Cümə axşamı günü, 05 noyabr 2026
     

"Girdman-Şirvan-Naxçıvan" Şuşaya qarşı - bu erməni planı da iflas edəcək...

Image


Səbuhi Hüseynov: "Bizim ölkənin alimləri də birgə elmi tədqiqatlar apardıqları alimlərə müraciətlər etməli, onları bu qərəzli mövqeyə öz ölkələrində etiraz etməyə səsləməlidir"

Bu gün Ermənistanda və Rusiyada olan erməni təşkilatları  Azərbaycana qarşı çox çirkin kampaniya aparırlar. Azərbaycanın ərazi bütövlüyünə yönəlik bu üzdəniraq kampaniya çərçivəsində onlar yenidən ərazi iddialarını ortaya qoyurlar. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi faktı ilə barışmayan ermənilərin köhnə xəstəlikləri sağalmayıb.

Şuşanın 2024-cü ildə İslam Dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planının təsdiqlənməsi erməniləri tərs oynadıb.

Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinməyən bəzi erməni təşkilatları bu məsələni qısqanclıqla qarşılayırlar. Məsələn, son aylar süni şəkildə üzə çıxarılan qondarma "Girdiman-Şirvan-Naxçıvan" "ümumerməni birliyi" oturana-durana macal vemir və tez-tez Azərbaycanla bağlı "bəyanat" yayır.

Bu bədnam təşkilat indi də 2024-cü ildə Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsini həzm edə bilmir.

Azərbaycan dövlətinin Şuşanı islam dünyasının mədəniyyət paytaxtı elan etməsi və burada təşkil ediləcək mədəni, elmi və sair müstəvidə tədbirlər erməniləri çox narahat edir.

Üzdəniraq təşkilat iddia edir ki, guya Azərbaycan "erməni" Şuşasını İslam dünyasının mədəniyyət paytaxtına çevirməklə buradakı "erməni irsini silir, müqəddəs Qazançı kilsəsini təhrif edir"

Guya 44 günlük Vətən müharibəsi zamanı Şuşada Qazançı kilsəsi top mərmisi ilə dağıdılıb və yol çəkilərkən "erməni qəbiristanlığı dağıdılıb".

"Bəyanatda" iddia edirlər ki, guya 9 noyabr tarixli Üçtərəfli Bəyannamənin 7-ci bəndinə əsasən ermənilər ora qayıtmalı imiş, amma Azərbaycan bunun qarşısını alıb, Azərbaycan erməniləri Qarabağa buraxmağa borclu imiş.

Təşkilat iddia edir ki, 1919-cu ildə ilk dəfə "erməni qırğını" törətməyə "cəhd edən" "son dərəcə pantürkist, panislamist  və qatı erməni düşməni" general-qubernator Xosrov bəy Sultanovun simasında "yenidən ekzistensial təhlükə ilə üzləşdilər".

Guya 1918-ci ildə Bakıda "30 mindən çox erməninin qətliamı"nı törədənlərdən biri  Xosrov bəy Sultanov olub və eyni zamanda da Şuşada "20 mindən çox erməni həlak olub" kimi iddiaların yer aldığı bəyanatda erməni saxtakarlığı pərdə-pərdə ifadə olunub.

Gah müasir dövrdən, gah da 100-104 il əvvəldən dəm vuran saxtakar dəstə ermənilərin Qarabağa qayıtmaq "hüququnun təmin olunmasını" deməkdən də əl çəkmir.

Onlar ermənilərin geri qayıtması üçün hər cür çirkin planlar qururlar. Amma Qarabağın tarixi erməni ərazisi olmadığı və ermənilərin ora tarixin məlum çağında gəlmə olduqları bütün dünyaya məlumdur. Sadəcə, erməni faktoru beynəlxalq güclərin, Cənubi Qafqazda marağı olanların əlində bir alət olduğundan ondan hər an istifadə edirlər.

Şuşa tarixi Azərbaycan şəhəridir, türk və islam mədəniyyətinin gerçək təzahürlərini, memarlığını, mədəniyyətini özündə birləşdirir. Bu şəhərin erməni mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur. Qazançı kilsəsinin də erməni kilsəsi olmadığı sübut olunub. Hansısa bir erməni qəbristanlığından danışmaq da gülüncdür, Azərbaycan qəbiristanlıq dağıtmır.

Ekspertlər deyir ki, Qərbi Azərbaycan İcması yaradıldıqdan və Qərbi azərbaycanlıların öz yerlərinə qayıtması məsələsi aktuallaşdıqdan sonra ermənilər bu cür qondarma təşkilatlarla ara qarışdırmaqla məşğuldurlar.

"...Heç bir hüquqi və tarixi əsası olmasa da, dayanmadan belə "bəyanatlar" verirlər" 

Tarixçi, tədqiqatçı Səbuhi Hüseynov "Bakı Xəbər"ə şərhində bildirdi ki, bu cür qondarma təşkilatların yaydıqları "bəyanat"ların heç bir təsiri olmasa da, onlar dezinformasiya yaymaqla diqqəti özlərinə cəlb etmək istəyirlər.

O deyir ki, iddilarının tamamilə saxtalarlıqdan ibarət olmasına  baxmayaraq, erməni alimləri, ictimai xadimləri gecə-gündüz olmayan irslərini təbliğ etməklə məşğul olur. "Uzun müddətdir ki, erməni alimləri, ziyalıları və ictimai xadimləri dayanmadan beynəlxalq ictimaiyyətə yalanlarla dolu müraciətlər edir, xüsusilə bu müraciətləri Ermənistanda beynəlxalq elmi ekspedisiyalarda birgə çalışan erməni alimləri edirlər. Öz həmkarlarını susmamağa çağırır və guya Qarabağda "dağıdılan erməni irsinə" qarşı münasibət bildirməyə səsləyirlər. Ermənistan Elmlər Akademiyası, Arxeologiya və Etnoqrafiya İnstitutu Qərb alimlərinə  hər ay belə müraciətlər ünvanlayır, onlardan kömək istəyir. Aydın məsələdir ki, bu əvvəldən Qərb və xüsusilə Fransa tərəfindən hazırlanmış bir xüsusi əməliyyatdır".

S.Hüseynov vurğuladı ki, XIX əsrin sonlarında Daşnaksütyun terrorçuları məhz Fransa tərəfindən hazırlanırdı. "Qərbdə hazırlanan bu terrorçular həm də Şuşaya göndərilirdi. Belə terrorçuların gəldiyi ərazilərdən biri də Şuşa idi. 1905-1906-cı illərdə Şuşada olan erməni kilsələrinin rəhbərləri azərbaycanlılara qarşı cinayətlərin başında gəlir və hətta rəhbərlik edirdilər. Hətta bu cinayətlər sonradan sübut da olundu. Şuşada erməni kilsə rəhbərləri həbs edilib cinayət məsuliyyətinə cəlb edildi.

Bu məhkəmənin sənədləri Rusiya Tarix Arxivində 1363-cü fonddadır. Bütün cinayətləri də özləri etiraf etdilər. Şuşada etnik zəmində qırğınların törədilməsinin ruporları həmin erməni kilsəsi və onun dini rəhbərləri idi. Sonrakı dövrdə yenidən Şuşada olan bu kilsə rəhbərləri Azərbaycan Xalq Cümhuriyyətinə qarşı qiyam qaldıran qüvvələrin rəhbərlərindən idi. Azərbaycan ordusu 1920-ci ildə dövlətə qarşı qaldırılan qiyamı yatırdı. Həmin kilsənin rəhbəri də bu qiyamda öldürüldü.  Qiyam qaldıran ermənilər çox sayda Şuşa şəhər əhalisini qətl etdi. Lakin sonda dövlət öz müstəqilliyinə qarşı təhlükəni ləğv edərək cinayətkarları cəzalandırdı".

Sözügedən təşkilatın "bəyanatına" gəlincə, tədqiqatçı "maraqlı odur ki, heç bir hüquqi və tarixi əsası olmasa da, dayanmadan belə "bəyanatlar" verirlər. Şuşada heç bir erməni qəbiristanlığı dağıdılmasa da, kilsələri əksinə, Azərbaycan dövləti tərəfindən bərpa edilsə də, guya azərbaycanlıların kilsə və qəbiristanlıqları məhv etməsi adı altında bəyanatlar yayılır.

Bu iş Qərbdə hazırlanan plana uyğun davam edir. Lakin bir məsələ var ki, ermənilər bu bəyanatları verməyə öncə Qərbdəki aparıcı umiversitetlərdə çalışan alimlərə müraciətlərdən başladılar. Onlar, xüsusilə Ermənistanda vaxtı ilə birgə beynəlxalq elmi tədqiqatlarda iştirak edən Qərb alimlərindən başladılar. Onlara müraciətlər, demək olar ki, Ermənistan Elmlər Akademiyası və Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən hər həftə istər mətbuatda, istərsə də Qərbdə yayımlanırdı.

Bizim ölkənin alimləri də birgə elmi tədqiqatlar apardıqları alimlərə müraciətlər etməli, onları bu qərəzli mövqeyə qarşı öz ölkələrində etiraz etməyə səsləməlidir. Məsələn, Fransanın arxeoloqlar qurupu Azərbaycanda 10 ildən çox tədqiqat aparıb. Bu arxeoloqlara səslənmək lazımdır"-deyə bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar...İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ