O, qeyd edib ki, Türkiyə Avropa Şurası yaranan gündən bu qurumun üzvüdür: "Qardaş ölkə Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi 1963-cü ilin sentyabrında imzalayıb. 1965-ci ildə isə imzalanan sənəd qüvvəyə minib. Bundan 40 il sonra, 2005-ci ildə yenə də bu saziş təkrarlanır, danışıqlar gedir. Bu müddət ərzində Aİ-yə Türkiyədən bütün parametrlərdə geri qalan xristian ölkəsi qəbul edilib. Türkiyə isə yaxın buraxılmır və buraxılmayacaq da. NATO-da Türkiyə sevimli tərəfdaşdır. Çünki burada söhbət təhlükəsizlikdən gedir. Aİ ilə əməkdaşlığa gəlincə isə Türkiyə yararsız olur. Bunun bir səbəbi də ölkə əhalisinin türk və müsəlman olmasıdır. Başqa səbəbi də yoxdur".