Cümə axşamı günü, 05 noyabr 2026
     

Məktəblərimizdə LGBT tədrisi - AŞPA-nı qəzəbləndirən həm də budur...

Image


Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının yanvarın 24-də axşam iclasında Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməni təsdiqləyiblər.

Onu da bildirək ki, Azərbaycan nümayəndə heyəti hələ səsvermədən əvvəl təşkilatı tərk edib. AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında azərbaycanlı nümayəndə heyəti AŞPA-da qarşılıqlı fəaliyyətini və mövcudluğunu dayandırmaq qərarına gəlib.

Əslində AŞPA  Azərbaycanın milli-mənəvi dəyərlərinə kökündən zidd olan LGBT+ (lezbiyan, gey, biseksual, transseksual) hüquqlarının qorunması, eynicinsli nikahlara icazənin verilməsini istəyir. AŞPA Azərbaycan təhsil müəssisələrində LGBT-nin təbliğ olunmasını tələb edir. 

LGBT isə Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun deyil. Bu səbəbdən Azərbaycan tərəfi bu istəyə qəti şəkildə qarşı çıxıb. Əslində onlar yaxşı bilir ki, LGBT-nin təhsil müəssisələrində  tədrisi cəmiyyətin məhvinə, ailələrin dağılmasına səbəb olacaq. Ona görə də ölkəmiz bu qərarının üstündə dayanır.

Ceyhun Məmmədov: "Azərbaycanda LGBT-yə yer yoxdur və heç zaman olmayacaq da, heç kim bu məsələ ilə bağlı ölkəmizə təzyiq edə bilməz"

Məlum məsələ ilə bağlı fikir bildirən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu gün bir çox Avropa dövlətləri, təsisatları, AŞPA və digər qurumlar çox ciddi cəhdlə LGBT adlı biabırçılığı dünyaya yaymaq istəyir: "Təəssüf ki, bunun qanuniləşdirilməsi üçün davamlı olaraq müxtəlif addımların atıldığının da şahidi oluruq. Azərbaycanda LGBT-yə yer yoxdur və heç zaman olmayacaq da. Heç kim bu məsələ ilə bağlı ölkəmizə təzyiq edə bilməz. Əslində bizi düşündürən məsələ odur ki, Avropa təsisatları, qurumları LGBT-nin yayılması ilə nəyə nail olmaq istəyir, nə əldə etmək istəyir? LGBT onların mənsub olduğu dinə belə ziddir. Təəssüf ki, biz bu gün film, kino, hətta cizgi filmlərində belə LGBT-nin təbliğatını görə bilirik. Bu qəbuledilməz və kökündən yanlış bir məsələdir. Onlar  öz eybəcərliklərini bizim ölkəmizdə də yaymaq istəyir. Əlbəttə, Azərbaycan cəmiyyəti hər zaman buna öz etirazını bildirib". 

Kamran Əsədov: "Biz heç vaxt imkan verə bilmərik ki, LGBT ölkəmizə ayaq açsın, Azərbaycanın ailə dəyərləri, milli davranışlarına zidd olan təsirlər təhsildə söz sahibi olsun" 

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, son illər ərzində Amerika, Avropa, xüsusən də Fransa Azərbaycanda təhsilin müxtəlif pillərinə müdaxilə etmək istəyir: "Onlar Azərbaycanın mental dəyərlərinə, tarixi keçmişinə uyğun olmayan formatda qarışmaq istəyir. Avropada bir sıra təhsilin beynəlxalq qiymətləndirmə sistemləri var. Bu qiymətləndirmə sistemləri təəssüf ki, Azərbaycan təhsil sisteminin inkişafını deyil, təhsildə dəyərlər sisteminin formalaşmasını diqtə edir. Onu da deyim ki, beynəlxalq reytinq siyahıları Avropanın  nəzərdə tutduğu standartlarla ölçülür. Bu gün inkişaf etmiş ölkələrin  təcrübəsindən yararlanmaq lazımdır. Ancaq bir sıra məsələlər var ki, azərbaycançılıq məfkurəsi ən vacib ideologiya kimi götürülməlidir. Avropa hesab edir ki, LBGT kimi məsələlərə ali təhsil müəssisələrində loyal yanaşılmalıdır. Ancaq bu belə olmamalıdır. Məlumdur ki, Azərbaycanın qədim dövlətçilik ənənəsi var. Azərbaycanın dövlətçilik ənənəsi, təhsili,  tarixi Fransadan da qədimdir. Sadəcə olaraq, ölkəmiz uzun müddət Sovetin təsirində olduğu üçün Azərbaycan Avropa təhsilindən geri qalıb. Onu da deyim ki, vaxtilə Azərbaycanda elmi ixtiralar olarkən Avropada bu istiqamətdə irəliləyiş yox idi. Məsələn, Yusif Məmmədəliyev, Mirəli Qaşqayın kəşflərini nümunə kimi göstərə bilərik. Azərbaycanda elmi ixtiralar, kəşflər edilərkən Avropada bu istiqamətdə heç bir iş görülmürdü. Bizim dahi Nizami Gəncəvi ilə Fransanın müqayisə edə biləcəyi şəxs yoxdur. Tarixə nəzər yetirsək görərik ki, fransızlar öz krallarının başını kəsib. 1789-cu ildə Fransada keçirilən inqilab və ya 1572-ci ildə bu ölkədə Varfolomey gecəsi zamanı onların dini tolerantlığının hansı səviyyədə olduğu hər kəsə bəllidir. Xatırladım ki, Varfolomey gecəsi zamanı onlar öz insanlarını qətlə yetirib, amansız işgəncələr verib. Ümumiyyətlə, fransızların bütün fəaliyyətləri saxta olub".

Həmsöhbətimiz xüsusi olaraq vurğuladı ki, bu gün Avropanın özünün formalaşdırdığı dəyər sistemi var. Bu dəyərlər isə Azərbaycana ziddir. 

K.Əsədov hesab edir ki, Azərbaycanın AŞPA-dan çıxmasının ölkə təhsilinə heç bir təsiri olmayacaq. Azərbaycan təhsili dünya tədrisinə inteqrasiya edir. Müasir innavativ yeniliklər təhsil sisteminə tətbiq olunur, texnoloji yeniliklərdən geniş şəkidə istifadə olunur: "Bunların hər biri çox yaxşı haldır. Ən vacib addım Azərbaycanın ali təhsilinin əmək bazarında  keyfiyyətinin artırılmasıdır. Biz heç vaxt imkan verə bilmərik ki, LGBT ölkəmizə ayaq açsın, Azərbaycanın ailə dəyərləri, milli davranışlarına zidd olan təsirlər təhsildə söz sahibi olsun. Təbii ki, buna qarşı çıxılmalıdır. Onu da deyim ki, LGBT-nin olduğu yerdə təhsil uğurlu ola bilməz. Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda əldə etdiyi uğurlar LGBT-ni    dəstəkləyən Fransadan qat-qat yüksəkdir. Biz istənilən sahədə Fransa kimi ölkələrdən üstünük. O ölkələrdə dəyər anlayışı məhv olduğu üçün istəyirlər Azərbaycanda da eyni hal yaşansın".

Ekspert bildirdi ki, LGBT və digər məsələlərin Azərbaycan orta ümümtəhsil məktəblərinə ayaq açmasına şərait yaradılmamalıdır. Azərbaycanın öz milli dəyərləri var: "Məlumat üçün onu da deyim ki, Aleksandr Duma Azərbaycanda olarkən Azərbaycan dəyərləri haqqında yazı yazıb. Ona baxmaq, fikir vermək kifayətdir görəsən ki, Azərbaycan tarixən öz dəyərlərinə sadiq qalıb və qalacaq".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar...İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ