikan hərbi təlimlərinin strateji münasibətlərə yenidən baxılması səbəbindən qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb. ABŞ Müdafiə Nazirliyi təlimlərin təxirə salınması qərarını Gürcüstan hakimiyyətinin ABŞ və Qərbin Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya təzyiqi artırmaq üçün "ikinci cəbhə" açmaq cəhdlərini elan etməsi ilə əsaslandırıb. Amerika tərəfi bu cür bəyanatların yalan olduğunu iddia edir. Bununla əlaqədar ABŞ hakimiyyəti qərara gəlib ki, indi Gürcüstanda tammiqyaslı hərbi təlimlər keçirmək üçün münasib vaxt deyil. BŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya isə qeyd edir ki, Amerika Gürcüstan hökumətinin anti-Qərb dezinformasiyasından və antidemokratik fəaliyyətindən son dərəcə narahatdır: "Birləşmiş Ştatlar Gürcüstan hökumətinin anti-demokratik hərəkətlərindən və hakim partiyanın bəzi nümayəndələrinin yaydığı dezinformasiyadan son dərəcə narahatdır. Bu, Gürcüstanın Avro-Atlantik yoluna xələl gətirir və eyni zamanda gürcü əhalisinin hüquqlarına xələl gətirir. Hakim partiyanın liderləri ABŞ da daxil olmaqla, uzunmüddətli tərəfdaşlar haqqında dezinformasiya yayırlar və bu, yalnız düşmənlərimizin maraqlarına xidmət edir". O, ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib: "Gürcüstan çox yaxşı bilir ki, Rusiya 16 ildir ki, ölkə ərazisinin 20%-ni qeyri-qanuni işğal altında saxlayır və 2008-ci ildə imzalanmış altı bəndlik razılaşmaya əməl etmir". 

Bütün bunlar ABŞ və Gürcüstan arasında münasibətlərin əhəmiyyətli dərəcədə zədələndiyini göstərir. Gürcüstandan Rusiyaya qarşı yeni cəbhə kimi istifadə məsələsi isə Tiflisdə də son dövrlərdə aktiv müzakirə olunur. Hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının fəxri sədri Bidzina İvanişvili bunlar fonunda qeyd edir: "Hamıya aydındır ki, müharibəyə qoşulacağı təqdirdə Gürcüstan Ukraynadan da pis nəticələr əldə edəcək. Bu nəticədən qaçmaq bizim ilkin vəzifəmizdir və nəhayət, oktyabrın 26-da "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının növbəti qələbəsi ilə həll olunacaq". Onun sözlərinə görə, "Qlobal Müharibə Partiyası" köhnə və yeni "Vahid Milli Hərəkat" partiyasını lobbiləşdirir, çünki onlar istənilən vəzifəni, o cümlədən ölkənin müharibəyə cəlb olunmasını yerinə yetirmək üçün imza atacaqlar: "Qlobal Müharibə Partiyasının istəyi aydındır. Müharibəyə girməyəcəyimizə və Ukraynanın taleyini bölüşmək üçün Gürcüstanı qurban verməyəcəyimizi başa düşərək onlar agentliyi, vətəndaşlığı olmayan insanların birliyini, "Milli Hərəkat" kollektivini hakimiyyətə qaytarmaq üçün son cəhdlərini edirlər. Ona görə də köhnə və yeni "Milli Hərəkat"ı – (Saakaşvili, Qvaramiya, Zurabişvili, Xazaradze, Qaxariya, Bokeriya), tapşırığa imza atacaq digər vətəndaşlığı olmayan siyasətçiləri lobbiləşdirirlər. "Ya döyüşəcəksən, ya da gedəcəksən" - bu, tamamilə qəbuledilməz bir münasibətdir və Gürcüstan əhalisi buna oktyabrın 26-da müvafiq cavab verəcək. Bizim maksimum bir il vaxtımız qalıb, bundan sonra qlobal və regional siyasi maraqlar, o cümlədən Gürcüstanla bağlı maraqlar əsaslı şəkildə dəyişəcək. Ukraynada davam edən müharibə ən geci bir ildən sonra bitəcək. ABŞ-da keçirilən prezident seçkilərində respublikaçılar qalib gəlsələr, müharibə hətta yanvarda da bitə bilər. Ona görə də ən başlıcası bu qısa zamanda qalib gəlməkdir və müharibə bitən kimi Amerika və Avropa ilə bütün anlaşılmazlıqlar dərhal keçmişə qovuşacaq, Gürcüstan qlobal siyasət oyunçuları üçün tamam başqa maraq obyektinə çevriləcək". Rusiyanın Valday Klubunun eksperti Dmitri Suslov isə bildiri rki, istənilən halda ABŞ Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir: "ABŞ açıq şəkildə Gürcüstanın suverenliyini, sağ qalmasını Rusiyaya qarşı geosiyasi mübarizəyə qoşulmaqdan asılı olduğunu bəyan edir. Onları Gürcüstan bir dövlət olaraq maraqlandırmır, onlar Ukraynada birinci cəbhənin iflasa uğradığı və öz üzərinə düşən vəzifəni yerinə yetirmədiyi bir şəraitdə Rusiyaya qarşı ikinci cəbhənin açılmasının zəruriliyində maraqlıdırlar". 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - VİDEO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ