çərşənbə axşamı günü, 01 sentyabr 2026
     

Ermənistanın ölkəmizə verəcəyi 8 yeni mina xəritəsinin dəqiqliyinə heç kim inanmır...

Image


Ermənistan Milli Təhlükəsizlik Xidməti belə bir açıqlama ilə çıxış edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işğal dövrünə aid olan minalı sahələrin səkkiz yeni xəritəsi aşkarlanıb və yaxın günlərdə işçi kanallarla Azərbaycan tərəfinə təqdim olunacaq. 

Qurumun məlumatına görə, daha öncə Qarabağda minalı sahələrin 972-dək jurnalı bir neçə dəfə qeyd-şərtsiz Azərbaycana verilib. Ermənistan rəsmiləri sonradan bir neçə dəfə bəyan ediblər ki, onlarda keyfiyyətli xəritə qalmayıb. Təqdim olunan xəritələrin isə Qarabağdakı hərbçilərdən alındığı bildirilib.

Azərbaycan mediasında mina partlayışlarında xəsarət alan vətəndaşlar barədə məlumatlar yayılandan sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş hərbi qulluqçular arasında dindirmələri bərpa edib və nəticədə səkkiz yeni jurnal əldə edilib. Bu sənədlərin surətlərinin beynəlxalq tərəfdaşlara göndəriləcəyi bildirilir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında deyib ki, İrəvan minalı ərazilərin yeni xəritəsini Azərbaycana verə bilər. O bildirib ki, Qarabağda minalı ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır. Hələ 2020-ci ilin 10 noyabr razılaşmasından sonra Ermənistan Azərbaycana mina ərazilərinin xəritəsini verdi. Lakin sonradan bəlli oldu ki, həmin xəritələrdəki məlumatların çoxu həqiqəti əks etdirmir. Ona görə də Azərbaycan xeyli vaxtdır Ermənistandan minalı ərazilərin xəritəsini tələb edir. Buna baxmayaraq, İrəvan dəqiq xəritələri verməkdən imtina edirdi. Üstəlik, erməni rəsmilər xəritələrlə bağlı daim təzadlı açıqlamalar verir, əksər hallarda xəritələrin varlığını ümumiyyətlə təkzib edirdilər. Amma Ermənistan Milli Təhlükəsizlik Xidmətinin və Ararat Mirzoyanın açıqlamalrı tamam fərqli mənzərəni üzə çıxarır. Mirzoyanın mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər işğal dövründə Azərbaycan ərazilərində basdırılmış minaların dəqiq xəritələrinin mövcud olduğunu və insanların qəsdən qətlə yetirilməsi məqsədilə ölkəmizə təqdim edilmədiyini təsdiqləyir. Azərbaycan bildirir ki, 2020-ci il müharibəsindən bəri 342 nəfər azərbaycanlı mina partlayışından zərər çəkib, üç nəfər jurnalist daxil, 65 nəfər həlak olub. Həlak olan 65 nəfərdən 50-si mülki şəxsdir. Bu arada onu da qeyd edək ki,  Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin ölkəmizə mina xəritələrinin təqdim olunması niyyəti barədə bəyanat yayıb. Burada qeyd edilir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin heç bir fərq qoymadan, kütləvi və məqsədyönlü şəkildə minalanması postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına çətinlik törədən əsas təhdidlərdəndir. Ermənistanın bu fəaliyyəti müharibə cinayəti olmaqla yanaşı, beynəlxalq humanitar hüququn və Ermənistanın üzərinə götürdüyü öhdəliklərin ciddi pozuntusudur.

O da xatırlanır ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25 faiz təşkil etdiyi məlumdur: "Təqdim edilmiş bu xəritələrin yararsız və natamam olduğu, real vəziyyəti əks etdirmədiyi dəfələrlə tərəfimizdən bildirilib. Bu xəritələrdə ərazilərimizdə guya 400 min mina basdırıldığı qeyd edilsə də, reallıqda minaların sayının 1 milyondan artıq olduğu faktı mövcuddur. Eyni zamanda qeyd edək ki, son illərdə mina partlayışlarının 55 faizindən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib... 2020-ci ildən sonra da Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca Ermənistan tərəfindən bu ölkə istehsalı olan yeni minaların yerləşdirildiyi faktı mövcuddur ki, burada da 500 mindən artıq mina basdırıldığı məlumdur. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac edilmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını göstərib. Ermənistan tərəfinin bu açıqlaması sözügedən ölkənin niyyətinin humanitar prosesə töhfə vermək olmadığını göstərir və bu addım etimad quruculuğu tədbiri kimi qiymətləndirilə bilməz. Azərbaycan tərəfi bugünə qədər ölkəmizə tam şəkildə təqdim edilməyən minalanmış bütün ərazilərin dəqiq xəritələrinin Ermənistan tərəfindən təqdim olunmasını gözləyir. Bununla yanaşı, son 30 il ərzində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının aqibəti, habelə azərbaycanlıların dəfn olunduqları kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumatların təqdim edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir". Onu da qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru yeni məsələ deyil. Minaların basdırılması və bundan siyasi şantaj predmeti kimi istifadə edilməsi terrorizmin göstəricisidir. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyir. Amma hələlik bu istiqamətdə real addım yoxdur.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

01.09.2026 / 07:26
Britaniya gəmisi Hörmüzdə hücuma məruz qaldı

31.08.2026 / 22:41
Avropada Ukraynaya silah tədarük edən daha bir zavod yandırıldı – bir ayda beşinci fakt…

31.08.2026 / 22:18
Belçika dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi ideyasını rədd etdi…

31.08.2026 / 22:00
Vüqar Rəhimzadə: Azərbaycanın coğrafi üstünlüyü Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafında mühüm rol oynayır

31.08.2026 / 21:38
Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...

31.08.2026 / 21:11
Baş nazir Babiş Bakıdan yenicə qayıdıb, Çexiyada anti-Azərbaycan erməni aksiyaları başlayır...

31.08.2026 / 20:48
Ünvanlı yardımın məbləği də, yardım alanların sayı da ilbəil azalır... Bu nəyi göstərir?

31.08.2026 / 20:11
“The Independent”, “The Guardian” və “BBC” Azərbaycanla bağlı yalan məlumat yaydı - MEDİA-dan sərt bəyanat...

31.08.2026 / 19:50
Tramp İrana yeni hücum əmri verdi… İordaniyanın qisası - “Bu gecə onları sərt vuracağıq”…

31.08.2026 / 19:27
Ağrı dağda Nuhun gəmisi tapıldı -Türkiyə mediası da ermənilərə qoşulub “Ararat” yazır...

31.08.2026 / 19:11
Putinlə Paşinyan hələ heç vaxt belə gərgin danışıq ərəfəsində olmayıblar - Bişkekdə hərarət qalxacaq...

31.08.2026 / 19:08
Trampın yeni tarifləri “Toyota” və “Honda”nı vura bilər – şirkətlər Kanadada istehsalı azaldır…

31.08.2026 / 18:53
Kinematoqrafçılar İttifaqında nə korrupsiya? - Deyilənə görə, köhnə rəhbərlikdən qisas almaq oyunu gedir...

31.08.2026 / 18:37
Tramp Moskvada Putinlə görüşdüyü deyilən MKİ şefi barədə ən populyar variantı inkar etdi...

31.08.2026 / 18:31
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - FOTO/YENİLƏNDİ

31.08.2026 / 18:25
İran ABŞ-ın Hörmüzdə qabaqlayıcı zərbə iddialarını rədd etdi – minalanma ilə əlaqəsi yoxdur…

31.08.2026 / 18:17
Azərbaycan orta gücə çevrildi - Əliyevlə bağlı 3 faktorun həlledici təsiri...

31.08.2026 / 18:01
Putinlə Paşinyanın Bişkek görüşü çox gərgin keçəcək - ortada elə ciddi problem var ki...

31.08.2026 / 17:41
İran hakimiyyəti üçün daxili təhlükə artır

31.08.2026 / 17:37
Rusiya Ermənistandan olan minlərlə əmək miqrantını qovur...

31.08.2026 / 17:24
Ermənistanın diplomat korpusu hələ açılmamış “Marqara” sərhəd məntıqəsinə gəzintiyə çıxarıldı...

31.08.2026 / 17:09
İranla müharibədə ABŞ-ın pulu tükəndi...

31.08.2026 / 17:03
Bişkekdə Prezident İlham Əliyevin Pezeşkianla görüşü olub - FOTO/YENİLƏNDİ

31.08.2026 / 16:59
Türkiyə MİT-dən qorxunc hesabat - PKK-nın bütün hərbi arsenalı yerindədir, yeni tunellər qazılır...

31.08.2026 / 16:55
Rusiyada yersiz əminlik var - TRIPP-də ABŞ, Azərbaycan, Türkiyə və İran toqquşacaq"...

31.08.2026 / 16:40
Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin yeni perspektivləri açılır...

31.08.2026 / 16:36
ŞƏT-in strateji tərəfdaşı -Yeni dünya düzəninə doğru prosesdə Azərbaycanın "orta güc" rolu artır... Aydın QULİYEV yazır...

31.08.2026 / 16:20
Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verdi

31.08.2026 / 15:49
Prezident Əliyev və Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

31.08.2026 / 15:44
Əliyev və Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

31.08.2026 / 15:38
Ermənistan Zəngəzur dəhlizi intriqalarına daha iki türk dövlətini qoşmaq istəyir...

31.08.2026 / 15:16
Tramp “Xark adası yerləyeksan edildi” dedi, İrandan fərqli açıqlama gəldi…

31.08.2026 / 15:08
Prezident İlham Əliyevin Bişkekdə Tokayevlə görüşü keçirilib - FOTO/YENİLƏNDİ

31.08.2026 / 14:48
İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs yaxalandı

31.08.2026 / 14:30
Hindistan Ermənistana 500 km mənzilli "yer-yer" raketləri satır...

31.08.2026 / 14:15
Xəzərdə sərnişin qayığı qayaya çırpıldı - ölənlər var...

31.08.2026 / 14:03
Ukrayna müharibəsindən qaçan ruslara İrəvanda sığınacaq verilməsi Kremli qıcıqlandırdı...

31.08.2026 / 13:44
Ukrayna Yekaterinburqda Wildberries anbarına hücum etdi…

31.08.2026 / 13:19
İrana hücum ABŞ-da parçalanma yaratdı - ordu komandanları Trampa qarşı çıxdı…

31.08.2026 / 13:07
Bişkekdə Prezident İlham Əliyevlə Paşinyan arasında görüş keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

31.08.2026 / 13:04
Hörmüzdən keçməyə cəhd edən tanker minaya düşdü…

31.08.2026 / 12:58
Azərbaycan və Çin prokurorluq orqanları arasında Anlaşma Memorandumu imzalandı

31.08.2026 / 12:47
"Heç bir xərcsiz 65 milyard barel neftin ələ keçirilməsi ABŞ üçün nə deməkdir" - Tramp belə dedi...

31.08.2026 / 12:27
Azərbaycanda turizmin inkişafına aid yeni kitab nəşr olunub

31.08.2026 / 12:20
Pensiyaların ARTIRILACAĞI TARİX açıqlandı

31.08.2026 / 12:06
Məhkəmədən Balakənin sabiq icra başçısı İslam Rzayevin həbs ilə bağlı yeni qərar...

31.08.2026 / 11:52
İran Hörmüz boğazında ABŞ-ın MQ-9 PUA-sını vurdu...

31.08.2026 / 11:42
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfər edib - FOTO

31.08.2026 / 11:22
Azərbaycan QHT-ləri beynəlxalq əməkdaşlığı genişləndirir

31.08.2026 / 11:14
"Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur" - Prezident

31.08.2026 / 11:10
Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

31.08.2026 / 11:09
Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

31.08.2026 / 11:08
Prezident İlham Əliyev Sadır Japarovu təbrik etdi

31.08.2026 / 10:53
Mərkəzi Bank iki BOKT-un vəzifəli şəxslərini cərimələydi

31.08.2026 / 10:34
Prezident İlham Əliyev Şimali Kipr Prezidentinə başsağlığı verib

31.08.2026 / 10:29
Trampla Kanadanın Baş naziri arasında “Ontario qırğını” - Google Maps Ontarionu “Amerika gölü” kimi təqdim etdi

31.08.2026 / 09:50
İrandan ABŞ-a qisas hücumu - İordaniyadakı iki Amerika bazası vuruldu…

31.08.2026 / 09:23
Nepalda daşqında ölənlərin sayı 900 nəfəri ötdü

31.08.2026 / 07:55
“Bako Saakyanın Bakıda həbsdə olması milli rüsvayçılığın simvoludur”- erməni Arxiyepiskop

31.08.2026 / 07:39
ABŞ İrana qarşı həftəlik sanksiyalar hazırlayır - ilk hədəf banklardır

31.08.2026 / 07:10
Əsədin ordu komandiri məhv edilib

31.08.2026 / 06:46
Hörmüzdə yenə sükut pozuldu - ay ərzində ilk dəfə ABŞ zərbələri…

30.08.2026 / 19:12
Rusiya yeni nəsil kruiz raketləri ilə Ukraynanın Qara dəniz limanlarını blokadaya aldı - limanlara giriş-çıxışlar dayandı…

30.08.2026 / 18:17
Hörmüz boğazı ilə bağlı razılıq əldə edildi, amma bir şərt var - İran ABŞ-dan addım atmasını gözləyir...

30.08.2026 / 16:51
Ukrayna Leninqradda Rusiyanın ikinci ən böyük neft zavodunu vurdu…

30.08.2026 / 15:34
Tramp Rusiyanın NATO-nu təxribata çəkəcəyinə inanmır - onlar hücum etməyəcəklər...

30.08.2026 / 15:09
Şimali Kipr sahillərində 267 sərnişin daşıyan gəmi batdı – ölənlər və itkin düşənlər var…

30.08.2026 / 14:23
Moskvaya gizli səfər edən MKİ rəhbərindən üçtərəfli zirvə təklifi – Tramp, Putin və Zelenski bir arada…

30.08.2026 / 13:45
"Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib" - Hikmət Hacıyev

30.08.2026 / 13:21
Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

30.08.2026 / 11:18
Nigerdə hərbi üsyan başladı – ordu Rusiyadan kömək istədi…

30.08.2026 / 10:54
Trampın "tarixi neft sazişi”nin təfərrüatları ortaya çıxdı - ABŞ Venesuelanın neft biznesindən pay alacaq…

30.08.2026 / 10:31
Nepal və Tibetdə daşqınlarda ölənlərin sayı 750-yə çatdı, 3000 nəfər itkin düşüb…

30.08.2026 / 10:27
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik etdi

30.08.2026 / 10:10
Şəkidə itlərin hücumuna məruz qalan turist helikopterlə təxliyə edildi - VİDEO

30.08.2026 / 09:34
Trampın Hörmüz iddiaları yalan çıxdı - 400 gəmi 6 min dənizçi ilə aylardır bölgədən çıxa bilmir…

30.08.2026 / 09:11
Moskva metrosunda böyük əməliyyat - 140 miqrant saxlandı, deportasiya ediləcəklər...

29.08.2026 / 23:20
Tramp indi də okeanlara göz dikdi – körfəzimiz, gölümüz var, indi bizə bir okean lazımdır...

29.08.2026 / 22:19
SEPAH Pakistandan İrana sızmağa çalışan silahlı qrupun yaxalandığını açıqladı - ABŞ və İsrail izi…

29.08.2026 / 21:23
Paşinyan Qazaxıstan və Qırğızıstana Zəngəzur dəhlizində pay təklif etdi - Ermənistanın payının 5 faizi…

29.08.2026 / 21:06
Qaluzin Ermənistanın dəmiryolu tələbinin arxasında Qərbin olduğunu deyir – “İrəvan şantaj edilir”…

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ