çərşənbə günü, 04 noyabr 2026
     

“Amerika amerikalılar üçün, Tramp azərbaycanlılar üçün” - ermənilər şokdadır...

Image


Bəhruz Quliyev: "Tramp sələflərinin yolunu davam etdirərək ermənilərin arzularını puç edib"

Trampın, xüsusilə Pensilvaniyada seçki mitinqi zamanı sui-qəsd cəhdinə məruz qalması və qulağından yaralanması ilə reytinqinin kəskin artması erməni ictimai fikrində narahatlıqla izlənilir. 

Erməni mediası yazır ki, Tramp prezident olacağı halda Ermənistan üçün yaxşı heç nə gözlənilmir. Çünki Tramp, hər şeydən öncə, "Amerika amerikalılar üçündür" ideyasının təbliğinə diqqət yetirir ki, bu da respublikaçıların səylərini daha çox daxili problemlər üzərində cəmləşdirmək siyasətində əksini tapıb. Trampın qlobal neft-qaz sektoruna ciddi önəm verəcəyi və buna görə də Cənubi Qafqazda Azərbaycanı xüsusi dəstəkləyəcəyi ehtimalını irəli sürən müəllifin fikrincə, ABŞ-ın yeni administrasiyası azərbaycanmeyilli olacaq və Türkiyə və Azərbaycanla işləyəcək. 

Trampın bunun üçün başqa səbəbi də var – İrana sərt münasibəti, İsrailyönlü olması. İsrail isə Azərbaycanın strateji tərəfdaşıdır. Erməni siyasi kəsimində narahatlığın daha bir səbəbi isə odur ki, Tramp "tarazlaşmaya" meylli siyasətçi deyil, ABŞ maraqlarından çıxış edir və birbaşa sözünü deyir. Ona görə də Tramp Azərbaycanla birgə addım atacaq və qətiyyən "balans" saxlamayacaq.

"Bayden isə ermənilərin istəklərinə boyun əydi, amma nəticəsini də gördü" 

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən "SƏS" Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, Baydenin uğursuzluğu erməniləri bərk məyus edib: "Öncə Donald Trampın iş prinsipinə, prezident və iş adamı kimi fəaliyyət istiqamətinə diqqət etməyimiz lazımdır. ABŞ-ın keçmiş prezidenti, bu ilin noyabrında keçiriləcək seçkilərdə prezidentliyə namizəd Tramp həm də bir iş adamıdır, ölkəsini çox sevir, onun inkişafı üçün əlindən gələni əsirgəmir, daxili problemlərə diqqət edən, onun həllinə çalışan dövlət başçısı kimi özünü tanıdıb. Trampın əlaqələri genişləndirmək istədiyi ölkələr sırasında Ermənistanın yox, Azərbaycanın olmasında təəccüblü heç nə yoxdur. Ermənistan inkişaf perspektivi, yeraltı və yerüstü sərvətləri, insan resursu olmayan, vaxtilə dotasiya, indi isə xarici donorlar, ianəçilər hesabına yaşayan ölkədir. Qonşuları ilə problemləri çox olan Ermənistan həm də xarici ölkələrdən iqtisadi və siyasi asılılıq vəziyyətindədir. Tramp öz ayağı üstündə sərbəst durmağı bacaran ölkələrlə tərəfdaşlıq, ya da müttəfiqlik etməyə üstünlük verir, Ermənistanla yox. Ermənilər bunu anlamalıdırlar". 

Politoloqun fikrincə, ermənilər başqa ölkələrə nisbətən Birləşmiş Ştatlarda sayca daha çoxdurlar və daha varlıdırlar: "Siyasi dairələrlə ermənilərin əlaqələri də çoxdur, Amerika Erməniləri Milli Komitəsi burada bir təşkilat olaraq müxtəlif üsullarla ayrı-ayrı konqresmen və senatorlarla işbirliyi qura biliblər. Məhz onların vasitəsilə dövlətin bəzi qurumlarına təsir imkanları əldə ediblər. Bayden hakimiyyətindən fərqli olaraq, Tramp ermənilərə şəxsi, milli maraqlarını dövlətin əli ilə təmin etməyə imkan vermirdi. İnanırıq ki, hakimiyyətə yenidən gələcəyi halda həmin siyasəti yenidən davam etdirəcək. Bu da dünya ermənilərini narahat edir. Məsələn, Tramp, Baydendən fərqli olaraq, prezident seçiləndən sonra xalqa müraciətində "erməni soyqırımı" ifadəsini işlətməyib. Bununla da Tramp sələflərinin yolunu davam etdirərək ermənilərin arzularını puç edib. Bayden isə ermənilərin istəklərinə boyun əydi, amma nəticəsini də gördü. Bu gün Trampın prezident seçilmək şansı çox yüksəkdir. Ona qarşı qoyulan bütün maneələri aşmağı bacarır, haqqında çıxarılan saxta məhkəmə qərarından tutmuş sui-qəsdə qədər edilən bütün qanunsuzluqlar onun mövqelərini, dəstəkçilərini bir az da artırır. Trampın Azərbaycana münasibətində müsbət nüansların çox olmasında da təəccüblü heç nə yoxdur. Azərbaycan Cənubi Qafqazın bütün mənalarda lider ölkəsidir. Azərbaycanın iradəsindən kənarda bu regionda heç bir layihə reallaşdırıla bilməz. Azərbaycan Cənubi Qafqaz ölkələrinin iqtisadi imkanlarının 80 faizinə sahibdir. Orta Dəhlizin əsas ölkəsidir, Şərqdən Qərbə, Çindən Avropaya uzanan nəqliyyat və enerji dəhlizində söz sahibidir, böyük logistikaya, infrastruktura malikdir, İnvestisiyalara açıq, etimad göstərilən ölkədir. ABŞ-la bir sıra regional layihələrdə iştirak edən Azərbaycan balanslı və dayanıqlı xarici siyasəti ilə partnyorlarının rəğbətini qazanıb. Bütün bunlar Trampın qələbə qazanacağı təqdirdə Azərbaycanla daha yaxından münasibət quracağını şərtləndirən müsbət amillərdir".

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - VİDEO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ