şənbə günü, 28 noyabr 2026
     

Image


Neftin qiymətinin yüksəlməsi bu gün sözügedən məhsulun istehsalı ilə məşğul olan ölkələrin hamısının xüsusi maraq dairəsindədir. Bunun üçün indiyə qədər istifadə olunan əsas taktika qiymətlər enəndə hasilatı azaltmaq olub. Lakin ötən ilin noyabrından bu taktikanın yenidən işə salınması müşkülə çevrilib. Məsələ ilə bağlı neft ixrac edən ölkələrin karteli olan OPEK hələ də lazımi qərarlar verə bilmir.
Eyni zamanda, OPEK-ə daxil olmayan ölkələrlə bu istiqamətdə aparılan danışıqlar da nəticəsiz başa çatıb. Bu təşkilata daxil olmayan hasilatçı ölkələrlə neft hasilatını birlikdə azaltmaq barədə razılığa gəlinməyib. "Bloomberg" agentliyi bildirir ki, OPEK və kartelə daxil olmayan ölkələrin nümayəndələri arasında bu xüsusda görüş mayın 12-də Vyanada olub.
Görüş iştirakçıları bildiriblər ki, tərəflər hasilatı birgə azaltmaq barədə razılıq əldə edə bilməyib. Görüşə OPEK-ə daxil olmayan ölkələrdən Rusiya, Braziliya, Meksika və Azərbaycan nümayəndələri qatılıb. Hələlik isə məlum olan odur ki, OPEK iyunun 5-də Vyanada keçiriləcək toplantısında neft bazarındakı vəziyyəti müzakirə edəcək. Lakin kartel hələlik hasilatı azaltmağa meyl etmir, halbuki, OPEK-ə daxil olmayan ölkələrin də belə addım atmasını istəyir. Öz növbəsində, əsas neft ixracatçısı olan Səudiyyə Ərəbistanı aprel ayında hasilatı rekord ölçüdə artırıb və sutkada 10,308 milyon barrelə çatdırıb. Bu, Səudiyyə Ərəbistanının qiymətləri qaldırmaq üçün hasilatı azaltmaq fikrində olmadığını göstərir. Səudiyyə Ərəbistanı hasilatı azaldaraq bazardakı mövqelərini əldən vermək istəmir və neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, hasilatı azaltmır. OPEK 5 iyundakı iclasından əvvəl dərc etdiyi "Neft Bazarı" hesabatında bildirir ki, qlobal neft təklifi apreldə, əvvəlki ayla müqayisədə, gündəlik 390 min barrel azalaraq 94,1 milyon barrelə enib. Təşkilat bu il üçün qlobal neft tələbatı proqnozunu da gündəlik 50 min barrel artımla 92,5 milyon barrelə çıxarıb. Beləliklə, bazarda tələbdən çox neft satılır ki, bu da neftin yenidən ucuzlaşmasını qaçılmaz edəcək. OPEK ölkələri içərisində xam neft hasilatı ən çox İraq və İranda reallaşdırılıb. İstehsalda ən böyük azalma isə Anqolada müşahidə olunub. Hesabata görə, OPEK-in istehsalında baş verən gündəlik 18 min barellik artıma ən böyük töhfə 10,09 milyon barrellə Səudiyyə Ərəbistanı və 3,67 milyon barrellə İraqdan olub. Vəziyyət belə davam edərsə, neftin qiyməti aşağı düşməkdə davam edəcək. OPEK-in hesabatında da vurğulanır ki, yaxın 10 il ərzində neftin qiyməti 100 dollardan aşağı olacaq. Təşkilatın proqnozuna görə, 2025-ci ildə neftin qiyməti təxminən 76 dollar ola bilər ki, bu da hazırkı vəziyyət üçün ən optimist variantdır. "The Wall Street Жournal" qəzeti isə OPEK-in hesabatının iyun ayında dəyişə biləcəyini qeyd edib. ABŞ-ın "Goldman Sachs" bankı da neft qiymətlərinin yenidən düşməyə başlayacağını proqnozlaşdırıb. Müştərilərinə bununla bağlı məlumatlandırma arayışı göndərən bank qiymətlərdə baş verən son yüksəlişin təklif çoxluğunun azalmasına mane olduğunu bildirib. Bank bu vəziyyətin daha aşağı qiymətlərə səbəb olacağını qeyd edib. Beləliklə, OPEK üzündən neftin qiymətinin yenidən düşməsi qaçılmaz sayılır. Halbuki, bu vəziyyət OPEK üzvlərinə də sərf etmir. İranın neft naziri Bijan Namdar Zəncani də qeyd edir ki, OPEK-ə üzv olan ölkələrin əksəriyyəti neftin qiymətindəki dalğalanmalardan məmnun deyil. O, neftin qiyməti və hasilatla bağlı İranın OPEK-ə hər hansı bir təklif verib-verməyəcəyi barədə jurnalistlərin sualına belə cavab verib":Təəssüf ki, OPEK-ə heç bir təklif vermək mümkün deyil. Ancaq OPEK-ə üzv ölkələrin əksəriyyəti mövcud vəziyyətin bu şəkildə davam etməsini istəmir. Çünki onlar neft qiymətlərindəki dalğalanmalardan məmnun deyil. Bizim də bu məsələdə mövqeyimiz bəllidir. Siyasi faktorlar olmazsa, neftin qiyməti yüksələcək". BP şirkətinin Rusiyadakı nümayəndəliyinin vitse-prezidenti Vladimir Drebentsov isə bildirir ki, OPEK konkret qərarlar verməyənə qədər neftin qiyməti stabilləşməyəcək. O, OPEK addım atmayacağı təqdirdə vəziyyətin daha da pisləşəcəyini deyib":Bizim hesablamalarımıza görə, neftin qiyməti 40 dollardan aşağı düşməsə, dünya bazarına daha az neft gedəcək. Bu isə, öz növbəsində, qiyməti balanslaşdıracaq".
Xatırladaq ki, son hərraclarda "Brent" markalı neftin qiyməti 65 dollardan 67 dollara qalxıb. Bu, ötən beş ay ərzində ilk belə yüksək qiymətdir. Ekspertlər qeyd edib ki, qiymətlərin belə sıçramasının səbəbi ABŞ-da neft ehtiyatlarının ötən ilin noyabrından bəri ilk dəfə azalmasıdır. Lakin yuxarıda qeyd olunduğu kimi, OPEK mövqeyini dəyişməsə, neft yenidən ucuzlaşmağa başlayacaq.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ