Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanın müharibə cinayətlərinin sistemli ifşası başlayıb...

Image


Beynəlxalq sülhün sabit vəziyyəti ümumbəşəri sərvət olduğundan, bu fenomenin həm beynəlxalq aləmdə, həm də milli qanunvericilik çərçivəsində qorunmasının siyasi-hüquqi mexanizminin tətbiqi bütün dövlətlər üçün olduqca zəruidir.

Bu hal beynəlxalq sülhə təhlükə yaradan əməllərin cinayət məsuliyyətinə cəlb edilməsindən də əhəmiyyətli dərəcədə asılıdır. Şübhəsiz ki, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan cinayətlər ən təhlükəli və qəddardır. Lakin müasir dünyada belə cinayətlərin sayı artmb.

Mina terroruna görə Ermənistan fakt qarşısında qalıb 

Terror aktlarının, qətllərin, əsarətin, əhalinin məhv edilməsinin və bir çox başqa faktların getdikcə artması ilə mövcud beynəlxalq vəziyyət bütün sivil dünya ictimaiyyətini bu qəbildən olan cinayətlərə qarşı ardıcıl mübarizə aparmağa məcbur edir. Ona görə də dövlətlər cinayətkarlıqla mübarizə üçün öz fəaliyyətlərini əlaqələndirməyə məcburdurlar. Belə əməkdaşlıq çərçivəsində beynəlxalq cinayətkarlıqla mübarizə və cinayət sferasında hüquqi yardımın göstərilməsi məqsədi ilə müqavilə və sazişlər bağlanır. Məhz bu fonda ictimai münasibətlərin qeyd edilən sahəsində cinayətlərin qarşısının alınması üçün birgə tədbirlər həyata keçirilir. BMT beynəlxalq cinayətlə bağlı qlobal problemlərin həlli üçün dövlətlər arasında tədbirlərin əlaqələndirilməsinə və əməkdaşlığın zəruriliyini qeyd edərək, cinayətlə mübarizənin ümumi və ortaq məsuliyyət olduğunu vurğulayıb.

Qeyd etmək lazımdır ki, beynəlxalq cinayət hüququnun mənbələrinə aşağıdakılar daxildir: Beynəlxalq xarakterli cinayətlərə (beynəlxalq terrorizm, müharibə təbliğatı, piratçılıq və sair) qarşı mübarizə haqqında konvensiyalar; Cinayət hüququ sahəsində hüquqi əməkdaşlıq və yardımla bağlı müqavilə müddəaları; Cinayətlərə qarşı mübarizəyə səlahiyyətli beynəlxalq təşkilatlar arasında müqavilələr. Bu cür müqavilələr bağlamaqla dövlətlər beynəlxalq cinayətləri tanımaq və müəyyən etmək üzrə öhdəliklər götürürlər. Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin ifşası baxımından da Azərbaycan bütün bu yuxarıda qeyd edilənlərdən faydalanır. Ermənistan xalqımıza qarşı 1949-cu ilin Cenevrə Konvensiyasında cinayət sayılan bütün əməlləri törədib. Lakin Göyçədən Zəngəzuradək deportasiyalara, Xocalıdan Gəncəyə, Bərdəyə vurulan raket zərbələrinə və işğaldan azad olunan ərazilərdə aşkar olunan məzarlığına qədər heç birinə Haaqada hüquqi qiymət verilməyib. Minaların mülki insanların yaşadığı ərazilərdə, eləcə də yollarda, yaxud piyadalar əleyhinə basdırılmasına qarşı "Human Rights Watch"un 2011-ci ildə təsis etdiyi üzv dövlətlərdən ibarət koalisiyasından hələ heç bir reaksiya verilməyib. Burada xatırladaq ki, Ermənistan 2020-ci ilin noyabr ayından etibarən 2021-ci ilin iyun ayına qədər mina xəritəsinin mövcudluğunu inkar edib. İlk dəfə olaraq 2021-ci ilin iyun ayında beynəlxalq vasitəçilərin Ermənistana təzyiqi nəticəsində rəsmi İrəvan Azərbaycana vasitəçilər vasitəsilə mina xəritələrini hissə-hissə təqdim etməyə başlayıb. Araşdırmalar göstərir ki,  işğaldan azad olunmuş ərazilər üç əsas mərhələdə minalanıb. Birinci mərhələdə düşmən 1994-cü ildə atəşkəs elan edildikdən sonra 2020-ci il sentyabrın 27-dək olan müddətdə "Ohanyan hədd"i adlanan keçmiş təmas xəttində minalanma fəaliyyətləri həyata keçirib. Bu mərhələdəki xəritələr planlı şəkildə hazırlanıb. İkinci mərhələdə 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək Vətən müharibəsi dövründə düşmən geri çəkilərkən cığırlara, yollara və digər ərazilərə minaları kortəbii şəkildə yerləşdirib. Üçüncü mərhələdə 2020-ci il noyabrın 9-dan 2023-cü il sentyabrın 19-dək olan dövrü əhatə edir. Qarabağdakı 15 min nəfərə yaxın qanunsuz erməni hərbi birləşməsi keçmiş təmas xəttində mina zolağı yaradıb. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərin perimetrləri boyunca Ermənistan istehsalı olan təxminən 500 mindən çox mina basdırıldığı məlumdur. Onların da dəqiq xəritəsi var. Amma bunlar hələ də ölkəmizə təqdim olunmur. Azərbaycan beynəlxalq instansiyalarda bütün bunları ifşa edir.

Sülh və bəşəriyyətin təhlükəsizliyinə qarşı cinayət törədənlər mütləq cəzasına çatır... 

Faktdır ki, cinayətkarların məsuliyyəti qaçılmaz olmalıdır. Sülh və bəşəriyyətin təhlükəsizliyinə qarşı cinayət törədənlər mütləq cəzasını almalıdır. Beynəlxalq ictimaiyyət tərəfindən hazırlanmış hüquqi normaların əsas məqsədi bəşəriyyətin sülh və təhlükəsizliyinə təhdid yaradan cinayət əməllərinin qarşısının alınmasıdır. Öz növbəsində, bu cür cinayətlərin qarşısının alınmasına profilaktik əhəmiyyət verilməlidir, çünki bu, bütövlükdə qlobal asayişin qorunmasına bərabərdir.

Beynəlxalq cinayət qanunvericiliyinin effektivliyinin artırılması qeyd olunanlar fonunda çox mühümdür. Sülh əleyhinə cinayətlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: cinayət hücumunun obyekti beynəlxalq sülh və təhlükəsizlikdir; cinayət əməlinin nəticələri sabit beynəlxalq sülhün pozulması və ya ona qarşı yaranan təhlükələr şəklində təzahür edir; beynəlxalq və ya milli səviyyədə ixtisaslaşdırılmış aktlarda ifadə edilmiş cinayət hüquq pozuntusunun olması. Bütün bunlar Ermənistanın fəaliyyətində qeydə alınıb. Aşağıdakı əməllər və ya onlardan hər hansı biri Haaqa tribunalın yurisdiksiyasına aid olan cinayətlərdir və məsuliyyətə səbəb olur: 1. Sülh əleyhinə cinayətlər, yəni: beynəlxalq müqavilələri, sazişləri və ya təminatları pozmaqla təcavüz və ya müharibəni planlaşdırmaq, hazırlamaq, başlamaq və ya aparmaq. Bu cinayət əməllərinin müəyyən hüquqi tərkibi beynəlxalq cinayət hüququnun müasir sisteminin formalaşması üçün əsas yaradır. Bu gün təcavüz sülhə qarşı cinayət kimi, yəni bir dövlətin digər suveren dövlətə qarşı silahlı güc tətbiq etməsi, ərazi bütövlüyünə və ya siyasi rejiminə qəsd etməsi, BMT Nizamnaməsini pozması kimi təsbit olunur. Qeyd etmək vacibdir ki, "təcavüz" anlayışı BMT Baş Assambleyasının 1974-cü il dekabrın 14-də qəbul etdiyi qətnamədə yer alır. Beynəlxalq cinayət hüququnda məsuliyyət aqressiv müharibəni planlaşdırarkən, hazırlayarkən, apararkən, o cümlədən təcavüz təhlükəsi ilə bağlı bəyanatlar, mesajlar, güc nümayişi kimi tədbirlər şəklində hərəkətlərə görə müəyyən edilir. 2. Təcavüzkar hərəkətlər əsasında silahlı qüvvənin tətbiqi; 3. Təcavüz aktı zamanı hərəkətlər aktiv və həqiqi silahlı olmalı, onların məqsədi dövlətin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyi olmalıdır; 4. Silahlı qüvvədən istifadə aktı BMT Nizamnaməsinin müddəalarının pozulması ilə müşayiət olunmalıdır; 5. Təcavüz komissiyası faktiki olaraq BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir. Ermənistanın əməlləri bütün bunlara uyğundur. Elə bu fonda Ermənistan indi müharibə cinayətlərinə görə beynəlxalq məhkəmə instansiyalarında cavab verir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ