Cümə axşamı günü, 05 noyabr 2026
     

Gürcüstan da Avropanın xəyanət və ittihamlarından yan ötə bilmədi...

Image


Ötən ilin noyabrında Avropa Komissiyası Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusu verilməsini tövsiyə edib. Bunun ardınca dekabrın 14-də Avropa İttifaqı Şurası Gürcüstana namizəd ölkə statusu verib. 

Bundan sonra Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunu almasını ölkəsinin Avrointeqrasiya yolunda qələbəsi adlandırıb. Amma indi görünən odur ki, Avropa İttifaqı heç də yaxın tezlikdə Gürcüstanı öz sıralarına qəbul etmək niyyətində deyil. Bunun üçün artıq indidən bəhanələr uydurulur.

Qeyd edək ki, namizəd ölkələrin üç il sonra Avropa İttifaqına qəbul ediləcəyi vəd edilsə də, bəzi ölkələr uzun illərdir bu vədin yerinə yetirilməsini gözləyir. Məsələn, Türkiyə 1999-cu il, Şimali Makedoniya 2005-ci il, Çernoqoriya 2010-cu il, Serbiya 2012-ci il, Albaniya isə 2014-cü ildə Avropa İttifaqına namizəd statusu alsa da, hələ də ittifaqa üzv olmayıb. İndi onların sırasına Gürcüstan da qoşulmalı olacaq. Hər halda, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun yeni hesabatı bunu deməyə əsas verir. Hesabata görə, Kremlin Ukraynadakı müharibəsi Şərqi Avropanı parçalayıb, Moldova və Ukraynanı Avropa İttifaqına daha yaxın gətirib, Gürcüstan isə "Rusiyanı razı salmaq vərdişini" nümayiş etdirib. Hesabatda deyilir ki, Gürcüstanın təməl azadlıqlar, demokratiya və idarəçilik göstəricilərinə görə Avropa İttifaqına yaxınlaşmasının sürəti azalıb. Ölkə vətəndaş cəmiyyətinə aşkar etinasızlıq nümayiş etdirib. Bu isə Avropa İttifaqı konsensusu ilə ziddiyyət təşkil edir. Hesabatda qeyd olunur ki, Moldova və Ukrayna 2023-cü ildə ictimaiyyətlə münasibətlərini yaxşılaşdırıblarsa, Gürcüstan cəmiyyətin qütbləşməsi istiqamətinə yuvarlanıb. Sənəddə vurğulanır ki, Gürcüstanda demokratiya və yaxşı idarəçilik sahələrində əhəmiyyətli geriləmə baş verib. Hesabatda o da qeyd olunur ki, Gürcüstana namizəd status verilsə də, o anti-Qərb ritorikası nümayiş etdirib, 2023-cü ildə "xarici agent" qanununu parlamentdən keçirməyə cəhd göstərib. Onunla müqayisədə Ukrayna və Moldova Brüsselin onlardan gözlədiyi dəyişiklikləri ardıcıl olaraq həyata keçirir. Hesabatda deyilir ki, Gürcüstanın Aİ bəyanatlarından və azad ticarət siyasətindən əhəmiyyətli dərəcədə aralanması və onun Çinlə strateji əməkdaşlığı gələcəkdə Avropa İttifaqında ciddi narahatlıq yarada bilər. Hesabatda həm də qeyd olunur ki, Gürcüstanın Avropa İttifaqına qoşulmaq istəyinə dair bəyanatları ilə, onun blokun xarici siyasətinə uyğunlaşmaqda nümayiş etdirdiyi həvəssizlik ziddiyyət təşkil edir: "Gürcüstan hökuməti xarici siyasətinin praqmatik olduğunu bildirsə də, onun qanunvericilik meylləri aşkar şəkildə Avropa İttifaqı sayağı dəyərlərə əsaslanan normativlərdən uzaqlaşdığını göstərir".

Hesabatda deyilir ki, Gürcüstanın qeyri-rəsmi idarəçilikdən və oliqarxik təsirlərdən xilas olması Tiflisə Avropa İttifaqına üzvlüyü normalarına uyğun və qanuna əsaslanan demokatik təsisatların qurulmasında kömək edə bilərdi. Bununla Avropa İttifaqı "Gürcü arzusu" partiyasının qurucusu, milyarder Bidzina İvanişvilinin siyasətə qayıtmasından narazılığını ifadə edir.  Xatırladaq ki, Bidzina İvanişvili 2023-cü ilin dekabrında partiyasının "fəxri sədri" qismində siyasətə qayıtmaq istədiyini bəyan edib. Bunun ardınca İvanişvili bildirib: "Üç il əvvəl mən fəal siyasi proseslərdən uzaqlaşmaq qərarım barədə cəmiyyətə məlumat verdim. İndi isə öz təşəbbüsümlə partiyanın fəxri sədri statusunda siyasi həyata qayıdıram... Bu gün Gürcüstan çətin sınaqlarla üz-üzədir. Ölkəmiz ətrafında geosiyasi vəziyyət mürəkkəbləşib, çətinliklər artıb. Müvafiq olaraq, ölkənin qarşısında duran vəzifələri yerinə yetirmək çətinləşib. Belə bir şəraitdə hakim partiyanın təmsil etdiyi hökumətin kiçik bir səhvi belə ölkəyə çox baha başa gələ bilər. Biz yalnız milli kimliyi tam qoruyub, dövlətin suverenliyini tam bərpa etdikdən, ölkəni birləşdirdikdən və xarici siyasi vəzifələri yerinə yetirdikdən sonra Gürcüstanın milli məqsədləri mahiyyətcə yerinə yetirilmiş hesab edilə bilər - Gürcüstanın bu gün əsas xarici siyasi vəzifəsi Avropa İttifaqına inteqrasiyadır. Hesab edirəm ki, ölkəmizi yekun qələbəyə çatdırmaq üçün mənim siyasi və həyat təcrübəm, müvafiq məsləhətlər komandaya lazımdır. Bizim milli kimliyimizi tam qorumaq, ölkənin dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmək, 2030-cu ilə qədər Gürcüstanı yüksək gəlirli ölkələr sırasına daxil etmək və Avropa İttifaqına daxil olmaq imkanımız var. Bu imkandan tam istifadə etmək bizim borcumuzdur və bunun üçün səylərimizi əsirgəməməliyik". Amma  Avropa İttifaqı İvanişvilini Rusiyanın adamı hesab edir, onun yenidən siyasətə və beləliklə, hakimiyyətə qayıtmasına qarşı çıxır. Elə bu fonda da Gürcüstanın Avropa İttifaqına üzvlüyünə əngəl yaradır. Təbii ki, bu, Gürcüstana xəyanətdir, bu ölkəni yarı yolda qoymaq deməkdir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar...İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ