Cümə axşamı günü, 05 noyabr 2026
     

Bu 3 ölkə jurnalistlərinin 7 fevralda obyektiv olacaqları (?) maraqla izlənilir...

Image


Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri üzrə 86 min 490 müşahidəçi qeydiyyatdan keçib.  Secki-2024.az saytı xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri bildirib ki, onlardan 790 nəfər beynəlxalq müşahidəçilərdir.

Növbədənkənar prezident seçkilərinə xarici medianın marağının böyük olduğunu deyən MSK sədri  qeyd edib ki, indiyədək Yaponiya, İtaliya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrdən 63 media qurumunun 119 əməkdaşı seçki prosesinin işıqlandırılması üçün müraciət edib.

Jurnalistlərin seçkiyə baxmağa gəlişi yaxşı haldır. Lakin Türkiyə və Rusiya jurnalistləri ilə məsələ aydındır, onlar yəqin ki, maksimum obyektiv davranacaqlar. Çünki dost ölkələri təmsil edirlər. Bəs Almaniya, İtaliya və Japoniya jurnalistləri özlərinin seçki təəssüratlarında nə qədər obyektiv olacaqlar? Təmsil etdikləri ölkələrin siyasi hakimiyyətlərinin onlara təsiri olacaqmı?

Müşfiq Ələsgərli:"Hansısa media subyekti 86 min müşahidəçinin gördüyü həqiqətləri tərsinə çevirib yanlış formada təqdim edəcəksə, ilk növbədə özünü ifşa etmiş olacaq" 

Media eksperti Müşfiq Ələsgərli "Bakı-Xəbər"ə şərhində "7 fevral seçkisinin həm ölkə daxilində, həm də ölkə xaricində ciddi maraq doğurduğunu  müşahidə edirik. MSK-nın son məlumatına görə, 7 fevral seçkisi  üzrə 86 min 490 nəfər müşahidəçi akkreditasiyadan keçib ki, bunlardan 790 nəfəri beynəlxalq müşahidəçilərdir. Təbii ki, media subyektlərinin seçki prosesini işıqlandırmaları üçün də yetərli şərait yaradılıb. 63 xarici media qurumundan 119 nəfər jurnalistin akkreditasiyaya alınması faktı onu göstərir ki, seçki prosesini işıqlandırmaq istəyən xarici media qurumlarının  qarşısında heç bir maneə yaradılmayıb"-"deyə bildirdi. M.Ələsgərli qeyd etdi ki, Azərbaycan dövləti seçkinin demokratik, şəffaf formada keçirilməsi üçün bütün şərtləri təmin edib. "Xarici media qurumlarının necə davranacağı məsələsinə gəlincə, əlbəttə, bu onların özlərinin peşəkarlıqlarına bağlıdır. Özünü peşəkar sayan, beynəlxalq imici olan hansısa media qurumunun yalan, yanlış məlumat yaymağa meyl edəcəyini gözləmirəm. Çünki seçki prosesi hər kəsin gözü qarşısında keçirilir. Yuxarıda qeyd etdiyimiz kimi, seçkini 86 min 490 nəfər müşahidəçi izləyir. Əgər hansısa media subyekti 86 min müşahidəçinin gördüyü həqiqətləri tərsinə çevirib yanlış formada təqdim edəcəksə, ilk növbədə özünü ifşa etmiş olacaq. Hər kəs onların yalan yazdıqlarınıa şahidlik edəcək. Yox, əgər real şəkildə hansısa qüsurlu bir məqam, gerçək bir problem  tapıb yazacaqlarsa, onda həmin qüsurun aradan qaldırılması üçün tədbirlər görüləcək. Azərbaycan demokratik ölkədir, burada söz və ifadə azadlığı, plüralizmə hörmət vardır. Kimsəyə belə yaz, elə yaz deyiilmir. Yetər ki, yazanlar həqiqəti yazsınlar, qanunları, kodeksləri pozmasınlar"-deyə M. Ələsgərli bildirdi.

Dəyanət Osmanlı:"... Ehtimal oluna bilər ki, Azərbaycanı istəməyən dövlətlərin mediasına təmsil etdikləri ölkələrin hökumətlərinin təsiri olsun, amma bu, seçkinin obyektivliyinə kölgə sala bilməyəcək" 

"Türk Dünyası İnfo" İctimai Birliyinin sədri Dəyanət Osmanlının fikrincə isə, hansısa bir xarici media orqanı seçki prosesi ilə bağlı qərəzli fikirlər irəli sürərsə belə, seçkinin demokratikliyinə kölgə sala bilməz. "Fikrimcə, daha çox demokratiya və azad sekilərdən bəhs edən bəzi dövlətlər var ki, onların başqa ölkələrdəki vəziyyətə münasibətində demokratiya əsas təşkil eləmir. Yəni burada təsir göstərmək üçün nöqsan axtarmaq, bəzən də o nöqsanı yaratmaq amilləri vardır. Sözsüz ki, Azərbaycanın bütövlüyünü, inkişafını istəməyən qüvvələr var. Prezident seçkilərində də həmin ölkələrin müşahidəçiləri arasında həm azad, həm də əsasən sifarişə işləyən media nümayəndələri ola bilər. Amma bir həqiqət var ki, onlar Azərbaycanın bugünkü durumunda xalqın istəklərini yaxşı bilirlər və buna görə də neqativ dəyərləndirmələrin heç bir əhəmiyyəti olmayacaq. Əgər seçki komissiyalarında onların özləri olsaydılar belə, yenə də cənab İlham Əliyevin alternativsiz lider olduğunu görərdilər.  Digər bir tərəfdən, Almaniya, Yaponiya və İtaliya kimi ölkərin mediasının hansısa dəyərləndirmələri dövlətimizin prioritetlərini dəyişdirə bilməz. 

Düzdür, ehtimal oluna bilər ki, Azərbaycanı istəməyən dövlətlərin mediasına təmsil etdikləri ölkələrin hökumətlərinin təsiri olsun, amma bu, seçkinin obyektivliyinə kölgə sala bilməyəcək". 

D.Osmanlı ümid edir ki, həm yerli, həm də xarici medianın seçkini obyektiv işıqlandırması üçün ciddi əsaslar var, jurnalistlərin fəaliyyəti üçün geniş şərait yaradılıb. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ