Cümə axşamı günü, 05 noyabr 2026
     

Gürcüstan eksperti 7 fevral seçkisini öz ölkəsilə niyə əlaqələndirdi...

Image


Akif Nağı: "...Regionda gürcülərin əsas məsələləri Azərbaycanın köməyi, müttəfiqliyi ilə həll oluna bilər"

"Azərbaycan üçün qarşıdan gələn prezident seçkiləri vacibdir. Çünki seçkilər müstəqillik əldə etdikdən sonra ilk dəfə bütün ölkə ərazisində baş tutacaq". Bu fikirləri secki-2024.az saytına gürcü ekspert, siyasi elmlər doktoru Soso Mancavidze bildirib.

Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək prezident seçkilərinin təkcə Azərbaycan üçün deyil, həm də Gürcüstan və ümumilikdə region üçün əhəmiyyəti həddindən artıq böyükdür.

"Gürcüstan üçün bu nümunə onun ərazi bütövlüyünün bərpasına olan ümidləri gücləndirir. Region üçün isə bu, sülh və firavanlıq perspektividir. Azərbaycan xalqına uğurlu prezident seçkiləri arzu edirəm. Bu seçkiləri həqiqətən də tarixi adlandırmaq olar", - Soso Mancavidze deyə fikrini yekunlaşdırıb.

Gürcü ekspert nəyi nəzərdə tutur? Gürcüstan eksperti 7 fevral seçkisini öz ölkəsilə  niyə əlaqələndirdi?  

"Güclü Azərbaycan həm ölkənin daxili stabilliyi, həm də bütün Cənubi Qafqazda inkişaf, stabillik üçün bir təminatdır" 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Azərbaycanda gedən proseslər bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya üçün təsir imkanlarına malikdir. "Bunu artıq hər kəs etiraf edir, Qərb də, Avropa da, Rusiya da bilir, öz hərəkətlərini də buna uyğunlaşdırırlar. Kimlərin xoşuna gəlmirsə təzyiq göstərməyə çalışırlar, kimlər öz maraqlarına uyğunlaşdıra bilirlərsə Azərbaycanla yanaşı addımlamağa çalışırlar. Belə bir vəziyyətdir. Bunlar Azərbaycanın regionda lider dövlətə çevrilməsinin göstəriciləridir. Gürcü ekspert də Azərbaycanda keçirləcək prezident seçkilərinin həm Gürcüstan, həm region üçün əhəmiyyətini qeyd edir. Bu bizim üçün də çox vacib məqamdır. Gürcü eksperti də adi ekspert deyil, görünür, bu işlə ciddi məşğul olan şəxsdir, elmi dərəcəsi və təcrübəsi olduğu özünü büruzə verir. Ona görə də belə bir adam təsadüfi söz demir. Gürcüstanda ölkənin ərazi bütövlüyü ilə bağlı bir bədbinlik var, bu onun işarəsidir. Demək olar ki, onlar bundan ümidlərini tamam üzüblər. Biz on il bundan əvvəl Gürcüstana gedib-gələndə orada ekspertlərlə, siyasilərlə görüşürdük. Orada sürgündə olan Suxumi hökuməti, parlamenti var. Onlar Suxumidən çıxarılan gürcülərdir və Tiflisdə özlərinə mühacir hökumət, parlament qurublar, ictimai rəyə təsir göstərməyə çalışırlar. Biz onların rəhbərləri ilə görüşürdük, çox ümidsiz idilər. Xüsusən də 2018-ci il Rusiya-Gürcüstan qarşıdurmasından sonra onlar ümidlərini tamam itirmişdilər. Ona görə də Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi gürcüləri də ruhlandırdı. Nəzərdə tutulur ki, Azərbaycan hərbi yolla torpaqlarını azad etdi və ondan sonra həm Rusiya, həm Qərb tərəfindən edilən təzyiqlərə davam gətirə bildi, bu gün də davam gətirir, getdikcə təzyiqlərin artmasına baxmayaraq onların qarşısında dayanır. Azərbaycan bu təzyiqləri neytrallaşdırmaq yolunu tapıb, bu baxımdan da Gürcüstan üçün bu təcrübə maraqlıdır"-deyə A.Nağı vurğuladı.

Partiya sədrinin sözlərinə görə, Gürcüstan bu gün Qərbə, Avropaya inteqrasiya yolunu tutub, Avropa İttifaqına üzvlüklə bağlı namizədliyi də gündəmdədir: "Çox ehtimal ki, gürcü ekspertin fikirləri təkcə Azərbaycana yox, Gürcüstan hakimiyyətinə də yönəlib. Biz Gürcüstan hökumətindən də istədiyimiz dəstəyi görmədik. Xüsusən də AŞPA Azərbaycana qarşı məlum addımı atanda, sanki Gürcüstan Azərbaycana olan bu təzyiqləri nəzərə almadan elə düşünür ki, qapılar açılır, sürətlə Qərbə, Avropaya doğru gedir. Oradan nə qazanacaqlar bilinmir. Fikrimcə, gürcü ekspertin fikirləri Gürcüstan hakimiyyətinə yönəlib ki, Azərbaycanla münasibətləri normal saxlamaq lazımdır, regionda gürcülərin əsas məsələləri Azərbaycanın köməyi, müttəfiqliyi ilə həll oluna bilər. Eyni zamanda da Türkiyənin. Qənaətimə görə, o həm də buna işarə edib. Hər bir dövlət üçün əsas məsələ onun ərazi bütövlüyüdür. Gürcüstan bu gün ərazi bütövlüyünü ön plana çəkir, yoxsa Avropaya inteqrasiyanı? Ortada bu məsələ var.  Azərbaycan özü üçün ən önəmli məsələ olan ərazi bütövlüyü məsələsini önə çəkdi və ərazi bütövlüyünün bərpa olunmasına nail  oldu. Təzyiqlər də var. Azərbaycan Qərbə inteqrasiyanın əleyhinə deyil, amma sadəcə olaraq Qərbə inteqrasiya Azərbaycanın milli maraqlarının tapdanması, arxa plana keçirilməsi hesabına olmamalıdır. Azərbaycan düzgün siyasət yeridir. Hesab edirəm, gürcü mütəxəssis bu məsələyə də öz hökumətlərinin diqqətini cəlb edir ki, bu Azərbaycan nümunəsindən yararlanmaq lazımdır. 

7 fevral prezident seçkilərinə gəlincə, hesab edirəm ki, Azərbaycan region üçün də prezident seçkilərini keçirir, cəmiyyətin əhval-ruhiyyəsini, ümimi mövqeyini ortaya qoyur. Bu seçkilərdə Azərbaycan xalqı 44 günlük müharibədəki qələbəyə münasibətini bildirəcək".

A.Nağı qeyd etdi ki, xalqımız ərazi bütövlüyü və suverenliyi təmin olunmuş  Azərbaycanın gələcəyinə, irəliyə getməsinə səs verəcək. "Bu seçki Azərbaycanın daxilindəki monolit birliyi göstərəcək. müharibədə o birlik göstərildi, indi də qalib gəlmiş ölkədə yenidən monolit birlik ortada olmalıdır. Azərbaycanın daxili nə qədər möhkəm olarsa, o həm öz maraqları naminə uğurlu siyasət yürüdə, eyni zamanda region üçün də stabillik məkanına çevrilə bilər. Güclü Azərbaycan həm ölkənin daxili stabilliyi, həm də bütün Cənubi Qafqazda inkişaf, stabillik üçün bir təminatdır. Gürcülər də bunu öz maraqları üçün dəyərləndirir. Böyük ehtimalla, bu və digər məqamlar nəzərdə tutulur"-deyə A.Nağı əlavə etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ