şənbə günü, 28 noyabr 2026
     

PKK-nın Türkiyədə yeni terror hədələri başlayır

Image


Türkiyədə gələn ay keçiriləcək parlament seçkilərinə az müddət qaldığı bir vaxtda diqqət çəkən məqamlardan biri PKK terror qruplaşmasının yenidən aktiv fəaliyyətə keçməsidir. Yayılan məlumatlardan belə bəlli olur ki, PKK seçkilər zamanı və ondan sonra yenidən fəaliyyətini genişləndirməyə hazırlaşır. Eyni zamanda siyasi müstəvidə də PKK-ya yaxın qüvvələrin xeyli fəallaşması müşahidə olunur.
Belə ki, PKK-nın siyasi qolu olan Xalqların Demokratik Partiyası (HDP) bəyan edib ki. Türkiyədə seçki komissiyasından (YSK) narazıdır. HDP prezident Rəcəb Tayyib Ərdoğanın seçki qadağalarını pozduğunu bildirir. Bu səbəblə YSK-ya edilən şikayət rədd edildiyindən, HDP Konstitusiya Məhkəməsinə müraciət edəcək.
HDP həmsədri Səlahəddin Demirtaş bildirib ki, artıq seçki və seçici təhlükəsizliyi mübahisəli bir hala gəlib. Onun sözlərinə görə, HDP YSK-ya müraciət edərək Ərdoğanın seçki qadağalarını açıqca pozduğunu bildirib və bununla bağlı prezidentə xəbərdarlıq edilməsini istəyib. YSK isə HDP tərəfindən edilən şikayəti rədd edib. Türkiyənin baş naziri Əhməd Davudoğlu HDP-ni CHP-nin "ağzı" ilə danışmaqda ittiham edib. O, PKK-nı nəzərdə tutaraq Dəmirtaşa sual edib: "Sənin qardaşın dağda nə edir? Niyə barış, sülh üçün çalışmır? Seçkilər yaxınlaşanda şəhərdə barış sözçüsü, seçki bitəndə terror sözçüsü olur. Belə riyakarlıq, ikiüzlülük olarmı? Maskanı üzündən çıxar". Bununla yanaşı, yuxarıda qeyd olunduğu kimi, PKK silahlı mübarizəyə də yenidən start vermək niyyətindədir və bunun üçün təşkilat özünə müəyyən bəhanələr də hazırlayır. Cumhuriyyət Xalq Partiyasından olan millət vəkili Gürsel Tekinin "Türkiyə Suriyaya girəcək" iddiası belə bir bir vaxtda PKK üçün göydəndüşmə bəhanəyə çevrilməkdədir.
PKK-nın İcra Komitəsinin üzvü Duran Kalkan Türkiyənin yalnız Suriyaya deyil, həm də İraqa müdaxiləyə hazırlaşdığı barədə informasiyaya malik olduğunu deyib. Duran Kalkan AKP hökumətinin döyüş və qarşıdurma mövqeyinə gəldiyini də iddia edib. O, AKP və Türkiyə ordusunun atəşkəs anlaşmasını pozduğunu qeyd edib: "Siyasi vəziyyət tələb etdiyi üçün konqresin toplanması istiqamətində hazırlığa başladıq və əhəmiyyətli bir nöqtəyə gəldik. Lakin AKP və Ərdoğanın bəyanatları prosesi alt-üst etdi. PKK 40 ildir necə müqavimət göstəribsə, bu gün də eyni gücə sahibdir. Kürd xalqı və demokratik güclər hazır olmalıdır". O, Türkiyənin Suriya və İraqın müəyyən bölgələrinə müdaxilə ehtimalının olduğunu vurğulayıb: "Afrinə bir hücum olarsa, bunun Ərdoğanın təlimatı ilə olacağını bilirik. Amma Afrin də Kobani kimi müqavimət göstərəcək".
Qəndil dağındakı Kürdüstan Cəmiyyətlər Birliyinin (KCK) həmsədri Bese Hozat isə bildirib ki, Türkiyəyə qarşı silahlı mübarizəni dayandırmağı hədəfləyən konqresin keçirilməsi gündəmdən çıxıb. Bese Hozat, PKK lideri Abdullah Öcalanın Novruz bayramında açıqlanan müraciətinə baxmayaraq, AKP-nin lazımı addımlar atmadığını və döyüşə hazırlaşdığını deyib: "PKK dövlətin atacağı addımlara baxaraq ümumi yığıncaq keçirməli idi. Biz toplantını gündəmdən çıxardıq. Kürd problemi həll edilmədən PKK belə bir iclas keçirməyəcək. Konstitusiya dəyişiklikləri edilmədən və kürdlərin statusu bu Konstitusiyada əksini tapmadan belə bir iclas əsla keçirilə bilməz". Qeyd edək ki, PKK terror təşkilatı bir neçə gün bundan əvvəl verdiyi bəyanatda "kürd məsələsi"nin həllində əhəmiyyətli mərhələ olaraq göstərilən PKK konqresinin ləğv edildiyini açıqlayıb. Konqresdə təşkilatın silahı yerə qoyması barədə qərar qəbul olunmalı idi. Terror təşkilatı konqresin ləğvini prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı ilə izah edib. Türkiyə prezidenti kürd probleminin olmadığını və terror təşkilatı ilə eyni masaya oturmağın dövlətin çökdüyünü göstərdiyini bildirib.
Xatırladaq ki Türkiyə hökuməti və HDP arasında bu il fevralın 28-də keçirilən görüşdən sonra birgə bəyanat verilib. HDP heyəti PKK terror təşkilatının lideri Abdullah Öcalanın təşkilata fövqəladə konqres keçirilməsi barədə müraciət etdiyini açıqlayıb. Qeyd edilib ki, Öcalan silahlı mübarizənin demokratik siyasətlə əvəzlənməsini istəyib. Lakin indi bəlli olur ki, belə bir konqres keçirilməyəcək və əvəzində PKK silahlı qarşıdurmanı davam etdirəcək. Bunun üçün PKK aktiv şəkildə silahlanır. Bu arada o da məlum olub ki, Türkiyəyə qarşı olanlar PKK-ya fəal şəkildə silah ötürür. Onların arasında nurçuların lideri Fətullah Gülən də var və ona qarşı yeni iddia irəli sürülüb. Bu dəfə Gülənin başçılıq etdiyi "paralel dövlət"in PKK terror təşkilatına 15 milyon dollar maliyyə yardımı göstərdiyi, terror təşkilatının həmin pula silah aldığı bildirilir. İddiaya görə, "Gülən camaatı" İraqın şimalında açılan 32 məktəbin təhlükəsizliyinin təmin edilməsi üçün PKK ilə anlaşma əldə edib. Fətullah Gülənin adamları PKK-nın bu məktəblərə hücum etməməsi üçün terror təşkilatına 15 milyon dollardan çox rüşvət verib. Həmçinin vəd olunub ki, Türkiyənin təhlükəsizlik qüvvələrinin məktəblərə daxil olmasına icazə verilməyəcək. PKK "paralel dövlət"dən aldığı pulu silahlanmaya xərcləyib. Gülənçilər İraqın şimalında fəaliyyət göstərən məktəblərdən ildə 15 milyon dollara yaxın gəlir götürüb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ