Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə Soçidəki görüşə ağ "Pobeda" maşınında gəlib.
Agentliklər xəbər verirlər ki, Kerri bu qədim maşına heyranlıqla baxırmış. "Pobeda” maşınları SSRİ-də 1958-ci ilə kimi buraxılıb.
Baki-xeber.com xəbər verir ki, bununla yanaşı Lavrov görüşdən əvvəl amerikalı həmkarına Krasnodar bölgəsində yetişdirilən pomidor və kartof da hədiyyə edib. Lavrov məhsulları iki ayrı-ayrı səbətdə Kerriyə təqdim edib.
Bundan əvvəl Kerri Lavrovla 13 yanvar 2014-cü ildə keçirilən görüşündə Amerikada yetişdirilmiş kartof hədiyyə etmişdi.