Cümə günü, 28 avqust 2026
     

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında... - FOTO/VİDEO/YENİLƏNDİ

Image


Mayın 11-də Şuşanın Cıdır düzündə VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının və "Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli ICESCO-nun Baş direktoru cənab əl-Malik.

Hörmətli qonaqlar, əziz dostlar.

Bildiyiniz kimi, Şuşa şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuşdur. Bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə - qardaş ölkələrə öz təşəkkürümü bildirmək istəyirəm. Şuşa bu şərəfli ada layiq görülüb və biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik.

Birinci dəfə deyil ki, Azərbaycan şəhəri bu şərəfli ada layiq görülür. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Bu dəfə isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa bu şərəfli adı daşıyacaq.

Biz İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyət göstəririk. Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir.

Ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq.

Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada doğulmuş, burada boya-başa çatmış görkəmli və dahi mədəniyyət xadimləri bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. Şuşanın mədəniyyət xadimlərinin fəaliyyəti hər zaman böyük diqqət cəlb edirdi.

Biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Dünən Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atılmışdır, ilk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşmışlar. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdır. Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır.

Bu işğala baxmayaraq, Şuşa öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşa azad olunandan sonra Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir.

Qeyd etdiyim kimi, Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək və beləliklə, bu gün biz Şuşanı tam haqlı olaraq sülhün rəmzi kimi qiymətləndirə bilərik.

Mən xarici qonaqları səmimiyyətlə salamlayıram. Builki "Xarıbülbül" festivalı bu hadisəyə - Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasına həsr edilib. Bu gün bir çox müsəlman ölkələrinin kollektivləri bizim üçün müqəddəs olan Cıdır düzündə öz məharətlərini ifadə edəcəklər. Bu, birlik bayramı olacaq, bu, həmrəylik bayramı olacaq. Eyni zamanda, Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirən bu məkan həm işğala qədər, həm işğal dövründə, həm də işğala son qoyulandan sonra hər birimiz üçün doğma və əzizdir. Bizim qəhrəman əsgər-zabitlərimiz, bax, bu sıldırım qayalara dırmaşaraq yüngül silahlarla şəhəri düşməndən azad etmişlər.

Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin. Sağ olun.

x x x

Sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış etdi.

Salim bin Məhəmməd əl-Malikin çıxışı

- Rəhimli və mərhəmətli Allahın adı ilə.

Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

Məhəmməd Peyğəmbərə salam və dua olsun!

Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyev.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva.

Hörmətli iştirakçılar, hörmətli nazirlər, səfirlər, hörmətli qonaqlar.

Allahın salamı, rəhməti və bərəkəti sizə olsun.

O, sanki əzəmətli dağlarının zirvələrinə yüksəlib ki, yeni nailiyyətini fəxrlə bildirsin. 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı oldu. 2023-cü ildə isə o, Türk dünyasının mədəniyyət paytaxtı seçildi. Amma 2024-cü ilin bu günündə o, İslam dünyasının mədəniyyət paytaxtı kimi özünəməxsusluq bayrağını və dühasını daşıyır. Hər dəfə əhatə genişlənir, coğrafiya böyüyür. Üç il mədəniyyət paytaxtı adına layiq olan az sayda belə şəhər var. Bu, dərin bir işarədir. Bu, nailiyyətə, imkanlara və ehtirama işarədir. Bu, Şuşa şəhəridir - paklıq, saflıq və xoş ab-hava şəhəri. Şəhərin adı da elə buradan gəlir. Bizlərdən kimsə dünyada adı saflığa və təmizliyə uyğun gələn başqa şəhər tanıyırmı? Buranın havası təmiz, insanların hissləri pakdır. Buna görə də təəccüblü deyil ki, Şuşa bütünlüklə Qafqazda musiqinin paytaxtıdır, təsviri sənətin məkanıdır, gözəl Azərbaycan xalçasının vətənidir, musiqi, fikir və şairlər yurdudur. Görəsən, bütün bunlar paklığın və saflığın hədiyyəsidirmi?

Şuşa 1751-ci ildə banisi Pənahəli xan tərəfindən ümidlərlə salınıb. Dünya şəhərlərini qoynuna alaraq öz mədəniyyəti ilə onları tanış edib, öz ticarət əlaqələrini möhkəmləndirib. Onun tacirlərinin əks-sədası bütün dünyadan gəlib. Onlar oralara təkcə xalça, qumaş parçalar və mərmər deyil, həm də şeir, poeziya, fəlsəfə, gözəl tablolar göndəriblər. Göndərilənlər içərisində musiqi alətləri də var idi. Ustalar onları sevgi ilə hazırlayıb və nadir yaradıcılıq nümunələri kimi şəhərlərə paylayıblar.

Şuşa daim yüksəklikdə, ucalıqdadır. Onun mütəfəkkirləri, yaradıcı insanları Şuşanın Qafqaz müsəlman kimliyini öz qələmlərində və mürəkkəb qablarında daşımışlar. Onunla Azərbaycan insanının şəxsiyyətini, mədəniyyət hüdudlarını qoruyub saxlamışlar. Buna görə də şəhərin bayrağı daim uca olmuşdur. Qəddar düşmənlər onun şirinliyini ələ keçirmək üçün hər zaman pusquda durmuşlar, lakin şəhər çox keçməmiş öz əziz vətəninin qoynuna qayıtmışdır, qəlblərdə əbədi qalmışdır. Onun zənginliyinə aşiq olmuş mütəfəkkirləri, şairləri, sənətkarları yaddaşlara əbədi həkk olmuşdur. Biz bunlara şairlər Xurşidbanu Natəvanı, Molla Pənah Vaqifi, Qasım bəy Zakiri, xanəndə Cabbar Qaryağdıoğlunu, ifaçı Mirzə Sadıqı, yazıçı Nəcəf bəy Vəzirovu, bəstəkar Üzeyir Hacıbəylini, dramaturq Əbdürrəhim bəy Haqverdiyevi, bəstəkar Fikrət Əmirovu, mütəfəkkir Əhməd Ağaoğlunu və başqalarını aid edə bilərik. Dünən böyük xanəndə Bülbülün evində olanda divarlar, mebellər, ağacların kölgələri dil açıb bizə deyirdi ki, bu ev Şuşada keçmişlə indinin əlaqəsini göstərir, övladların ata-babalarının irsi ilə əlaqəsini sübut edir, enməyən bir bayrağa işarə edir.

Birinci vitse-prezident, birinci xanım, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu qarşısına nəcib hədəflər qoyub. Belə ki, bu Fond, Qarabağın başqa yerlərində olduğu kimi, Şuşa şəhərinin abadlaşdırılması, yenilənməsi yükünü də öz üzərinə götürüb. Biz bu işlərin hər yerdə vüsət aldığının şahidiyik. Bu nümunəvi Fond qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir. Biz burada yeni yolları, yaraşıqlı binaları, gözəl hotelləri, yenilənən muzeyləri, xalçaları və məscidləri görürük. Bütün bunlar məsuliyyətin dərk edilməsinə, çağırışa hazır olmağa dəlalət edir.

Bu, hərtərəfli inkişaf çağırışıdır. Bunu Prezident İlham Əliyev zəkası ilə böyük həvəslə həyata keçirir və bu da təəccüblü deyil, çünki məhz O, torpaqların azadlığı bayrağını qaldırmışdır. Məhz O, əbədi qayıdış anını xalqına bildirmişdir. Məhz O, öz ayıq-sayıqlığı ilə şəhərin azadlığını planlaşdırmışdır. Bu isə başqa hekayədir.

Şuşa 30 il ərzində Vətənin gözündən uzaq qalsa da, Azərbaycan xalqının övladlarının qəlblərində qorunub saxlanılırdı. Şuşa öz övladlarının sevgisinin və fədakarlığının miqyasını ölçürdü. Şuşa övladlarının ona qayıtmaq üçün çəkdikləri həsrətin səmimiliyinə əmin idi. Xalq dürüstlük, etibarlılıq sınağından uğurla keçərək Qafqaz şəhərlərinin incisini Azərbaycana qaytardı, özü də müzəffər şəkildə qaytardı. Şuşanın əzəmətini bilənlərdə iftixar hissləri coşdu.

Həmin dövrdə ICESCO uzaqda deyildi, Azərbaycan xalqını sevindirən onu da sevindirdi, cəmiyyətin sevincinə qoşuldu. Buna görə də təşkilat vədlərinə sadiq qaldı. ICESCO fəxr edir ki, Prezident İlham Əliyev onun planlarını və Azərbaycanla bağlı proqramlarını dəstəkləyir və təşkilat da öz növbəsində ona öz vəfa borcunu yerinə yetirir. Azərbaycanın zəkalı oğulları ICESCO-da fəaliyyət göstərir, orada təcrübəli ekspertlər kimi çalışırlar.

ICESCO, həmçinin buraya irs missiyası göndərib və bu, azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır. Bu, tarix kitablarında və vəfa dəftərində qalacaq həqiqətdir. ICESCO bu işə dünən başlamışdır. Amma təşkilat bu gün və sabah da Azərbaycanla olan özünəməxsus etibarlı əlaqələrinə sadiq qalacaq, onun yanında olacaq, onun sivilizasiyada tutduğu yolu müdafiə edəcək, sevinc və qürur anlarını onunla birlikdə qeyd edəcək. Onun oğullarının və qızlarının həyata keçirdiyi quruculuq işlərini dəstəkləyəcək. Paklıq ətrinin və saflıq müşkünün daşıyıcısı olan şuşalı İslam dünyası mübarək olsun. Onun sevgisini bölüşən, hər zaman onu görməyə can atan İslam dünyalı Şuşaya eşq olsun!

Cənab Prezident, Sizə, Birinci vitse-prezidentə, hökumət və parlament üzvlərinə, bütün Azərbaycan xalqına mübarəkdir deyirəm. Allah Şuşanı hifz etsin. Allah Azərbaycanı qorusun. Qoy, həmişə qələbə və nailiyyətimizi bayram edək. Qarabağ Azərbaycandır! Sağ olun.

x x x

Çıxışlardan sonra açılış konserti keçirildi.

Konsertdə "Xarıbülbül"ün bütün iştirakçılarının yer aldığı açılış kompozisiyasının müşayiəti ilə 27 Qarabağ atından ibarət süvari dəstə ICESCO-ya üzv ölkələrin bayraqları ilə Cıdır düzünə daxil oldu.

Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın proqramı ifaçıların və repertuarın zənginliyi, fərqli təqdimatlar ilə seçilir. Builki festivalın iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alıb. Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə də təmsil olunur.

Açılış konsertində müxtəlif ölkələrdən məşhur ifaçılar - Azərbaycandan Xalq artistləri Arif Babayev, Gülyanaq Məmmədova, Polad Bülbüloğlu, Zeynəb Xanlarova, Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə, Əməkdar artist Rəşad İlyasov, Qazaxıstandan Əməkdar artist Əlişer Kərimov, Qvineyadan Aboubakar Silla, Özbəkistandan Xalq artisti Nəsibə Abdullayeva, Türkiyədən Hüsnü Şenlendirici, həmçinin "Aşıqlar qrupu", Azərbaycan Dövlət Rəqs Ansamblı, "Natiq" ritm qrupu, Birləşmiş Ərəb Əmirliklərindən "Almazyood", İndoneziyadan "Sendja Community", Qətərdən "Qılınc rəqqasları", Mərakeşdən "Tizwit" qrupları, Özbəkistandan "Navbahor" Mahnı və Rəqs Ansamblı, Türkiyədən "Anadolu atəşi" rəqs qrupu və digərləri çıxış etdilər. Konsert iştirakçıların ifasında festivalı rəmzi olaraq təcəssüm etdirən "Səsin gəlsin, Xarıbülbül" mahnısı ilə yekunlaşıb.

Xatırladaq ki, festival mayın 12-də Şuşada, 13-də isə Laçında davam edəcək.

x x x

Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin il may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatıb. "Xarıbülbül" festivalı 1990-cı ildə beynəlxalq status alıb. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Ağcabədi və Bərdə də təşkil olunub.

Vətən müharibəsindəki tarixi Zəfərimiz nəticəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşada keçirilir. Bu il isə festivalın məkanı genişlənərək Laçını da əhatə edir.

Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verir.





DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

27.08.2026 / 22:01
Kreml dəmiryolunu Ermənistana qaytarmaq istəmir - “Qərb Paşinyanı şantaj edir” dedi...

27.08.2026 / 21:27
Türkiyə və İsrail müharibə ərəfəsində - Kəşfiyyat rəhbərləri yenidən Bakıda görüşəcəklər...

27.08.2026 / 21:05
Azərbaycanda nağd pul dövriyyəsinə meyl hələ də güclü olaraq qalır...

27.08.2026 / 20:43
Paşinyan “erməni soyqırımını” alətə çevirən Netanyahuya ağır sözlər dedi - “son qoyulsun”...

27.08.2026 / 20:18
Paşinyan ən qatı müxalif deputatı dövlətin ən strateji postuna təyin etdi...Niyə?

27.08.2026 / 19:55
Polad Bülbüloğlu evlilik xəbərini təkzib etdi

27.08.2026 / 19:28
Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

27.08.2026 / 19:15
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

27.08.2026 / 19:04
ABŞ Özbəkistanı Çinlə qanunsuz tranzit ticarət edənlərin siyahısına saldı... Azərbaycanla nə əlaqəsi...

27.08.2026 / 18:49
ABŞ-ın baş kəşfiyyatçısı Moskvada Ermənistanı da müzakirə edib...

27.08.2026 / 18:33
Putin Paşinyandan “Avrasiya referendumu” tələb edir - Ermənistan ittifaqa referendumsuz daxil olmuşdu...

27.08.2026 / 18:02
Kriminal submədəniyyət, söyüş Ermənistan ordusunun axırına çıxır...

27.08.2026 / 17:47
Şimali Kipr Türk Cümhuriyyəti və Cənubi Kipr prezidentləri razılıq əldə etdilər...

27.08.2026 / 17:34
“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

27.08.2026 / 17:23
“Azərbaycanın sifarişi ilə Ermənistanda tuthatutdur...” - müxalifət həm də “ideya istehsal edir”...

27.08.2026 / 17:05
Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

27.08.2026 / 16:48
İranla maliyyə-ticarət əlaqəsi olan ölkələrə Trampın sanksiya hədəsi etiraz doğurdu - Azərbaycanın cavabı...

27.08.2026 / 16:33
Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

27.08.2026 / 16:19
Türk Müdafiə Qurşağı - İlham Əliyevin birgə türk təlimləri təklifi daha da aktuallaşdı...

27.08.2026 / 16:02
Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

27.08.2026 / 15:50
XİN Rusiyanı Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatla bağlı tədbirlər görməyə çağırdı

27.08.2026 / 15:42
Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzaladı

27.08.2026 / 15:39
Bu axşam “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək - AÇIQLAMA

27.08.2026 / 15:20
"Barselona" “Fənərbağça”nın 31 yaşlı qapıçısını transfer etdi

27.08.2026 / 15:13
Paşinyan kimin əlinə “oynayır”?

27.08.2026 / 15:04
Ərtegin Salamzadə yaradıcılığında milli ruh

27.08.2026 / 14:46
Ukraynadan Rusiyaya ağır zərbə - "Lukoil"un bütün zavodları dayandı…

27.08.2026 / 14:28
Moskva Buxarestə nota verdi, bir rumın diplomatı da ölkədən qovdu…

27.08.2026 / 14:07
Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatdı…

27.08.2026 / 13:51
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

27.08.2026 / 13:34
Məktəbli geyimlərinin YENİ QİYMƏTLƏRİ açıqlandı...

27.08.2026 / 13:23
ABŞ-ın kəşfiyyat şefinin gizli Rusiya səfərinin səbəbi ortaya çıxdı - Moskvaya xəbərdarlıq edildi…

27.08.2026 / 13:11
Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul etdi

27.08.2026 / 12:57
Rusiya ballistik raketlərində Amerika komponentləri aşkarlandı - Ukrayna danışıqlar üçün ABŞ-a nümayəndə göndərir…

27.08.2026 / 12:41
ABŞ-dan bütün Avropanı silkələyəcək ŞOK İDDİA - Rusiya Ukraynada nüvə silahından istifadə edəcək…

27.08.2026 / 12:21
Sabahdan universitetlərə qeydiyyat başlayır - yalnız mygov üzərindən...

27.08.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

27.08.2026 / 11:55
Bakıda estetik mərkəzdə yoxlama - pozuntular aşkarlandı...

27.08.2026 / 11:44
DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq...

27.08.2026 / 11:26
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

27.08.2026 / 11:16
Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən açıqlama...

27.08.2026 / 11:11
Ukrayna Ozon-un daha iki anbarına zərbə endirdi...

27.08.2026 / 10:51
Nepalda və Tibetdə daşqınlarda ölənlərin sayı 165-i keçdi - 1300-dən çox itkin var...

27.08.2026 / 10:36
Zelenskinin darmadağın erdiyi ticarət şəbəkəsinin sahibi Rusiyanın ən varlı qadını oldu....

27.08.2026 / 10:23
"Dövlət büdcəsində nəzərdə tutulmayan tikililərin maliyyələşdirilməsi mümkün deyil" - Xüsusi nümayəndəlik

27.08.2026 / 09:47
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

27.08.2026 / 09:31
Nigar Fərhad saxlanıldı

27.08.2026 / 09:06
Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi…

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 15:54
İsti hava Avropa iqtisadiyyatının və insanlarının axırına çıxır

26.08.2026 / 15:38
Faizə pul buraxanlarla səmərəsiz mübarizə - Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ