Cümə axşamı günü, 05 noyabr 2026
     

Avropa Şurası ana məqsədindən uzaq düşdü - məhvə sürüklənir...

Image


Məlumdur ki, Avropa Şurası Avropanın İkinci Dünya müharibəsindən sonra yaradılan aparıcı institutlarından biri olub. Onun  başlıca məqsədi insan hüquqlarının, demokratiyanın və qanunun aliliyi prinsipinin qorunmasıdır. 

Amma təəssüf ki, Avropa Şurası son illərdə öz əsas prinsiplərindən sürətlə uzaqlaşıb. Elə bu səbəbdən indi Avropa Şurasına artıq əvvəlki etimad qalmayıb.

Hadisələrin gedişi göstərir ki, bu gedişlə bir neçə ilə Avropa Şurasının ümumiyyətlə bir təşkilat olaraq sıradan çıxma ehtimalı yüksəkdir. Çünki o, bəzi ölkələrin, qüvvələrin əlində sadəcə bir vasitəyə, oyuncağa çevrilib. Bu barədə danışmazdan öncə qeyd edək ki, Avropa Şurasının əsas qurumları Nazirlər Komitəsi və Parlament Assambleyasıdır. Rusiya qurumdan çıxdıqdan sonra Avropa Şurası 46 ölkəni və 670 milyon insanın yaşadığı coğrafiyanı əhatə edir. Avropa Şurasına üzv olan dövlətlər Avropa Konvensiyalarına qoşulur, Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul edirlər. Azərbaycan ölüm cəzasını və mətbuat üzərində senzuranı ləğv edəndən sonra - 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunub. AŞPA-da nümayəndə heyətinin ilk rəhbəri indiki prezident İlham Əliyev olub. O dövrdə bu hadisə Azərbaycanın milli maraqları baxımından böyük uğur kimi dəyərləndirilmişdi. Hesab olunurdu ki, Avropa Şurası Qarabağ münaqişəsinin həllinə töhfə verəcək. Ancaq ötən zaman bu gözləntilərin yanlış olduğunu üzə çıxardı. Azərbaycanın Avropa Şurasına üzv kimi qəbulu ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında da heç bir önəmli rol oynamadı. O da faktdır ki, Azərbaycan həm də Avropa Şurasının Nizamnaməsinin preambulasında ifadə olunan "ədalətə və beynəlxalq əməkdaşlığa əsaslanmış sülhün möhkəmləndirilməsinin insan cəmiyyətinin və sivilizasiyanın qorunması üçün həyati əhəmiyyət daşıdığına inanaraq" təsisata üzv olub. Lakin ötən dövr ərzində Parlament Assambleyası, Avropa Şurasının Nizamnaməsi və Avropa Konvensiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplərə zidd olaraq, özünü daha çox ermənipərəst, islamofob və türkofob dairələrin platforması kimi aparıb. Bundan başqa, Avropa Şurası Nizamnaməsinin 3-cü maddəsi qanunun aliliyi və insan hüquqları və əsas azadlıqlarından bütün şəxslərin bəhrələnməsi prinsipindən bəhs etdiyi halda, Azərbaycana münasibətdə bu yanaşma faktiki olaraq işlək olmayıb. Ən azı quruma daxil olduğumuz 2001-ci ildən 2020-ci ilə qədərki dövrdə davam edən işğal faktoru nəticəsində bir milyona yaxın Qarabağ və Şərqi Zəngəzur sakininin təməl haqlarını AŞPA faktiki olaraq görməzdən gəlib. Azərbaycanda 2023-cü ilin sentyabr ayına qədər mövcud olmuş və əsas bəşəri təhlükəsizlik məsələlərinin təməlində dayanan amillərdən biri olan separatizm probleminə dair AŞPA bir dəfə də olsun real mövqe ifadə etməyib.

Torpaqlarımız işğal altında olan zaman susan Avropa indi ölkəmizə təsir göstərmək üçün yeni mexanizmlər tətbiq edir. Bu da Avropa Şurasına etimadı daha sürətlə sarsıdır. Avropa Şurasından uzaqlaşan isə təkcə Azərbaycan deyil.  Son illərdə Avropa Şurası Rusiyaya qarşı da sərt addımlar atıb. 2017-ci ildə Rusiya nümayəndə heyəti sanksiyaların uzadılması səbəbi ilə AŞPA-dakı fəaliyyətini dayandırdı, Kreml quruma ödədiyi illik 33 milyon avroluq üzvlük haqqını da dondurdu. Avropa Şurasının özünün çoxsaylı xahişlərindən sonra 2019-cu ildə isə Rusiya nümayəndə heyətinin səlahiyyətləri yenidən bərpa edildi və Rusiya da üzvlük haqqı ilə bağlı yığılıb qalan 54.6 milyon avronu ödədi. Və nəhayət, 2022-ci ildə Avropa Şurası Rusiyanın Komitədəki və Parlament Assambleyasındakı bütün hüquqlarını dondurdu. Bunun ardından Rusiya həm Avropa İnsan Haqları Konvensiyasından, həm də Avropa Məhkəməsinin yurisdiksiyasından çıxdı. Rusiya ilə bağlı Avropa Şurasının davranışları əslində müəyyən suallar doğurur. Məsələn, Çeçenistanda insan haqları və demokratiya təmin olundumu ki, AŞPA əvvəl verdiyi qərardan geri çəkildi? Eyni sual Krımın ilhaqına da aiddir. Yaxud Ukraynaya hücum edən Rusiyanın işğalçılıq aktına görə hüquqlarını donduran AŞPA Ermənistanın da işğalçılıq siyasətini sənədlərdə qəbul etdiyi halda, ona qarşı niyə məhdudlaşdırıcı tədbirlər görməmişdi? Deməli, qurumda ikili standartlar hökm sürür. Əslində, Ukrayna müharibəsinə qədər Avropa Şurasının Rusiyaya münasibətdə addımları birmənalı qarşılanmadığı kimi, AŞPA-dakı son müzakirələr də eyni şəkildə Azərbaycanda suallar yaratdı. Bütün bunlardan sonra yanvarın 24-də Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasında nümayəndə heyəti qurumla əməkdaşlığını qeyri-müəyyən vaxta qədər dayandırdığını bəyan etdi. Buna səbəb qurumda nümayəndə heyətinin etimadnamələrinin qəbul edilməməsi olub. Nümayəndə heyəti AŞPA-nı qərəzdə ittiham edib. Aydın görünür ki, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır. Son baş verənlər bu qurumu öz nəzarətinə götürən Fransa-Almaniya cütlüyünün Azərbaycana təzyiq etmək istiqamətində növbəti cəhdi kimi dəyərləndirilir. Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərir. Amma bu artıq bumeranq effekti verir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar...İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ