şənbə günü, 28 noyabr 2026
     

ABŞ-İran münasibətləri yenidən sərt müharibə ritorikasına keçir

Image


Cənub qonşumuzla ABŞ arasında nüvə proqramı məsələsində müşahidə olunan yaxınlıq yerini yenidən böyük ziddiyyətlərə verir. Buna səbəb Yaxın Şərq məsələsində tərəflərin mövqeyinin kəskin surətdə fərqlənməsidir. Hətta iş o yerə çatıb ki, ABŞ Yaxın Şərq, konkert Yəmən məsələsinə görə İranı müharibə ilə hədələyir. Bütün bunlar tərəflər arasında nüvə razılışmasını da ciddi sual altına alır.
Halbuki, ABŞ Senatı Konqresə İranın nüvə proqramının məhdudlaşdırılmasına dair razılıqların nəzərdən keçirilməsi və ya rədd edilməsi haqqı verən qanun layihəsini təsdiq edib. 98 lehinə, 1 əleyhinə səslə qəbul edilən sənəd təsdiq üçün Nümayəndələr Palatasına göndərilib. ABŞ prezidenti Barak Obama əvvəlcə qanun layihəsinin əleyhinə çıxış etsə də, daha sonra Konqresin təsdiqini əldə edən sənədə imza atacağını bildirib. İranla razılığın təsdiq və ya rədd edilməsi üçün Konresə 30 gün vaxt veriləcək.
Yuxarıda qeyd olunduğu kimi, belə bir vaxtda Yaxın Şərqdə baş verənlər Tehran və Vaşinqton arasında böyük ziddiyyətlərə yol açıb. Barak Obama "Əş-Şərk əl-Ausat" qəzetinə müsahibəsində bildirib ki, ABŞ-ın Yaxın Şərqdə müstəsna maraqları var, İran isə qonşu dövlətlərə münasibətdə sabitliyi pozur: "İki il öncə BMT-dəki çıxışımda dediyim kimi, Yaxın Şərqdə xarici təcavüzə, enerjidaşıyıcılarının sərbəst axınına, azad ticarətə, beynəlxalq sularda, o cümlədən Hörmüz və Bab-əl Məndəb boğazlarında sərbəst hərəkətə qarşı fəaliyyətə ABŞ cavab verəcək. Həmin bölgədə müstəsna maraqlarımız da var. Mən açıq-aşkar demişəm, ABŞ maraqlarını qorumaq üçün gücünün bütün elementlərindən istifadə edəcək".
"Suriya və Yəməndə vəziyyətin gərginləşəməsində İranın rolundan ehtiyat edilmirmi" sualına cavabda Barak Obama bildirib: "İran bölgədəki çeşidli dövlətlərdə sabitliyin pozulması istiqamətində təhlükəli addımlar atır. İran terrorçuluğun himayəçisidir. Ona görə də İranın fəaliyyətindən, o cümlədən başqa dövlətlərin sərhədləri yaxınlığında fəaliyyətini dəstəklədiyi "oyuncaq" qurumlardan bölgə dövlətləri haqlı olaraq narahatdır". B.Obama qeyd edib ki, İranın nüvə proqramı məsələsində razılıq əldə edilsə də, Tehranın məntiqsiz davranışı sanksiyaların davam etməsinə səbəb ola bilər.
Beləliklə, Yaxın Şərqdə baş verənlər İran - ABŞ müharibəsini yenidən aktuallaşdırır. Çünki tərəflərdən heç biri Yaxın Şərqdəki maraqlarından geri çəkilmək istəmir. Hazırda əsas ziddiyyət Yəməndə baş verən proseslərlə bağlıdır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələri koalisiyasının Yəməndə həyata keçirdiyi əməliyyatlara İran olduqca sərt reaksiya verir. İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mərziyyə Əfxam qeyd edir: "Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələri koalisiyasının Yəmənə endirdiyi aviazərbələr soyqırım aktıdır". Onun sözlərinə görə, Ər-Riyadın addımları beynəlxalq normalara ziddir":Biz BMT-yə Yəmənin dinc vətəndaşlarına qarşı hərbi aqressiyanın dayandırılması ilə bağlı daha aktiv fəaliyyətə başlaması üçün müraciət edirik. Bundan başqa o, Yəmənə humanitar yardımların çatdırılmasını da tezləşdirməlidir". Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Yəməndəki hadisələri İranın boynuna atmaqla məsuliyyətdən qaçmağa çalışır":Səudiyyə Ərəbistanı Yəməni havadan, qurudan, dənizdən blokadaya almaqla özünün əsirinə çevirib. Biz Ər-Riyadı Yəmənə qarşı blokadanı ləğv etməyə çağırırıq". ABŞ isə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələri koalisiyasının Yəməndə əməliyyatlarına tam dəstək verir və bölgəyə öz hərbi gəmilərini göndərib. İran da, lazım gələrsə, ABŞ-la müharibəyə hazır olduğunu bildirir. İranlı general Hüseyn Səlami bildirir ki, ölkəsi uzunmüddətli müharibələr üçün baza yaradıb. Onun sözlərinə görə, İran Amerika ilə müharibədən çəkinmir":Artıq hərbi gücdən istifadə dövrü bitib. Amerika zəif ordular üzərində qələbələrini bizimlə müqayisə etməməlidir. Amerika qurudakı bazalarından istifadə etsə, biz oranı məhv edəcəyik. Onlar təyyarələri ilə bizi vurmaq istəsələr, bütün səmanı onlar üçün alova bürüyərik. İranlılar təcrübəli və müharibə görmüş bir xalqdır. Bu xalqı bir daha sınağa çəkmək yanlış addımdır".
Bundan əlavə, artıq o da məlumdur ki, İran parlamenti ABŞ-ın hərbi təhdidlərinə cavab olaraq nüvə danışıqlarının dayandırılmasını nəzərdə tutan qanun layihəsinə yenidən baxacaq. Parlamentin xarici siyasət və milli təhlükəsizlik komitəsinin üzvü Cavad Kərimi Qoddusinin sözlərinə görə, qanun layihəsi parlamentdə qəbul ediləndən sonra İran Məsləhət Şurasına göndəriləcək. Məsləhət Şurasının təsdiqindən sonra isə hökumət danışıqları dayandırmağa məcbur olacaq. Komitə üzvü qeyd edib ki, amerikalılar İrandan üzr istəyənə və təhdidlərinə son qoymayana kimi vəziyyət dəyişməyəcək. Qeyd edək ki, İran parlamentinin sərt reaksiyası ABŞ-ın vitse-prezidenti Co Bayden və dövlət katibi Con Kerrinin fikirlərinə cavabdır. Amerikalı rəsmilər qeyd edib ki, ABŞ-ın İranla bağlı hərbi hərəkətləri istisna edilmir. Bayden bildirib ki, Tehran nüvə sazişini pozacağı halda, bütün cavab variantlarına baxılacaq. Hazırda İran və "altılıq" (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) İranın nüvə proqramı üzrə hərtərəfli razılaşmanın son mətninin formalaşdırılması mərhələsindədir. Yekun nüvə razılaşması 30 iyundan gec olmayaraq, imzalanmalıdır. İranın xarici işlər nazirinin müavini Abbas Araqçının sözlərinə görə, tərəflər arasında hələ də çoxlu həll olunmamış məsələ qalıb":Danışıqların iştirakçıları gələcək razılaşmanın vahid mətnini razılaşdırmaq istəyir.
Biz hesab edirik ki, bunu nəzərdə tutulmuş vaxtdan əvvəl razılaşdıra bilərik. Nyu-Yorkda biz ümumi razılaşma paketi layihəsinin ilkin variantını qəbul etdik. Doğrudur, indi mətn var, amma tərəflər arasında hələ həll edilməmiş çoxlu məqamlar qalır. Biz iqtisadi və maliyyə sanksiyalarının yekun müqaviləyə qədər bitməsini istəmirik. Sanksiyaların mərhələ-mərhələ ləğv edilməsi ilə bağlı məsələ müzakirə mövzusu olmayacaq".


MANSHET-5



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ