Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan revanşçılara - Azərbaycan-Türkiyə faktoruna görə konstitusiyanı dəyişdirəcəm...

Image


"Hakim "Vətəndaş müqaviləsi" Partiyasının üzvləri yeni konstitusiyanın qəbulu ilə bağlı tələb-göstərişi İlham Əliyevdən almadıqlarını inkar etsələr də, diplomatik sahədə olan mənbələrimiz bildirir ki, İlham Əliyev sülh müqaviləsi layihəsində həmin tələbi yazılı şəkildə qeyd edib". Bu barədə Ermənistanın "Qraparak" nəşri yazıb.

Nəşrin iddiasına görə, prezident İlham Əliyev qeyd edib ki, müqavilə bağlayan tərəflərin bir-birinə qarşı ərazi iddiaları olmaması üçün Ermənistanın daxili qanunvericiliyi uyğunlaşdırılmalıdır: "Qeyd edək ki, mövcud konstitusiyanın dəyişdirilməsi deyil, yeni konstitusiyanın qəbulunda məqsəd əsas qanunun preambulasından istiqlal bəyannaməsinə istinadın silinməsidir. Məsələ ondadır ki, preambula düzəlişlə redaktə oluna bilməz və yeni konstitusiya qəbul ediləcəyi halda, sadəcə, yeni preambula yazmaq olar". Elə Ermənistanın baş naziri Nikol Paşinyan da ölkəsinin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib: "Mənim, eləcə də bir sıra həmkarlarımın fikrincə, bu, daha geniş müzakirə mövzusuna çevrilməlidir, Ermənistan Respublikasına konstitusiya dəyişiklikləri yox, yeni konstitusiya lazımdır. Dünyada dəyişikliklər baş verir və bu, istər-istəməz Cənubi Qafqaz regionuna, eləcə də Ermənistana təsir edəcək. Bu dəyişikliyə müxtəlif yollarla yanaşmaq olar. Ancaq təkamülə münasibətimizin necə olmasından asılı olmayaraq, bu baş verir. Ona görə də bizim mövqeyimiz və yanaşmamız bu təkamülü dayandırmaqdan ibarət olmamalıdır. Bu, özlüyündə məntiqsizdir, çünki təkamülü dayandırmaqla biz deqradasiyaya gedəcəyik, onu Ermənistanın dövlət maraqlarına uyğun idarə etməliyik". İrəvan Dövlət Universitetinin dosenti, beynəlxalq məsələlər üzrə erməni ekspert Menua Soğomyan da bu fonda iddia edir ki, Paşinyan ona nəyi diqtə edirlərsə, onu edir. Onun sözlərinə görə, Rəcəb Tayyip Ərdoğan və İlham Əliyev əvvəlcə Ermənistanın yeni konstitusiyaya malik olması lazım olduğunu bəyan ediblər, ona görə də bu gün Nikol Paşinyan onların dediklərini təkrarlayaraq, yeni konstitusiyaya ehtiyacı geosiyasi dəyişiklikləri idarə etmək imperativi ilə əsaslandırıb. Soğomyan bildirib ki, Paşinyan yeni konstitusiya qəbul etməyə məcbur etməklə, xalqın öz əlləri ilə, kağız üzərindəki imzaları ilə Qarabağdan imtina məsələsinə razılıq verməsini istəyir: "Paşinyan hakimiyyətini möhkəmləndirmək üçün referendumu növbədənkənar parlament seçkiləri ilə eyni gündə keçirəcək". Bunlar fonunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın Ermənistanın müstəqillik bəyannaməsində problem gördüyünü təsdiqləyib: "Bunu yüksək səslə dedilər, bəli. Bunu problem hesab etdilər və hüquqi məsələlər ortaya qoydular. Müvafiq olaraq, biz də onların ifadələrini eyni şəkildə problemli hesab etdik. Konstitusiyanın daha çox daxili idarəçilik sistemində əhəmiyyəti var. Lakin xarici siyasətdə də vacibliyi danılmazdır. Ümumiyyətlə, ölkəmizdə konstitusiya dəyişikliyinin əsas səbəbinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması olduğunu demək doğru deyil".  Xatırladaq ki, Ermənistanın hazırkı konstitusiyasının preambulasında müstəqillik bəyannaməsinə istinad edilir. Orada Ermənistanla Qarabağın "birləşdirilməsi" barədə də xatırlatma var. Azərbaycan bu məsələnin aradan qaldırılmasını istəyir. Azərbaycan Qarabağ üzərində suverenliyini təmin edib. Bu reallıq fonunda Ermənistanın mövcud konstitusiyasının saxlanılması Azərbaycana qarşı ərazi iddiasının davam etdirilməsi deməkdir və Bakı ilə münasibətlərin qurulması prinsipilə ziddiyyət təşkil edir. 

Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Kristine Vardanyan  isə iddia edir ki, Ermənistan konstitusiyasında Nikol Paşinyan üçün problem yaradan 4 bənd var: "1. Konstitusiyanın preambulasında Ermənistanın müstəqillik bəyannaməsinə istinad edilir. Müstəqillik bəyannaməsinin preambulasında "Qarabağ və Ermənistanın birləşdirilməsi" haqqında qərara istinadın olduğu ifadə problemli hesab olunur. 2. Müstəqillik bəyannaməsinin 11-ci bəndi də problemli hesab olunur. 3. Ermənistan konstitusiyasının 18-ci maddəsi Erməni Apostol Kilsəsinə istinad edir. 4. Ermənistanın konstitusiyasının 21-ci maddəsi Ermənistanın rəmzlərinə istinad edir". Burada qeyd edək ki, rəsmi İrəvan sülh sazişi imzalamaq, regional kommunikasiyaların açılmasına nail olmaq niyyətindədir. Bunun üçün Bakı və Ankara ilə normallaşma vacib şərtdir. Bu mənada Qarabağla bağlı iddiaların, eləcə də qondarma "soyqırımı" iddialarının rəsmi səviyyədə saxlanılması fonunda Azərbaycan və Türkiyə ilə normallaşma mümkün deyil. Paşinyanın yeni konstitusiya istəyi bu reallığa uyğunlaşmaq məqsədi daşıyır. Amma erməni revanşistlər buna əngəl olmağa çalışır. Ancaq nəzərə alınmalıdır ki, revanşistlərin məqsədi sadəcə hakimiyyətə gəlmək deyil, eyni zamanda indiki konstitusiyanın müddəalarını əsas götürərək münaqişəni yenidən alovlandırmaq, aktivləşdirməkdir. Məsələ bundadır ki, Ermənistanda mövcud konstitusiya beynəlxalq normalara uyğun gəlmir. Çünki konstitusiyada açıq-aşkar digər ölkələrə qarşı ərazi iddiaları yer alıb. 

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar...İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ