şənbə günü, 28 noyabr 2026
     

“Aİ-nin Riqa sammitində “Yenilənmiş Madrid Prinsiplərinin” “Brüssel Prinsipləri” ilə əvəzlənməsi zəruridir”

Image


"ATƏT-in Minsk Qrupunun (MQ) vasitəçiliyi Avropa İttifaqı (Aİ) tərəfindən dəstəklənir. Amma Aİ-nin ATƏT-in MQ-na bu dəstəyi kifayət qədər politoloji tədqiqata əsaslanmır. ATƏT MQ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ideya və resurs baxımdan tükəndiyini çoxdan bəyan edib. Davranışı da bunu sübut edir. Rəsmi vasitəçilər bu vaxtadək heç bir yeni ideya irəli sürməyiblər. Digər qurumlardan irəli sürülən ideyaları isə boğmaqla məşğuldurlar". Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq hesab edir ki, ATƏT-in MQ-na daxil olan ayrı-ayrı dövlətlərin Qrupun qalan üzvlərinin də işini canlandırmaqla bağlı ideyaları həmsədrlər tərəfindən dərhal neytrallaşdırılıb: "Həmsədrlərin irəli sürdüyü təklifləri tərəflərdən biri qəbul etmir və dərhal həmsədrlər bu təklifi daha aşağı statuslu, daha az təsirli təkliflə əvəzləyirlər; Dağlıq Qarabağa və digər işğal olunmuş ərazilərə azərbaycanlıların öz doğmalarının məzarlarını ziyarət etməsi təklifinin müəllifi ATƏT MQ idi. Bu təklifə görə ermənilər Bakıdakı erməni kilsəsini və erməni qəbristanlığını da ziyarət edəcəkdilər. Ermənistan 2-3 il yubatdıqdan sonra bu təklifi rədd etdi. Çünki azərbaycanlıların işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağda yaşamış azərbaycanlıların işğal altındakı doğma yurdlarına baş çəkməsi gənc ermənilərdə müxtəlif suallar yaradacaqdı. ATƏT MQ bu təklifi itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi təklifi ilə əvəzlədi. Bu təklifin reallaşması Dağlıq Qarabağa - azərbaycanlıların işğal altındakı doğma yurdlarına kütləvi baş çəkməsini nəzərdə tutmur. Azsaylı ekspertlər bu təklifi reallaşdırmalı idi. Ortalığa DNT analizi məsələsi çıxan kimi Ermənistan tərəfi bu təklifi də rədd etdi. Çünki itkin düşənlərin siyahısını dəqiqləşdirmək, kütləvi məzarlıqdakı meyitlərin kimə məxsusluğunu müəyyənləşdirmək üçün DNT analizi aparılmalıdır. Bu isə ermənilərin yalanını üzə çıxaracaqdı. Çünki kütləvi məzarlıqlardakı meyitlərin demək olar ki, hamısı azərbaycanlılara məxsusdur. Ermənistan havadarları ilə birlikdə Dağlıq Qarabağda və digər işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlıları soyqırıma məruz qoyublar".

Onun sözlərinə görə, Ermənistanın da dinc tənzimləməyə seçici yanaşması və ATƏT MQ-nin Ermənistanın yarımçıq təkliflərinə dəstək verməsi də tənzimlənməni yubadır: "Ermənistan tərəfinin ən çox iddia etdiyi mövzu etimad tədbirləridir. Etimad tədbirləri kimi Ermənistan snayperlərinin geri çəkilməsini və qoşunların təmas xəttindəki hərbi insidentlərin araşdırılmasını qəbul edir. Beynəlxalq siyasi həyatda etimad tədbirləri elmi-politoloji anlayışdır. Bu sahədə çoxsaylı olmasa da, bir neçə elmi məqalə dərc olunub. Etimad tədbirlərinə elmi-politoloji və normal məntiqi prizmadan yanaşdıqda Dağlıq Qarabağda yaşamış ermənilərlə azərbaycanlılar arasında dialoqun etimad tədbiri kimi qəbul edilməməsi başa düşülmür.

Vasitəçilər snayperlərin geri çəkilməsindən başlayaraq bütövlükdə işğalçı qoşunların Azərbaycan ərazisindən çıxmasını nəzərdə tutan yol xəritəsi hazırlaya bilərdilər. Həmsədrlər bunu etməyib.

Bəzi avropalı deputatlar və siyasətçilər də Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsinə qeyri-məntiqi yanaşmanın daşıyıcılarıdır. Onlar Avropada sərbəst yerdəyişmə hüququnun prioritetliyini əsas götürüb Dağlıq Qarabağa Azərbaycanın razılığı olmadan səfərlər edirlər. Azərbaycan BMT, ATƏT, AŞPA, Aİ-nin "Şərq Tərəfdaşlığı” proqramının üzvüdür. Avropada sərbəst yerdəyişmə azadlığı prioritetdirsə, ortaya sual çıxır. Niyə görə Dağlıq Qarabağda işğaldan öncə yaşamış azərbaycanlılar indi Dağlıq Qarabağ ərazisinə gedə bilmirlər?! Ağdam, Fizuli və ya Cəbrayılın bir kəndinin sakini o biri kəndə ayaq qoya bilmir?!"

M.Əhmədoğlu bildirib ki, Ermənistanın münaqişənin yalnız dinc yolla tənzimlənməsinin tərəfdarı olması da tənzimlənməni yubatmaq üçün istifadə etdiyi vacib rıçaqlardan biridir: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin yalnız ATƏT MQ müstəvisində tənzimlənməsinin tərəfdarıdır. ATƏT MQ konsensus mexanizmi ilə işləyr. Konsensus mexanizmi Ermənistanı münaqişənin dinc tənzimləməsinin yubadılmasının kralına çevirib. AŞPA, Aİ və BMT-də qərarlar ya majoritar, ya da qarışıq səsvermə mexanizmi üzrə qəbul edilir. İş o həddədir ki, Ermənistan hətta Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin AŞPA-da Alt Komitə yaradılmasının, müzakirəsinin əleyhinədir: AŞPA-da müzakirə dinc tənzimləməyə ziyan vurur. Ermənistan təxminən 15 ildir bu tezisi təkrarlayır. Vasitəçilər AŞPA-nın tənzimləmədəki rolunun ziyan və ya faydalı olmasına heç bir münasibət bildirməib. AŞPA yalnız ideyalar, təkliflər ortalığa qoya bilər. Amma AŞPA nəhayət ki, vəziyyətdən çıxış yolunu tapa bildi. Bütövlükdə MDB məkanındakı münaqişələri müzakirə etmək üçün Alt Komitə yaratdı. Aİ istəsə o da bu variantdan istifadə edə bilər. Vacib olan Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə həqiqətən məşğul olmaq niyyətidir. Bu varsa, Aİ Minsk Qrupunun tənzimləmədəki rolunu tədqiq edib müvafiq nəticələr çıxara bilər. Ermənistanın davranışı xüsusi tədqiq edilməlidir. Minsk Qrupu və Ermənistanın birgə davranışı regionu müharibəyə sürükləyir. İtirən Rusiya olmayacaq. Avropa İttifaqı çox şey və həm də həmişəlik itirə bilər.

Ermənistana yalnız Dağlıq Qarabağı Azərbaycandan ayıran ideyalar və təkliflər məqbuldur və işini də bunun üzərində qurub. Ermənistanın belə davranışı da həmsədrlər tərəfindən lazımi cavab almayıb. Lap yaxınlarda bəlli oldu ki, rəsmi Tbilisi də Ermənistanın davranışından narahatdır. Gürcüstanın xarici işlər naziri T.Beruçaşvili Ermənistanın davranışını Aİ-də müzakirə etdiklərini bildirdi.

"Yenilənmiş Madrid Prinsipləri” 2009-cu il iyulun 10-da İtaliyanın Akvil şəhərində keçirilən "G-8” sammitində 3 həmsədr ölkə prezidentləri tərəfindən qəbul edildi və 1 gün sonra ABŞ prezidentinin mətbuat xidməti vasitəsilə yayıldı. İndi "G-8” sammitləri keçirilmir. Amma onların 2009-cu ildən başlayaraq qəbul etdiyi 5 rəsmi bəyanatları bu gün də fəaliyyətdədir. Ermənistan həmsədr ölkə prezidentlərinin imzaladığı 5 bəyanatı qəbul edir. Azərbaycan tərəfinin də 5 bəyanata münasibəti müsbətdir. 5 bəyanatı detallaşdırmaq və institutionallaşdırmaqla Böyük Sülh Müqaviləsinin hazırlanmasına nail olmaq olar. Amma Ermənistan və ATƏT MQ Böyük Sülh Sazişinin hazırlanmasının əleyhinədir. Aralıq variant yaratmaq olar: Aİ-nin Riqa sammitində Avrokomissiyanın mütəxəssisləri "Yenilənmiş Madrid Prinsipləri”ndə öz əksini tapmış 3 prinsipə və 6 maddəyə neytral prizmadan, beynəlxalq hüquqa uyğun rəsmi təfsir əlavə etməklə "Yenilənmiş Madrid Prinsipləri”ni "Brüssel Prinsipləri”nə çevirə bilər. Adını "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin ümumavropa prinsipləri” də qoymaq olar. Vacib olan Aİ-nin bu işdə konkret rolunun olmasıdır. "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin ümumavropa prinsipləri” və ya "Brüssel Prinsipləri” Aİ ilə ATƏT MQ-nin birgə fəaliyyətinə zəmin yarada bilər.

Avropa İttifaqının Riqa sammiti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ideya qıtlığını və pərakəndəliyini aradan qaldırmaq, tənzimləməyə yeni stimul vermək, ATƏT MQ-nin fəaliyyətini gücləndirmək məsələlərində mühüm töhfə verə bilər. Sammitdə "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin ümumavropa prinsipləri” hazırlanması bunun ən yaxşı müjdəçisidir".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ