Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanın sülhməramlılarla bağlı siyasəti dünyada böyük maraq oyatdı...

Image


Ukraynada savaş başlayandan sonra Azərbaycan istər enerji ixracı, istərsə də nəqliyyat dəhlizi baxımından Avrasiyada daha çox əhəmiyyət kəsb edən önəmli dövlətə çevrilib. Bunlar fonunda Azərbaycan digər mühüm nailiyyətləri ilə də gündəmdədir. 

Məsələn, Azərbaycan postsovet məkanında mümkünsüz kimi düşünülən bir şeyə - Rusiya sülhməramlılarının vaxtından əvvəl ərazini tərk etməsinə nail olmağı bacarıb. Üstəlik, Moskvanı qəzəbləndirmədən buna nail ola bilib. 

"Kommersant" qəzetinin eksperti Kirill Krivoşeyevin Karneqi Rusiya Avrasiya Mərkəzi üçün yazdığı məqalədə deyilir ki, sülhməramlılar Azərbaycanın Ermənistanla birgünlük müharibədə azad etdiyi Qarabağdan çıxarkən, prezident İlham Əliyev Moskvada səfərdə idi. Nə Rusiya rəsmiləri, nə də Rusiyanın təbliğat mediası Rusiyanı Cənubi Qafqazdan çıxarmaqda Bakını suçlamayıb. Əvəzində Azərbaycanın 1991-ci ildəki sərhədlərini tanıdığı və Brüssellə Vaşinqtona həddindən artıq güvəndiyi üçün Ermənistanın baş naziri Nikol Paşinyanı qınadılar: "Böyük ehtimalla bu, o deməkdir ki, Kreml Qarabağ məsələsinin çözüldüyünü anlayır və Azərbaycanla münasibətlərini korlamaq istəmir. Azərbaycan göstərdi ki, hərbi və diplomatik səylərin müəyyən kombinasiyası sayəsində həm Moskvanın iradəsinin ziddinə ərazi münaqişəsini həll etmək, həm də Rusiya ordusunu ərazidən çıxarmaq mümkündür. Uzun müddət ortaq anlayış bundan ibarət olub ki, Rusiya sülhməramlılarını yerləşdirdiyi yerdən çıxmaz. Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrində də, Moldovanın rusiyayönlü bölücü Dnestryanı bölgəsində də belə olub. Ancaq Qarabağ münaqişəsi bu trendə meydan oxudu. Hətta Rusiya öz sülhməramlılarını illərlə burada saxlamaq istəsəydi belə, son nəticədə onlar çox az şey qazanaraq buranı tərk etməli olacaqdı. Sülhməramlıların çıxarılması Qarabağ məsələsinə çözümün Rusiya modelinin tam çöküşü deməkdir. Bu çözüm yolu sülhməramlıların burada, aşağı-yuxarı, daim qalmasını nəzərdə tuturdu. Azərbaycan bölgəyə nəzarəti ələ keçirəndə və Qarabağ erməniləri kütləvi şəkildə Ermənistana qaçanda Moskva öncə öz sülhməramlılarına yeni rol tapmağa çalışdı. Bir variant onların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının bir hissəsi kimi Ermənistanda qalması idi. Di gəl, Ermənistanda Azərbaycanın Qarabağdakı qələbəsinə görə çoxlarının Moskvanı günahlandırması fonunda Paşinyan açıq şəkildə Rusiya sülhməramlılarını qəbul etməkdən boyun qaçırdı. Ardınca Rusiya hətta sülhməramlıların minadan təmizləmə işinə yardım göstərməsi üçün Qarabağda qalmalı olduğunu iddia etməyə də cəhd göstərdi. Ancaq aydındır ki, minalardan təmizləməyə 2 min əsgər və 400 maşın tələb edilmir. Sülhməramlıların aid olduğu Rusiyanın 15-ci keşikçi motorlu atıcı "Aleksandriya" briqadası artıq Ukraynada döyüşür. Bu vaxtadək Qarabağda olan digərləri də, böyük ehtimalla, onlara qoşulacaq. Hətta əvəzində Bakıdan heç bir güzəşt qoparmadan sülhməramlılarını çıxarmış olsa belə, Moskva Ermənistan-Azərbaycan danışıqlarından kənarda qalıb. Moskva və Bakı İrəvanı Qərblə çox yaxınlaşmaq cəhdlərinə görə tənqid etsə də, Rusiya diplomatiyasının Cənubi Qafqazda intensivləşməsi, yaxud Moskvanın Bakı ilə yaxın əməkdaşlığının əlamətləri gözə dəymir. Əvəzində İrəvanla Bakı bu yaxınlarda birbaşa dialoqa başlayıb və, hələlik, dialoq uğurlu alınır.

İrəvanla Bakı arasında dörd sərhəd kəndinin Azərbaycana qaytarılması haqda son razılaşma və iki ölkə arasında ilk sərhəd nişanlarının quraşdırılması Rusiyanın hər hansı iştirakı olmadan baş verib. Ermənistan-Azərbaycan münasibətlərində ötən il qəbul edilən "nə Rusiya, nə Qərb" yanaşması artıq işlək yanaşma kimi görünür.  Özəlliklə iki tərəfin 1991-ci ildə imzalanan və SSRİ-nin dağılmasını nizamlayan Alma-Ata protokollarında təsbit olunan ortaq sərhədlərlə bağlı razılıq istiqamətində konsensus əldə etməyə çalışması çox ümidvericidir. Bu, Azərbaycanı 1940-cı, 1950-ci və 1960-cı illərdəki xəritələr əsasında yeni sərhədlər tələb etmək istəyindən çəkindirməlidir, axı göstərilən illərdə Azərbaycanın ərazisi daha böyük olub. Digər tərəfdən, Ermənistan ordusunu gücləndirməyə çalışdığı üçün Azərbaycan onu tənqid etməyə davam edir. Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirməli olan Zəngəzur dəhlizi mövzusu da hələ gündəmdə qalır. Başqa sözlə, İrəvanla Bakı bəlli məsələlərdə xarici vasitəçilik olmadan razılığa gələ bilibsə də, bu, ötəri dekorasiya da ola bilər. Ancaq istənilən halda Rusiyanın əvvəlki nüfuzlu vasitəçi roluna qayıtması ehtimalı yoxdur. Müharibəni dəstəkləyən Rusiya "Telegram" kanalları vaxtaşırı Bakını Kiyevə rəğbət bəslədiyi üçün tənqid edir. Azərbaycanda hətta iqtidarı dəstəkləyən media da Ukraynada Rusiyaya qarşı vuruşan azərbaycanlı könüllülər haqqında materiallar dərc edib. Rusiyada Azərbaycanın Ukraynaya silah satması ilə bağlı şayiələrin doğurduğu qəzəb də var. Ancaq Moskva Azərbaycanla hər hansı gərginlikdən yayınmağa çalışır. Sülhməramlılarını çıxarması müqabilində Moskvanın Bakıdan heç bir şey qopara bilməməsi, yaxud qoparmaq istəməməsinin əsas səbəblərindən biri Ukraynaya tammiqyaslı müdaxilə və Rusiyanın beynəlxalq təcridi nəticəsində Moskvanın rıçaqlarının önəmli dərəcədə azalmasıdır. İndi Moskva qonşuları ilə münasibətlərini riskə atmaq istəmir. Ukraynaya müdaxiləsinin ardınca Avropa bazarının çoxuna çıxışını itirən Rusiya neft və qazını Azərbaycan vasitəsilə ixracını kəskin artırıb.  Azərbaycan İran və onun İran körfəzindəki limanlarına və əks istiqamətdə malların daşınması məsələsində də Rusiya üçün əvəzedilməz tərəfdaşa çevrilib. "Şimal-Cənub" dəhlizi ilə daşımaların Putin ilə Əliyev arasında 22 aprel müzakirələrinin əsas mövzularından biri olması təsadüfi deyil. Moskva üçün Bakı ilə münaqişəyə girib bütün bunları itirmək məntiqsiz olardı. Özəlliklə mövzu Qarabağdakı sülhməramlılar olsaydı. Rusiya əsgərləri bölgədə 2025-ci, hətta 2030-cu ilədək qalsaydı da, ərazidəki real faktları dəyişə bilməyəcəkdilər. Əksinə, onlar Moskvanın İrəvanla Bakı arasındakı danışıqlardan necə kənarlaşdırılmasını yada salacaqdılar".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ