Cümə axşamı günü, 05 noyabr 2026
     

Fransa Senatı, Borrel və AŞPA qətnaməsi - Azərbaycana eyni anda 3 hücumun kökləri...

Image


Tofiq Abbasov: "Bunlar hamısı əbəsdir. Bizi öz yolumuzdan döndərə bilməyəcəklər" 

Qısa müddət ərzində Azərbaycana qarşı 3 istiqamətdə hücum reallaşdı. Əvvəlcə Fransa Senatı yanvarın 17-də Azərbaycanın ötən ilin sentyabr ayında Qarabağda keçirdiyi hərbi əməliyyatı pisləyən, Ermənistana hərbi dəstəyə, Azərbaycana qarşı sanksiyalara çağıran qətnamə qəbul etdi.

Qətnamə layihəsinin müəllifi Bruno Retayo müzakirələrdə çıxışı zamanı Azərbaycanın ötən il 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirdiyi hərbi əməliyyatın "humanitar faciə və əsl etnik təmizləmə" ilə nəticələndiyini qeyd edib.

Fransalı senatorlar Fransa hökumətini Ermənistana özünü müdafiə edə bilməsi, ərazi bütövlüyünə qarşı təhdidlərin qarşısını ala bilməsi üçün zəruri vasitələr, o cümlədən hərbi dəstək verməyə çağırıblar.

Ardınca  isə Avropa İttifaqının rəhbərliyi faktları saxtalaşdırmağa, təhrif etməyə başlayıb. Bu, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrellin çıxışlarında özünü daha qabarıq göstərir. O iddia edir ki, guya Azərbaycan Ermənistana qarşı ərazi iddiaları ilə çıxış edib. Guya Azərbaycan Ermənistan ərazisini "işğal edib" və s. təhriflərlə Azərbaycana qarşı ittihamlar irəli sürüb.

Aİ-də Fransa hakimiyyəti hegemonluq edir. Borrellin də çıxışı daha çox rəsmi Parisin nümayəndəsinin çıxışını xatırladır.

Ən sonda isə Avropa Şurası Parlament Assambleyası (AŞPA) yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib.

Sənədin 76 deputat lehinə, 10 deputat əleyhinə səs verib, 4 deputat bitərəf qalıb.

Fransa Senatının qərarı, Borrelin hücumu və AŞPA-nın qətnaməsi kimi 3 məsələnin  eyni vaxtda Azərbaycana qarşı baş verməsi təsadüf sayıla bilərmi?

Politoloq Tofiq Abbasov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, bu təsadüf deyil: "Qərbdə anti - Azərbaycan koalisiyası formalaşıb. Söhbət siyasi qruplardan gedir. Sirr deyil ki, bu prosesə  özünün tərəfdarları və həmfikirləri ilə  başçılıq edən Fransa prezidenti Makrondur. Sözün əsl mənasında Azərbaycanı ləkələmək məqsədi ilə hərəkət edirlər. Ancaq bu alınan iş deyil. Çünki Azərbaycan dünya çapında özünü təsdiqləmiş bir dövlətdir. Biz həm Qoşulmama Hərəkatında, həm Türk Dövlətləri Birliyi Təşkilatında bütün formatlarında varıqsa, uğurla fəaliyyət göstəririk, imkanlarımızı, gücümüzü nümayiş etdiririk və münasibətlərə yalnız sabitlik, inkişaf elementlərini gətiririk. Bunu da heç kim inkar edə bilməz. Ona görə də bölgədə etibarlı nizam yaradırıq. Çünki bu prosesin təməli qoyulub. Amma  ən böyük görüləsi işləri qabaqdadı. Bu baxımdan da diqqəti cəlb edən 3 + 3 formatıdır və bu da rəsmi Bakının təşəbbüsüdür və Ermənistanı çıxmaq şərti ilə qonşu dövlətlərdə böyük diqqət və gözləntilərlə qarşılandı. Bu formatın qarşısında duran əsas məqsəd nədən ibarətdir? Bölgənin problemlərini bölgə qismində həll etsinlər. Bu hələ ki,   əməkdaşlıq təşkilatı qismində düşünülməyib. İlk növbədə məşvərət platformasıdır. Tehranda bu yaxınlarda keçmiş xarici işlər nazirlərinin görüşü bir daha təsdiqlədi ki, Gürcüstan da bu platformaya qoşulmağa hazırlaşır. Burada çox böyük əmmalar var. Ancaq proses gedir. Həm Qərbdə bizim düşmənlərimiz Azərbaycanın böyük, möhtəşəm qələbəsini bizə bağışlamırlar, həm də bu platformanın gündəmə gəlməsini qıcıqla qarşılayırlar. Amerika, Avropa İttifaqı bu platformaya yox deyirlər. Ancaq biz artıq özümüzü təsdiqləmiş məmləkət kimi göstərdik ki, bütün yanaşmalarda sağlam ruh var. Onların bu oyunbazlıqlarına baş qoşsaq, öz əsas məsələlərimizdən uzaqlaşa bilərik. Ona görə də, biz əsas istiqamətlərdə bacarığımızı toplayaraq istədiklərimizə nail oluruq. Avropa çalışır ki, Qafqaz bölgəsinə ekspansiya etsin. Çünki burada güclü Azərbaycan var. Biz həm Şərqdə, həm Şimal - Cənub strateji dəhlizlərin ən aparıcı bəndiyik. Bəli, balaca dövlət ola bilərik. Ancaq bütün vacib kommunikasiyalar bizim iştirakımızla ərsəyə gəlir. Bunu da düşmənlər görə bilmirlər. Əvvəl - axır öz istəyimizə nail oluruq. Qərb bizim inkişafımızın qarşısını ala bilməyəcək. Makron, Avropa İttifaqının bəzi ölkələri, hamısı bu proseslərdə iştirak edir. Dərinə gedəndə görürük ki, özləri öz maraqlarını baltalayırlar. Əgər Azərbaycan Avropa İttifaqının əsas  enerji təminatçılarından biridirsə, nə üçün onlar bizi sıxma-boğmaya salmaq, səsimizi kəsmək istəyirlər, AŞPA - da bizim ünvanımıza iftiralar yazdırırlar? Odur ki, bunlar hamısı əbəsdir. Bizi öz yolumuzdan döndərə bilməyəcəklər. Çünki Azərbaycanın siyasi kursu çox praqmatik və rasionaldır".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar...İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ