çərşənbə axşamı günü, 01 sentyabr 2026
     

Azərbaycan Avropa Şurasından hansı hüquq proseduru ilə çıxacaq...

Image


Xəyal Bəşirov: "Bu təşkilatdan çıxmaqla bağlı prosedurlar elə bu təşkilatın öz nizamnaməsində nəzərdə tutulub" 

Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək qərarına cavab olaraq Avropa Şurasından çıxma prosedurunu nəzərdən keçirir.

Trend-in məlumatına görə,  rəsmi Bakı, həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yurisdiksiyasını qəbul etməkdən imtina edə bilər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib.

"Biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Biz, həmçinin bu təşəbbüsü Azərbaycanda hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi kimi qiymətləndiririk. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək.

Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb.

AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib", - bəyanatda deyilir.

Azərbaycan Avropa Şurasından hansı hüquq proseduru ilə çıxacaq?

 

"Hər bir təşkilata üzv olmağın qaydaları olduğu kimi, həmin təşkilatdan çıxmaq prosedurları da var"

 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov "Bakı-Xəbər"ə bildirdi ki, Avropa Şurası ilə Azərbaycan arasında münasibətlərin gərginləməsi artıq neçə gündür gündəmdədir: "Təbii ki, bu, Azərbaycandan qaynaqlanan məsələ deyil, heç bunu təsadüfi bir məsələ də hesab etmək olmaz. Xüsusilə də Azərbaycanın 2020-ci ildə düşmənə qalib gəlib öz torpaqlarını işğaldan azad etməsi, bu gün öz ərazi bütövlüyünü, suverenliyini tam təmin etməsi  bir sıra qüvvələri ciddi şəkildə narahat edib. Həmin o qüvvələr də Azərbaycana qarşı əllərində olan bütün imkanlardan, platformalardan, resurslardan istifadə edərək "səfərbərlik" elan ediblər, müxtəlif istiqamətlərdə hücuma keçiblər.  Bu platformalardan biri də Fransa, Almaniya və bir sıra digər ermənipərəst, qərəzli, ədalətsiz qüvvələrin təsiri altında olan Avropa Şurasıdır"-deyə bildirən X.Bəşirovun sözlərinə görə, son zamanlar baş verən proseslərdən də görürük ki, bütün beynəlxalq platformalar hansısa qüvvələrin, güclərin, mərkəzlərin maraqlarına xidmət edir, o qüvvələr bu kimi platformalardan öz istəkləri üçün  kimlərəsə təsir etmək məqsədilə zamanı gələndə istifadə edirlər. "Avropa Şurası da 46 dövlətdən ibarət olsa da, müəyyən dar çərçivədə olan maraqlara xidmət edir.  Bu maraqlar da Fransanın, Almaniyanın, eyni zamanda vaxtilə  Avropa Şurasını yaradan digər dövlətlərin maraqlarıdır. Sonradan bu təşkilata qəbul edilən bütün dövlətlər yalnız və yalnız özgə, yad münasibətə, ögeyliyə tuş gəlirlər. Avropa Şurasının bu addımları, Avropa Şirası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi, təbii ki, Azərbaycanı adekvat addım atmağa vadar edir.  Azərbaycana qarşı  əsassız iddialar, ittihamlar, bəhanələr səsləndirilir ki, Azərbaycan Avropa Şurası ilə əməkdaşlıq etmək istəmir, Avropa Şurası nümayəndələrini Laçın dəhlizinə buraxmayıb, Prezident seçkilərinə Avropa Şurasını dəvət etməyib. Bütün bu bəhanələrdən də görsənir ki, əslində bu həqiqətən də əsassız ittihamlardır. Nəyə görə? Çünki ötən ilin 23 oktyabr tarixində Azərbaycana qarşı növbəti çirkin kampaniyanın tərkib hissəsi olan  "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul etdilər.  "Dağlıq Qarabağ"  ifadəsinin orada işlədilməsi antiazərbaycan mövqeyinin ortaya qoyulması demək idi, ona işarə idi. Hələ o qətnamənin qəbul edilməsi zamanı bildirilmişdi ki, qış sessiyasında, yəni 2024-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilib-edilməməsi məsələsi müzakirə ediləcək. Hələ o zaman Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilməmişdi. Yəni bütün bunlar bəhanələrdən xəbər verir. Bir sıra hallarda belə fikirlər səsləndirirlər ki, Azərbaycan Avropa Şurasında fəaliyyətini dayandırdı, çıxdı. Məsələ bu şəkildə deyil. Hələ ki, Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq barədə qərar qəbul edib. Amma Avropa Şurasının digər təsisatları, orqanları da var. Avropa Şurasının Nazirlər Komitəsi, baş katibliyi, Avropa İnsan Haqları Məhkəməsi, yerli və regional qurumları və bir sıra digər təşkilatları mövcuddur ki, onlardan biri də Parlament Assambleyasıdır və Azərbaycan orada nümayəndə heyəti ilə təmsil olunurdu. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı addım atıldığı üçün Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı. Bu, Avropa Şurasına ümumilikdə bir mesaj idi ki, Azərbaycanla bu şəkildə danışmaq olmaz,  əgər bu belə davam edəcəksə Azərbaycan Avropa Şurasından çıxmaq mövqeyini ortaya qoya bilər, Azərbaycanı heç kəs bundan çəkindirə bilməz. Hesab edirəm ki, əslində Avropa Şurasına və onun ayrı-ayrı təsisatlarına, rəhbərliyinə ciddi ismarıcdır ki, bundan nəticə çıxarsınlar. Əks halda düşünürəm ki, Azərbaycan daha ciddi addımlar atmaq mövqeyini ortaya qoya bilər.

Bizim Avropa Şurasından çıxmağımızla bağlı məsələyə gəldikdə, bu istiqamətdə hüquqi prosedurlar mövcuddur. Hər bir təşkilata üzv olmağın qaydaları olduğu kimi, həmin təşkilatdan çıxmaq prosedurları da var. Azərbaycan Avropa İnsan haqları Konvensiyasına imza atıb, qoşulub. Təbii ki, Avropa Şurasından çıxıb-çıxmamasından asılı olmayaraq, Azərbaycan hüquqi dövlətdir. Azərbaycan hüquqi dövlət olduğu üçün də həmin o konvensiyanın tələblərinə riayət edib-etməmək onun suveren hüququdur. Əslində Azərbaycan bunun marağındadır".

X.Bəşirovun fikrincə, Avropa Şurası kimi təşkilatlar əslində onlara üzv olan dövlətlərə münasibətdə elə mövqe ortaya qoyurlar ki, sanki yalnız həmin dövlətlər öz üzərinə öhdəliklər götürür, bunların heç bir öhdəliyi olmur. Həmin təşkilatların da öz üzərlərinə öhdəliklər götürdüyünü deyən X.Bəşirovun sözlərinə görə, bu təşkilatlara üzv olmaq üçün bu dövlətləri maraqlandıran məsələlər olduğu kimi, təşkilatları da maraqlandıran məsələlər var. "Təəssüf edirəm ki, Avropa Şurası ona üzv olduğu 23 il ərzində Azərbaycanın gözləntilərini doğrultmadı, Azərbaycan bu təşkilata üzv olan zaman qarşısına qoyduğu məqsədlərdən heç birinə nail ola bilmədi. Keçmiş münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinə heç bir dəstək vermədi. Heç bir dəstək görməyən Azərbaycan daha  sonra bu təşkilatı idarə edən, bu təşkilatın sükanını əlində saxlayan qüvvələrin çirkin oyunlarını gördükdə, təbii ki, buna öz sərt təpkisini göstərməli idi. Bu təşkilatdan çıxmağın hüquqi prosedur qaydaları da, nümunələri də var.  Zaman-zaman Avropa təşkilatlarından çıxan dövlətlər olub. Böyük Britaniyanın Avropa İttifaqından, Rusiyanın Avropa Şurasından çıxmasını qeyd edə bilərik. Eyni zamanda  Fransa özü NATO-dan çıxdı və sonra təkrar daxil oldu. Hesab edirəm ki, bu təşkilatdan çıxmaqla bağlı prosedurlar elə bu təşkilatın öz nizamnaməsində nəzərdə tutulub.  Təşkilat özü də hansısa bir üzvünün ondan çıxarılması ilə bağlı mövqe ortaya qoya bilər, yaxud təşkilata üzv olan dövlətlərin özləri də məhz o təşkilatdan çıxmaq mövqeyini göstərə bilərlər. Çünki bu könüllü bir prosesdir. Yəni təşkilata üzv olmaq da, təşkilatdan çıxmaq da könüllü prosesdir. Azərbaycan müstəqil, suveren dövlətdir. Azərbaycan o təşkilata üzv olmaqla özünün müstəqilliyini, suverenliyini itirmir. O təşkilata üzv olmaq Azərbaycanın milli dövlətçilik maraqlarına xidmət edirsə üzv olur, əks mövqe ortaya qoyulursa, maraqlarımıza zidd olan məqam varsa Azərbaycan yenə də beynəlxalq hüququn müstəqil bir subyekti kimi o təsisatdan, yaxud başqa bir qurumdan çıxmaq mövqeyini ortaya qoya bilər. Eyni zamanda onu da unutmaq olmaz ki, Azərbaycan beynəlxalq hüququn müstəqil bir subyekti olduğu kimi, bu təşkilatlar da, məsələn, Avropa Şurası, BMT, Avropa İttifaqı və digərləri beynəlxalq hüququn subyektləridir. Qaydalara görə  bərabərhüquqlu əməkdaşlıq qurmalıdırlar. Əks təqdirdə bir təşkilat, yaxud bir dövlət digər dövlətə fəqrli mövqe sərgiləyirsə, bərabərhüquqlu əməkdaşlığa üstünlük vermirsə, o halda bu, beynəlxalq hüquqa zidd addımdır. Təbii ki, həmin o təşkilat beynəlxalq hüququ pozduğuna görə dövlət müvafiq addımlar ata bilər"-deyə X.Bəşirov vurğuladı. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

01.09.2026 / 07:26
Britaniya gəmisi Hörmüzdə hücuma məruz qaldı

31.08.2026 / 22:41
Avropada Ukraynaya silah tədarük edən daha bir zavod yandırıldı – bir ayda beşinci fakt…

31.08.2026 / 22:18
Belçika dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi ideyasını rədd etdi…

31.08.2026 / 22:00
Vüqar Rəhimzadə: Azərbaycanın coğrafi üstünlüyü Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafında mühüm rol oynayır

31.08.2026 / 21:38
Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...

31.08.2026 / 21:11
Baş nazir Babiş Bakıdan yenicə qayıdıb, Çexiyada anti-Azərbaycan erməni aksiyaları başlayır...

31.08.2026 / 20:48
Ünvanlı yardımın məbləği də, yardım alanların sayı da ilbəil azalır... Bu nəyi göstərir?

31.08.2026 / 20:11
“The Independent”, “The Guardian” və “BBC” Azərbaycanla bağlı yalan məlumat yaydı - MEDİA-dan sərt bəyanat...

31.08.2026 / 19:50
Tramp İrana yeni hücum əmri verdi… İordaniyanın qisası - “Bu gecə onları sərt vuracağıq”…

31.08.2026 / 19:27
Ağrı dağda Nuhun gəmisi tapıldı -Türkiyə mediası da ermənilərə qoşulub “Ararat” yazır...

31.08.2026 / 19:11
Putinlə Paşinyan hələ heç vaxt belə gərgin danışıq ərəfəsində olmayıblar - Bişkekdə hərarət qalxacaq...

31.08.2026 / 19:08
Trampın yeni tarifləri “Toyota” və “Honda”nı vura bilər – şirkətlər Kanadada istehsalı azaldır…

31.08.2026 / 18:53
Kinematoqrafçılar İttifaqında nə korrupsiya? - Deyilənə görə, köhnə rəhbərlikdən qisas almaq oyunu gedir...

31.08.2026 / 18:37
Tramp Moskvada Putinlə görüşdüyü deyilən MKİ şefi barədə ən populyar variantı inkar etdi...

31.08.2026 / 18:31
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - FOTO/YENİLƏNDİ

31.08.2026 / 18:25
İran ABŞ-ın Hörmüzdə qabaqlayıcı zərbə iddialarını rədd etdi – minalanma ilə əlaqəsi yoxdur…

31.08.2026 / 18:17
Azərbaycan orta gücə çevrildi - Əliyevlə bağlı 3 faktorun həlledici təsiri...

31.08.2026 / 18:01
Putinlə Paşinyanın Bişkek görüşü çox gərgin keçəcək - ortada elə ciddi problem var ki...

31.08.2026 / 17:41
İran hakimiyyəti üçün daxili təhlükə artır

31.08.2026 / 17:37
Rusiya Ermənistandan olan minlərlə əmək miqrantını qovur...

31.08.2026 / 17:24
Ermənistanın diplomat korpusu hələ açılmamış “Marqara” sərhəd məntıqəsinə gəzintiyə çıxarıldı...

31.08.2026 / 17:09
İranla müharibədə ABŞ-ın pulu tükəndi...

31.08.2026 / 17:03
Bişkekdə Prezident İlham Əliyevin Pezeşkianla görüşü olub - FOTO/YENİLƏNDİ

31.08.2026 / 16:59
Türkiyə MİT-dən qorxunc hesabat - PKK-nın bütün hərbi arsenalı yerindədir, yeni tunellər qazılır...

31.08.2026 / 16:55
Rusiyada yersiz əminlik var - TRIPP-də ABŞ, Azərbaycan, Türkiyə və İran toqquşacaq"...

31.08.2026 / 16:40
Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin yeni perspektivləri açılır...

31.08.2026 / 16:36
ŞƏT-in strateji tərəfdaşı -Yeni dünya düzəninə doğru prosesdə Azərbaycanın "orta güc" rolu artır... Aydın QULİYEV yazır...

31.08.2026 / 16:20
Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verdi

31.08.2026 / 15:49
Prezident Əliyev və Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

31.08.2026 / 15:44
Əliyev və Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

31.08.2026 / 15:38
Ermənistan Zəngəzur dəhlizi intriqalarına daha iki türk dövlətini qoşmaq istəyir...

31.08.2026 / 15:16
Tramp “Xark adası yerləyeksan edildi” dedi, İrandan fərqli açıqlama gəldi…

31.08.2026 / 15:08
Prezident İlham Əliyevin Bişkekdə Tokayevlə görüşü keçirilib - FOTO/YENİLƏNDİ

31.08.2026 / 14:48
İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs yaxalandı

31.08.2026 / 14:30
Hindistan Ermənistana 500 km mənzilli "yer-yer" raketləri satır...

31.08.2026 / 14:15
Xəzərdə sərnişin qayığı qayaya çırpıldı - ölənlər var...

31.08.2026 / 14:03
Ukrayna müharibəsindən qaçan ruslara İrəvanda sığınacaq verilməsi Kremli qıcıqlandırdı...

31.08.2026 / 13:44
Ukrayna Yekaterinburqda Wildberries anbarına hücum etdi…

31.08.2026 / 13:19
İrana hücum ABŞ-da parçalanma yaratdı - ordu komandanları Trampa qarşı çıxdı…

31.08.2026 / 13:07
Bişkekdə Prezident İlham Əliyevlə Paşinyan arasında görüş keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

31.08.2026 / 13:04
Hörmüzdən keçməyə cəhd edən tanker minaya düşdü…

31.08.2026 / 12:58
Azərbaycan və Çin prokurorluq orqanları arasında Anlaşma Memorandumu imzalandı

31.08.2026 / 12:47
"Heç bir xərcsiz 65 milyard barel neftin ələ keçirilməsi ABŞ üçün nə deməkdir" - Tramp belə dedi...

31.08.2026 / 12:27
Azərbaycanda turizmin inkişafına aid yeni kitab nəşr olunub

31.08.2026 / 12:20
Pensiyaların ARTIRILACAĞI TARİX açıqlandı

31.08.2026 / 12:06
Məhkəmədən Balakənin sabiq icra başçısı İslam Rzayevin həbs ilə bağlı yeni qərar...

31.08.2026 / 11:52
İran Hörmüz boğazında ABŞ-ın MQ-9 PUA-sını vurdu...

31.08.2026 / 11:42
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfər edib - FOTO

31.08.2026 / 11:22
Azərbaycan QHT-ləri beynəlxalq əməkdaşlığı genişləndirir

31.08.2026 / 11:14
"Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur" - Prezident

31.08.2026 / 11:10
Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

31.08.2026 / 11:09
Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

31.08.2026 / 11:08
Prezident İlham Əliyev Sadır Japarovu təbrik etdi

31.08.2026 / 10:53
Mərkəzi Bank iki BOKT-un vəzifəli şəxslərini cərimələydi

31.08.2026 / 10:34
Prezident İlham Əliyev Şimali Kipr Prezidentinə başsağlığı verib

31.08.2026 / 10:29
Trampla Kanadanın Baş naziri arasında “Ontario qırğını” - Google Maps Ontarionu “Amerika gölü” kimi təqdim etdi

31.08.2026 / 09:50
İrandan ABŞ-a qisas hücumu - İordaniyadakı iki Amerika bazası vuruldu…

31.08.2026 / 09:23
Nepalda daşqında ölənlərin sayı 900 nəfəri ötdü

31.08.2026 / 07:55
“Bako Saakyanın Bakıda həbsdə olması milli rüsvayçılığın simvoludur”- erməni Arxiyepiskop

31.08.2026 / 07:39
ABŞ İrana qarşı həftəlik sanksiyalar hazırlayır - ilk hədəf banklardır

31.08.2026 / 07:10
Əsədin ordu komandiri məhv edilib

31.08.2026 / 06:46
Hörmüzdə yenə sükut pozuldu - ay ərzində ilk dəfə ABŞ zərbələri…

30.08.2026 / 19:12
Rusiya yeni nəsil kruiz raketləri ilə Ukraynanın Qara dəniz limanlarını blokadaya aldı - limanlara giriş-çıxışlar dayandı…

30.08.2026 / 18:17
Hörmüz boğazı ilə bağlı razılıq əldə edildi, amma bir şərt var - İran ABŞ-dan addım atmasını gözləyir...

30.08.2026 / 16:51
Ukrayna Leninqradda Rusiyanın ikinci ən böyük neft zavodunu vurdu…

30.08.2026 / 15:34
Tramp Rusiyanın NATO-nu təxribata çəkəcəyinə inanmır - onlar hücum etməyəcəklər...

30.08.2026 / 15:09
Şimali Kipr sahillərində 267 sərnişin daşıyan gəmi batdı – ölənlər və itkin düşənlər var…

30.08.2026 / 14:23
Moskvaya gizli səfər edən MKİ rəhbərindən üçtərəfli zirvə təklifi – Tramp, Putin və Zelenski bir arada…

30.08.2026 / 13:45
"Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib" - Hikmət Hacıyev

30.08.2026 / 13:21
Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

30.08.2026 / 11:18
Nigerdə hərbi üsyan başladı – ordu Rusiyadan kömək istədi…

30.08.2026 / 10:54
Trampın "tarixi neft sazişi”nin təfərrüatları ortaya çıxdı - ABŞ Venesuelanın neft biznesindən pay alacaq…

30.08.2026 / 10:31
Nepal və Tibetdə daşqınlarda ölənlərin sayı 750-yə çatdı, 3000 nəfər itkin düşüb…

30.08.2026 / 10:27
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik etdi

30.08.2026 / 10:10
Şəkidə itlərin hücumuna məruz qalan turist helikopterlə təxliyə edildi - VİDEO

30.08.2026 / 09:34
Trampın Hörmüz iddiaları yalan çıxdı - 400 gəmi 6 min dənizçi ilə aylardır bölgədən çıxa bilmir…

30.08.2026 / 09:11
Moskva metrosunda böyük əməliyyat - 140 miqrant saxlandı, deportasiya ediləcəklər...

29.08.2026 / 23:20
Tramp indi də okeanlara göz dikdi – körfəzimiz, gölümüz var, indi bizə bir okean lazımdır...

29.08.2026 / 22:19
SEPAH Pakistandan İrana sızmağa çalışan silahlı qrupun yaxalandığını açıqladı - ABŞ və İsrail izi…

29.08.2026 / 21:23
Paşinyan Qazaxıstan və Qırğızıstana Zəngəzur dəhlizində pay təklif etdi - Ermənistanın payının 5 faizi…

29.08.2026 / 21:06
Qaluzin Ermənistanın dəmiryolu tələbinin arxasında Qərbin olduğunu deyir – “İrəvan şantaj edilir”…

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ