Cümə axşamı günü, 05 noyabr 2026
     

Putinlə görüşdən sonra Paşinyanın anti-Rusiyaçılığı daha da qızışdı...

Image


Məlum olduğu kimi, Ermənistan 2024-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) proqramlarını maliyyələşdirməyəcək. Ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın sözlərinə görə, Ermənistan təşkilatın 23 noyabr 2023-cü il tarixli qərarına qoşulmaqdan imtina edəcək. Bu, başqa sözlərlə İrəvanın bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina etməsi deməkdir.

Qeyd edək ki, hələ bu ilin fevral ayında Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, ölkəsi KTMT-dəki fəaliyyətini dondurub. Onun sözlərinə görə, buna səbəb təşkilatın 2021 və 2022-ci illərdə Ermənistan qarşısında öhdəliklərinə əməl etməməsidir. Paşinyan onu da demişdi ki, İrəvan Rusiyanın hərəkətlərinə görə başqa ölkələrlə münasibətlərinə yenidən baxır və təhlükəsizlik sahəsində yeni partnyorlar axtarır. Ermənistan baş naziri 2023-cü ilin noyabrında KTMT-nin Minskdə keçirilən sammitinə qatılmaqdan imtina etmişdi. Təşkilatın 2022-ci ilin noyabrında İrəvanda keçirilən sammitində isə o, KTMT kollektiv təhlükəsizlik şurasının bəyannamə layihələrini və Ermənistana birgə kömək tədbirləri haqqında sənədi imzalamamışdı. Bundan əvvəl, 2023-cü ilin yanvarında Ermənistan öz ərazisində KTMT təlimlərinin keçirilməsinə icazə verməmişdi. İndi də Ermənistan KTMT proqramlarını maliyyələşdirməyəcəyini bəyan edir. KTMT Katibliyindən Rusiyanın "RIA Novosti" agentliyinə deyiblər ki, Ermənistan hakimiyyəti təşkilatda üzvlüyünün dayandırılmasına dair heç bir bəyanat verməyib. Katiblik bildirib ki, belə görünür, söhbət təşkilatın keçirdiyi tədbirlərdə iştirakdan imtina edilməsindən gedir. Baş verənlər fonunda "Nezavisimaya qazeta" yazır ki, Moskvada Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ali İqtisadi Şurasının son iclası, bu çərçivədə Paşinyanın prezident Vladimir Putinlə görüşü də istənilən nəticəni verməyib: "Moskvada Aİİ-nin yubiley sammiti baş tutub. İclasa ölkəsi iqtisadi inteqrasiyanın əsas benefisiarlarından biri olan Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik edib. Müttəfiqlər 10 illik birgə işin nəticələrini yekunlaşdırıb, həmçinin Aİİ-nin 2025-ci ilə qədər inkişaf strategiyasının həyata keçirilməsini müzakirə ediblər. Ümumilikdə tədbirdə yeddi dövlətin liderləri iştirak edib. Avrasiya assosiasiyasının birbaşa iştirakçılarını (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya) Kuba və Özbəkistan prezidentləri Migel Diaz-Kanel Bermudeslə Şavkat Mirziyoyev müşayiət edib. Onların ölkələri Aİİ-də müşahidəçidir. Rusiya prezidenti Vladimir Putin iclasa bildirib: "İqtisadi göstəricilər öz sözünü deyir. On il ərzində Avrasiya İttifaqı ölkələrinin ümumi ÜDM-i mövcud hesablamalara görə, 1,6 trilyon dollardan 2,5 trilyon dollara yüksəlib". Eyni zamanda, o, bu il də müsbət makroiqtisadi dinamikanın davam etdiyini vurğulayıb.

Bununla belə, günün əsas intriqası Paşinyanın beşinci dəfə Rusiyaya rəhbərlik edən Putinlə görüşü oldu. Ermənistan lideri bundan öncə böyük mətbuat konfransı verdiyi üçün Rusiya prezidentinin andiçmə mərasimini buraxıb. Xüsusən də jurnalistlərlə danışan Paşinyan Rusiyaya qarşı bir sıra şikayətlərini dilə gətirib. Məsələn, o, Rusiya televiziya kanallarının, respublika ilə bağlı redaksiya siyasətinə yenidən baxmasalar, Ermənistanda yayımını qadağan edəcəyi ilə hədələyib. "İmzalanmış sazişlərə əsasən, biz Rusiya kanallarından Ermənistana və onun maraqlarına hörmət etməyi xahiş edirik. Ölkələrimiz arasındakı dostluq münasibətlərinə əsaslanaraq, biz dəfələrlə xahiş etməyə, sonra tələb etməyə hazırıq. Əgər yeddinci dəfədən sonra bizim tələbimizə məhəl qoyulmasa, o zaman bütün bu kanallar bağlanmalı və onların Ermənistanda yayımı dayandırılmalıdır", - deyə hökumət başçısı vurğulayıb. Bundan başqa, Paşinyan Azərbaycan, Ermənistan və Rusiya başçılarının Qarabağ uğrunda ikinci müharibəyə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatını etibarsız adlandırıb. O, bunu sənədin Bakı ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına (Zəngəzur dəhlizi adlanan) nəzarətin Rusiya sərhədçiləri tərəfindən həyata keçirilməli olduğunu qeyd edən doqquzuncu bəndinin müzakirəsi kontekstində xatırladıb. Moskva bildirib ki, Vladimir Putinlə Paşinyan arasında danışıqların əsas mövzusu Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik məsələləri ilə bağlıdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dediyi kimi, bu danışıqlar hər iki tərəfə lazım idi. Xatırladaq ki, aprelin 22-də Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Bundan əvvəl Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanılmışdı. 

Erməni politoloq Arşaluys Mqdesyan hesab edir ki, indi Moskva ilə İrəvan arasında siyasi münasibətlər SSRİ-nin dağılmasından bəri ən aşağı həddə çatıb. "Ermənistan hakimiyyəti hesab edir ki, onların rusiyalı həmkarları hərbi-siyasi sahədə müttəfiqlik öhdəliklərini yerinə yetirmirlər və bütün anti-Rusiya günahlarında ittihamlarla cavab verirlər. Mahiyyət etibarı ilə Moskvanın mövqeyi İrəvana Qərbin inkişaf kursunu əsaslandırmaq imkanı verir və İrəvanın davranışından Moskva Cənubi Qafqazdakı hərəkətlərinə haqq qazandırmaq üçün istifadə edir. Geosiyasi vəziyyət dəyişməyincə, çətin ki, tərəflər bu yoldan dönə bilsinlər", - ekspert hesab edir. MDBMİ-nin Beynəlxalq Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Nikolay Silayev isə əksinə, hesab edir ki, Ermənistan hakimiyyəti Aİİ-dən hansı iqtisadi faydaları itirə biləcəyini başa düşməklə yanaşı, Rusiya ilə münasibətlərini pisləşdirməyə şüurlu şəkildə çalışır. Öz növbəsində Moskva İrəvanla müttəfiqliyini qoruyub saxlamağa çalışır. "Lakin təhlükəsizlik sahəsində əlavə tərəfdaşlar axtarmaq bir şeydir, eyni zamanda Moskva ilə münasibətləri korlamaq başqa şeydir", - Silayev deyib. Strateji Tədqiqatlar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan da hesab edir ki, Ermənistan hakimiyyəti Rusiya ilə müttəfiqlik münasibətlərinə yenidən baxmaq kursunu müəyyənləşdirib. "Paşinyan hökumətinin nöqteyi-nəzərindən Rusiya ilə müttəfiqlik özünü doğrultmadı. Onlar bir tərəfdən Türkiyə və Azərbaycanla nəyin bahasına olursa-olsun sülh kursunu, digər tərəfdən Qərblə yaxınlaşma kursunu müəyyənləşdirdilər. Eyni zamanda, Paşinyan ehtiyat edir ki, Rusiya ilə münasibətlərin kəskin pozulması, xüsusən də Aİİ-dən çıxması daxili siyasi problemlərlə dolu olan ölkə üçün ciddi sosial-iqtisadi problemlərə gətirib çıxara bilər. Buna görə də o, boşluğu daha idarəolunan etmək və hakimiyyəti üçün mümkün risqləri minimuma endirmək niyyətindədir", - Xalatyan qeyd edib".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ