şənbə günü, 28 noyabr 2026
     

Ukrayna müharibəsi Avropaya sıçrayır

Image


Postsovet məkanında yaradılan son münaqişə ocağı Ukraynada daha qanlı hadisələrin olacağına dair Qərbdə edilən xəbərdarlıqların sayı artır. Belə görünür ki, çox da uzun çəkməyən atəşkəsdən sonra Ukraynada savaşın yeni və daha qanlı mərhələsi başlayır. Lakin bu dəfə proseslərə NATO-nun müdaxiləsi istisna olunmur.
Bu arada isə NATO-nun baş katibi Yens Stoltenberq də belə bir xəbərdarlıqla çıxış edib ki, Rusiyameylli separatçılar uzun müddətlik hərbi hazırlıqdan sonra Ukraynanın şərqində yeni hücuma başlamaq imkanı qazanıblar. O qeyd edib ki, bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs rejiminə baxmayaraq, Ukraynanın şərqində vəziyyət yanlış istiqamətə doğru gedir":Biz çoxlu itkilərin şahidi oluruq, atəşkəs rejiminin pozulması, müşahidəçilərə maneələrin yaradılması və Rusiyanın separatçılara dəstəyinin davam etdiyini görürük. Bu, yanlış istiqamətə doğru gedən narahatedici tendensiyadır". Qərbdə indi çoxları hesab edir ki, NATO mütləq şəkildə proseslərə müdaxilə etməlidir. Birləşmiş Ştatların NATO-dakı keçmiş nümayəndəsi Kurt Uolker bildirir ki, Rusiyanın qarşısını Ukraynada almaq lazımdır. Onun sözlərinə görə, Rusiyanın qarşısı burada alınmasa, onunla NATO üzvü ölkələrin ərazisində savaşmalı olacaqlar":Rusiyanın addımları heç də Kremlin söylədiyi kimi deyil. Yəni bunun NATO-nun genişlənməsi ilə heç bir əlaqəsi yoxdur. Hazırda Qərb birbaşa hərbi aqressiya ilə üz-üzədir. Rusiya öz qonşusunun ərazisinə müdaxilə edir, onun torpaqları anneksiya olunur və bunları edən zaman Moskva Budapeşt memorandumuna, Nyu-York, Paris xartiyalarına, NATO ilə Rusiya arasındakı əsas müqavilələrə nəzər yetirmir. Bütün bunların qarşılığında isə NATO bu böhranları həll etmir. Rusiyanı Ukraynada dayandırmasaq, o zaman onunla Avropanın dərinliklərində vuruşmalı olacağıq".
Ukraynada isə separatçılar yeni əraziləri tutmağa, Kiyev isə itirilmiş ərazilərini geri qaytarmağa hazırlaşdığını bəyan edir. Ukrayna prezidenti Petro Poroşenko bildirir ki, hazırda üsyançıların nəzarəti altında olan Donetsk hava limanı geri qaytarılacaq: "Mən şübhə etmirəm ki, biz hava limanını azad edəcəyik, çünki bu bizim torpağımızdır. Və biz hava limanını yenidən bərpa edəcəyik". Qeyd edək ki, 2015-ci ilin əvvəllərində separatçılarla Ukrayna ordusu arasında Donetsk aeroportu uğrunda qanlı döyüşlər getmişdi. Ordu separatçıların çoxlu hücumunu dəf etsə də, sonda geri çəkilməyə məcbur olmuşdu.
"Bloomberg" agentliyi isə yazır ki, Ukraynanın şərqində, Azov dənizinin sahilində yerləşən strateji əhəmiyyətli liman şəhəri Mariupol separatçıların hücumuna hazırlaşır. Qeyd olunur ki, hazırda Mariupolun küçələrində hərbi avtomobillər dolaşır, sakinlər evlərinin pəncərələrini mümkün artilleriya atəşinə qarşı möhkəmləndirir. Yaşayış binalarında yaxınlıqdakı bomba sığınacaqlarının yerini göstərən istiqamət nişanları asılıb: "Yerli sakinlər qorxur ki, Rusiya prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində qələbənin əldə edilməsi münasibətilə keçirilən mərasimlərə qatılan xarici ölkə liderlərini yola salandan sonra separatçılar üçün Mariupola hücum fürsəti yaranıb. İndi hamı ancaq bu barədə danışır. Donetskdə qalan yaxınlarım mənə deyir ki, hücum hazırlanır". Mariupol separatçıların mövqeyindən və Rusiyanın ötən il ilhaq etdiyi Krımdan cəmi 25 kilometr məsafədədir. Şəhər ətrafında tez-tez partlayış səsləri eşidilir, qonşu Şirokino kəndində mövqe döyüşləri gedir. Şəhərdə Ukrayna hərbçilərinin sayı artıb, onlar Mariupolun giriş yollarında nəhəng beton plitələrdən ibarət barrikadalar qurur. Şəhərə daxil olanlar dəfələrlə yoxlanır.
Ötən həftə ABŞ-ın keçmiş müdafiə naziri Eşton Karter konqresmenlər qarşısında çıxış edərək separatçıların yeni hücuma hazırlaşdıqlarını bildirib. Beynəlxalq müşahidəçilər aprelin sonlarından başlayaraq separatçıların Şirokino istiqamətində əlavə qüvvələr və tanklar cəmləşdirdiyini qeydə alıb. Onlar xəbərdarlıq ediblər ki, Mariupola hücum fəlakətli nəticələrə səbəb olacaq və diplomatların böhrana son qoymaq cəhdlərini heçə endirəcək. Mariupolda bir neçə min Ukrayna hərbçisi var, şəhərin müdafiəsi durmadan möhkəmləndirilir. Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko deyir ki, gec-tez Mariupolu ələ keçirəcəklər. Hesab edilir ki, Ukrayna hərbçilərinin Rusiya tərəfindən açıq dəstəklənən separtçılar qarşısında duruş gətirməsi çətin olacaq. Bunu Ukrayna hərbçilərinə təlim keçməyə göndərilən Amerika ordusunun zabitləri də təsdiq edir. Amerika təlimatçıları deyir ki, Ukrayna ordusunun döyüşçüləri heç silahı düzgün daşımağı da bacarmır. Amerikalı kapitan Nikolas Saylimbin bildirir ki, ukraynalı əsgərlərin bu cür qeyri-peşəkar olmasını gözləmirdilər. Halbuki, separatçıların tərəfində vuruşan rus əsgərlər peşəkarlıqlarına görə fərqlənirlər. Bu səbəbdən yeni müharibənin gedişində Ukraynanın daha çox torpaq itirməsi qaçılmaz sayılır. Bax elə bu da Avropa üçün böyük təhdid deməkdir. Almaniya kansleri Angela Merkel də yaranmış vəziyyətin Rusiya ilə Qərb arasında münasibətlər üçün ciddi təhdid olduğunu vurğulayır":Beynəlxalq qanunvericiliyi pozan Krımın cinayətkacasına ilhaqı və Ukraynanın şərqində silahlı münaqişə ölkələrimiz arasında münasibətlərə ciddi zərbə vurub". İstənilən halda isə Qərbdə Rusiyanın mümkün hücumuna qarşı böyük hazırlıq görülür.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ