Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyana parlamentdən və küçədən ikiqat zərbə planı hazırlanır...

Image


Akif Nağı: "Hesab edirəm ki, bu aksiyalardan Paşinyan hökumətinə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər"   

Bildiyiniz kimi, özünü Tavuş yeparxiyasının rəhbəri kimi qələmə verən Baqrat Qalstanyan (Srbazan) erməni Qriqoryan kilsəsinin göstərişi ilə başına bir dəstə revanşist toplayıb İrəvanın Respublika meydanında mitinq keçirir. Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsi əleyhinə təşkil edilən mitinqdə səsləndirilən fikirlərə görə, məqsəd Paşinyan hakimiyyətini devirməkdir.

"Arxiyepiskop"  Baqrat Qalstanyan bildirib ki, parlamentdəki müxalifət fraksiyaları yaxın günlərdə Paşinyana qarşı impiçment prosesinə başlamağa hazırdır. O, keçirilən mitinqdə gələcək fəaliyyət planını təqdim edib.

"Arxiyepiskop" "yaxın 2-3 gündə bu əzabları yaşamalıyıq ki, qələbəmizi əzab içində qazanaq. Başqa yol yoxdur. Paşinyan isə sizə məhəl qoymadığına və reaksiya vermədiyinə görə onu seçənləri həyatından kənarlaşdırdı. Və bu tələb bütün xalqın, təkcə meydana toplaşanların deyil, Ermənistanda və diaspora ilə bağlı hər kəsin tələbidir. 

Bizim ilk addımımız parlamentdə Paşinyana etimadsızlıq səsverməsi və onun istefasına nail olmaqdır. Bu prosesin təşkilini parlamentdəki üç fraksiya ilə müzakirə edəcəyik. O cavab verməyib yenə susarsa, biz dinc itaətsizlik aksiyaları təşkil edəcəyik" - deyə bildirib.

B.Qalstanyan deyib ki, Ermənistan parlamenti  fraksiyalarının deputatları ilə Nikol Paşinyanın istefası prosesinə başlamaq məsələsini müzakirə edib. Müzakirələrdə "Ermənistan" fraksiyasının deputatları-Artsvik Minasyan, Seyran Ohanyan, Qarnik Danielyan, İşxan Saqatelyan iştirak edib. Onlara "Mənim şərəfim var" fraksiyasından olan deputat Tiqran Abramyan da qoşulub.

Baqrat həmçinin  insanları İrəvanda və Ermənistanın digər bölgələrində tətillərə və dinc itaətsizliyə çağırıb. Qeyd edib ki,  şəhərin bütün mümkün ərazilərində dinc itaətsizlik aksiyaları keçirməyə başlayacaqlar. "Bütün universitetlərə, təhsil təşkilatlarına müraciət edirəm. Sabah (10 may) tətilə başlayacağıq. Mən regionların sakinlərini də itaətsizlik aksiyalarına başlamağa çağırıram" - Baqrat Qalstanyan bildirib.

Erməni Qriqoryan kilsəsi radikallarının və digər revanşistlərin İrəvanda antipaşinyan mitinqi, etiraz aksiyası davam edir. Radikalların parlamentdə Paşinyanla bağlı impiçment qoymaq planları da var. Paşinyana həm parlament vasitəsilə təzyiq etmək istəyirlər, eyni zamanda əhalinin hökumətə etimadsızlıq göstərməsi, tətillər və digər yolldarla onu devirmək istəyirlər. Yəni Ermənistanda etimadsızlıq tətillərinə çağırış edilib.

Budəfəki aksiya Paşinyanı yıxa bilərmi? Onların Paşinyana gücü çatacaqmı?

"Parlamentdə Paşinyana impiçment qaydasını tətbiq etmək istəyirlər, amma sayları yetəri qədər deyil, çünki müxalif partiyaların sayı çox azdır" 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində "Hiss olunur ki, əks qüvvələr bu işə ciddi şəkildə hazırlaşıblar. Onlara xaricdən, xüsusən də Rusiyadan dəstək hiss olunur. Çox qəribədir ki, bir tərəfdən, Rusiya Prezidenti Putin Paşinyanla görüşdü, belə görsənir ki, müəyyən məsələlərdə razılıq əldə olunub, digər tərəfdən də Paşinyana qarşı bu cür aksiyalar təşkil olunur. Açıq şəkildə Robert Köçəryanın nümayəndələri prosesdə iştirak edorlər, Ohanyan orda görsənir. Eyni zamanda Köçəryanla görüşlə bağlı da məlumat yayıldı ki, mitinqədən əvvəl onunla görüşülüb. Amma özü bunun altından qaçır. Yəqin izi itirməyə çalışırlar. Yəqin görüşməmiş olmazlar, görüşməsələr də, müəyyən adamlar vasitəsilə əlaqə saxlayıblar. Vəziyyət bu şəkildədir, mitinqçilərin arxasında ciddi bir qüvvənin dayandığı hiss olunur, çünki izdihama nail olublar. Nə qədər yolu da piyada gəldilər, düzdür, yol boyu onlara dəstək verən olmadı, yəqin əsas qüvvə onları İrəvanda gözləyirmiş. Belə məlumatlar var ki, Rusiya tərəfindən də ora adamların cəlb olunması ilə bağlı müəyyən işlər görülür, Rusiyanın təsiri altında olan daxildəki ictimai qruplara, təbəqələrə mitinqə getməklə bağlı göstərişlər verilir. Ola bilsin, onlar Paşinyana daha ciddi təzyiqlər edib güzəştə getməsinə nail olmaq istəyirlər. Amma bütün hallarda Paşinyan hakimiyyətinin indiki məqamda devrilməsi nə Rusiyanın, nə də Qərbin marağındadır. Çünki onun yerinə kim gələcək, necə idarə edəcək, hansı istiqamətə gedəcək, o bilinmir. Üzdə olan Köçəryandır və onun ətrafındakılardır, yaxud keşişdir. Keşiş özü hakimiyyət iddiasında ola bilər. Amma özü qaçır bundan, deyir ki, yox, mən hakimiyyətə gəlmək istəmirəm. Amma bu sadəcə söz də ola bilər. O da hakimiyyətə gəlsə, bu bir nonsens, absurd olacaq Ermənistanın olmayan tarixində ki, artıq din adamları da hakimiyyətə gəlirlər. Yəni İrana oxşar bir quruluş yaratmaq istəyirlər, yoxsa yox? Bu Baqrat da əməlli-başlı fırıldaqçı, dələduz obrazındadır. İstər-istəməz keşiş Qapon əhvalatı yada düşür ki, insanların qabağına düşüb gedir. Amma inanmıram ki, keşiş hakimiyyətə gəlsin. Sadəcə olaraq ondan vasitə kimi istifadə edirlər.

Qərbin də Paşinyanın yerinə gətirməyə ciddi bir namizədi yoxdur. Çünki Paşinyan gedəcəksə onun komandasından heç kəsin qalmaq şansı yoxdur. Armen Qrqoryanla bağlı fikir deyilirdi, onun da şansı olmayacaq. Rusiya tərəfindən də Köçəryanın komandası içində elə tanınan bir lider yoxdur ki, o gəlsin, Köçəryanın özünün də yenidən hakimiyyətə gəlməsi böyük bir fəlakət deyil. Ona görə də, Rusiyanın hakimiyyətə kimisə gətirməsi inandırıcı deyil. Hər halda hesab edirəm ki, bu aksiyalardan Paşinyan hökumətinə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər" - deyə bildirdi.

A.Nağının sözlərinə görə, bu aksiyanın arxasında dayananlar var və burada Qərbin də iştirakı istisna deyil. Partiya sədrinin sözlərinə görə, bunlara baxmayaraq, Paşinyan da özünü çox arxayın aparır. "Parlament Paşinyanın arxasındadır. Parlamentdə Paşinyana impiçment qaydasını tətbiq etmək istəyirlər, amma sayları yetəri qədər deyil, çünki müxalif partiyalarının sayı çox azdır. Paşinyanın fraksiyasının, partiyasının nümayəndələrinin də müxalifət tərəfə keçmək ehtimalı yoxdur. Onlar möhkəm dayanıblar, Paşinyanı, daha doğrusu, özlərini müdafiə edirlər. Paşinyan gedəndən sonra onların da başında fəlakətlər ola bilər. Böyük bir izdiham olsa, bütün ölkə ayağa qalxsa Paşinyanın komandasında parçalanma baş verə bilər. Hələlik, balaca bir meydanı doldururlar. Mətbuatın verdiyi məlumatlara görə, minlərlə insan iştirak edir, yəni onminlərdən söhbət getmir. Onu da şişirdib, qabardıb təqdim etməyə çalışırlar. Hələlik, Paşinyanın hakimiyyətdən getmək məsələsi real deyil. Etirazçılar vətəndaş itaətsizliyi təklif edirlər. Onu edə bilərlər, tutaq ki, 30, 50, 100 nəfər İrəvanda yolu bağlaya, həyatı iflic edə bilər. Ona gücləri çatar. Amma Paşinyanın özünü arxayın aparmasından görsənir ki, onun əks qüvvələrə qarşı həyata keçirmək üçün tədbirləri var. Bu etirazlar bundan yuxarı gedərsə təhlükə ola bilər, amma bundan aşağı getsə yavaş-yavaş sönəcək. Ona görə də Paşinyanın özünü necə aparacağı o proseslərdən asılıdır. Böyük ehtimallarla etiraz dalğası aşağı enməyə başlayacaq. Ona görə də, hansısa hakimiyət dəyişikliyi gözlənilən deyil.

Amma Azərbaycan üçün fərqi yoxdur, Paşinyanın hakimiyyətdə olması da bizim üçün fərq etmir. Orada kiminsə hakimiyyətə gəlməsi yox, xaos vəziyyəti başlaya bilər. Xaos başlayandan sonra orada hansısa təhlükəli, düşünülməmiş addımlar atıla, tutalım, hansısa bir general müvəqqəti olaraq hakimiyyətə gələ, sərhəd xəttində hansısa xoşagəlməz, kortəbii  hərəkət edə bilər. Bunların hamısının qarşısını almağa Azərbaycan hazırdır və əks zərbə ilə onları yerində oturtmaq iqtidarındadır. Ona görə də istənilən situasiyada Azərbaycan üçün təhlükə yoxdur, əksinə, orada xaos yaranarsa Azərbaycan regionda öz mövqeyini bir daha möhkəmləndirə bilər"-deyə A.Nağı əlavə etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ