şənbə günü, 28 noyabr 2026
     

Türkiyəli alim Qara dənizdən Xəzərə qədər olan coğrafiyada ermənilərin törətdikləri qırğınlarla bağlı araşdırma aparır

Image


Qarsdakı Qafqaz Universitetinin professoru, tarixçi-alim Səlcuq Uralın APA-ya müsahibəsi

- Uydurma "erməni soyqırımı” ilə bağlı sizin universitetdə hər hansı araşdırma aparılıbmı? Ümumiyyətlə, ermənilərin Türkiyə və Azərbaycanda törətdikləri qırğınların dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu iki ölkənin alimlərinin əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Biz hazırda Qara dənizdən Xəzər dənizinə qədər olan ərazini əhatə edən coğrafiyada ermənilərin törətdikləri qırğınların nəticələrini ortaya çıxara biləcək bir araşdırma üzərində çalışırıq. Həmin araşdırma kitab formatında çap olunacaq. Araşdırmanı qısa müddət ərzində çap etdirmək niyyətindəyik. Araşdırma Osmanlı arxivləri əsasında hazırlanıb. Əlimizin altında kifayət qədər material var. Buna baxmayaraq, Türkiyənin bu sahədə apardığı işlər yetərli deyil. Biz Azərbaycanla birlikdə bu məsələləri araşdırmalıyıq. Qars Qafqaz Universitetində indiyə qədər bu mövzu ilə əlaqədar bir neçə araşdırma aparılsa da, təəssüf ki, cəmiyyətdə və mediada hər hansı bir maraq oyatmayıb. "Ermənilər bu qədər hay-həşir salırlarsa, deməli nəsə var” və yaxud "Onlar öldürüblər, biz də öldürmüşük” məntiqi dünyada və ölkəmizdə formalaşmaqdadır. Bizim əsas məqsədimiz bu səhv düşüncəni dağıtmaqdır. Qars bu mənada əhəmiyyətli bölgədir. Erməni məsələsinin keçmişi və gələcəyi ilə bağlı Türkiyə və Azərbaycanın ortaq tarix komissiyası yoxdur. Dünya ictimaiyyətinə necə təsir edə bilərik, onları doğru-dürüst necə məlumatlandıra bilərik deyə düşünən yoxdur. Görəsən biz həqiqətən bu işə ciddi yanaşırıq, yoxsa söz xətrinə hərəkət edirik? Bunu da ayırd etməyin vaxtı çatıb. Əgər Türkiyə, Azərbaycan və Ermənistan arasında bir sülh olacaqsa, bu üç ölkənin görüş nöqtəsi Qars müqaviləsidir. Bunu dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Qars müqaviləsi istər köç məsələsi, istər erməni probleminin həlli istiqamətində bir yol açır. İsa Həbibbəylinin Naxçıvan Dövlət Universitetinin rektoru postundan getməsi bizim üçün itki oldu. Mən Naxçıvanı bu regiondan ayrı təsəvvür etmirəm. İsa bəyin rəhbərliyi altında Qafqaz və Naxçıvan Dövlət Universitetlərində ciddi işlər görülüb. İsa bəyin gedişindən sonra nə Naxçıvandan, nə də bizdən təklif irəli sürülür. Təbii ki, ortaq dəyərlərimiz, ortaq mədəniyyətimiz var. Bunu daha da dərinləşdirməli və genişləndirməliyik.

- Bu il Ermənistan hakimiyyəti və erməni diasporu "soyqırım”ın 100 iliyi ilə bağlı silsilə tədbirlər təşkil etdi. Əslində 1915-ci ildə nə baş verib?

- Bizim tarix kitablarımızda Birinci Dünya müharibəsi "ölüm-dirim savaşı” kimi təqdim olunur. Biz niyə belə ifadə işlədirik? 1828-ci ildə bizim Anadoluya çəkilməyimizin əsas səbəblərindən biri Azərbaycanın Çar Rusiyası tərəfindən işğal edilməsi idi. Cənubi Qafqazda xanlıqlar ruslar tərəfindən işğal olunandan sonra region həm hərbi, həm də siyasi mənada Rusiyanın təsiri altına düşdü. Türkiyə və Azərbaycan birlikdə hərəkət etmək məcburiyyətindədir. Bu gün Türkiyənin Azərbaycanı və Qafqazı nəzərə almadan Şərq siyasəti formalaşdırması mümkün deyil. Erməni məsələsi 1828-ci ildən sonra Qafqazın işğalı nəticəsində meydana çıxıb. Ruslar da İrəvan xanlığının əsasında bir erməni dövləti yaratmaq istəyirdi. Beləliklə, 1918-ci ildə erməni dövləti İrəvan xanlığının ərazisində yaradıldı. Bunu unutmamalıyıq ki, hər bir erməni "Böyük Ermənistan” xəyalı ilə yaşayır. Erməni məsələsi bir tərəfdən ruslar, bir tərəfdən də ingilislər tərəfindən dəstəklənən siyasi hərəkatdır. 1914-cü ildə ruslar iki istiqamətdə hərbi əməliyyat planı üzərində işləyirdilər. Birinci plan Qafqazdan Bəsrə körfəzinə çatmaq, ikinci plan isə İstanbulu işğal edərək Osmanlı İmperiyasının varlığına son qoymaq idi. Birinci Dünya müharibəsi başlayan zaman bizim ordumuz dörd cəbhədə vuruşurdu. Birinci və ikinci ordumuz İstanbul boğazını qorumağa təhkim olunmuşdu. Üçüncü, say etibarı ilə ən çox ordumuz Ərzurumda olub ki, onların da məqsədi Qafqaz cəbhəsini tutmaq olub. Üçüncü orduda baş verən problemlər təəssüflər olsun ki, bizi Sarıqamış məğlubiyyətinə apardı. Fevzi Çakmak paşanın bu barədə əsərləri var. Fevzi Çakmak paşa yazır ki, belə bir cəbhədə hücuma keçmək üçün Osmanlının ən azı 450 min nəfərlik ordusu olmalı idi. Bu qədər əsgəri tapmaq, onu silah və texnika ilə təchiz etməyimiz ogünkü şərtlər altında mümkünsüz idi. Sarıqamış məğlubiyyəti erməni problemini qarşımıza bir hərbi bəla kimi çıxardı. Bir məsələyə də diqqət çəkmək istərdim. 1914-cü ilin iyununda Ərzurumda daşnakların konqresi keçirilib. Orada 3 variant müzakirə olunub. Birinci variant - Osmanlı dövləti müharibədə iştirak etsə, biz nə edəcəyik, ikinci variant - Osmanlı dövləti müharibədə iştirak edib qalib gəlsə, nə edəcəyik və üçüncü variant - ruslar qalib gəlsə, biz nə edəcəyik. Siyasi mənada Ərzurumdakı daşnak konqresi qırılma nöqtəsidir. Sarıqamış əməliyyatında bizim itkilərimiz 60 min, rusların itkiləri isə 30 min nəfərə yaxın idi. Ruslar bu itkiləri kompensasiya etmək üçün yenidən erməni kartını ortaya atır. Bundan başqa, 1912-ci ildən etibarən hər bir erməni kilsəsinin deposunda silahlar gizlədilir. Bununla bağlı sənədlər mövcuddur. Mən bu mövzuda məqalə ilə çıxış etmişəm. Bu məqaləni oxusanız rusların erməniləri rus-türk müharibəsinə hazırladığının şahidi olacaqsınız. Sadəcə Sarıqamış əməliyyatı qırğınları həyata keçirmək üçün münasib vaxt olub. 1915-ci il aprelində, Ərzurumdakı daşnak konqresindən bir il sonra, yəni Vanın işğalına qədər olan vaxt ərzində hökumət tərəfindən ermənilərə qarşı adekvat addımlar atılmağa başlandı. Çünki Vanın işğalında erməni-daşnak qrupları müstəsna rol oynayıblar. Ermənilər Vanda bir gündə 15 min günahsız müsəlmanı qətlə yetirib. Bunu rus mənbələri də, türk mənbələri də deyir. Vanın işğalından sonra məcburi köçürülmə məsələsi gündəmə gəlir. Cəbhədə problem yaradan Qriqoryan kilsəsinə etiqad edən ermənilər deportasiya olunur. Buna diqqət edin. Köçürülmə nə katolik, nə də protestant ermənilərə tətbiq olunub. Bu, çox vacib amildir. Osmanlıya kim problem yaradıbsa, onları da cəbhədən uzaqlaşdırıb. Müvəqqəti sürgün adlandırılan bu köçürülməni ancaq biz etməmişik ki?! Bunu Rusiya da edib. Digər tərəfdən, Ənvər paşanın Tələt paşaya göndərdiyi bir teleqram var ki, ermənilər bunu "soyqırımı” məsələsində başlanğıc nöqtə hesab edirlər. Ənvər paşa Tələt paşaya yazır ki, "ruslar daşnaklarla birlikdə Qafqazdakı türk və müsəlmanları qətlə yetirərək bizim sərhədə qovurlar. Buna qarşı mütləq tədbir görülməlidir. Lazımdırsa, onlara elə bu şəkildə cavab verməliyik”. 1915-ci ildə ingilislər bunu irlandlara qarşı tətbiq edib. İngilislər İrlandiya hərəkatını dünya ictimaiyyətindən gizlətmək üçün erməni məsələsini bu qədər şişirdirlər. Ogünkü şərtlər daxilində biz ən humanist tədbirləri görmüşük. Ermənilərin qorunması ilə bağlı çox sayda sənədlərimiz var. Soyqırım törətmək istəyən bir dövlət bu qədər təfərrüatlı tədbirləri niyə həyata keçirməli idi? Erməniləri öldürmək istəsəydilər, Hitler kimi məhv edərdilər.

- 1918-ci ilin 4 iyun tarixində Osmanlı İmperiyası Batumda Azərbaycan və Gürcüstanla yanaşı, Ermənistanla da sülh müqaviləsi imzalayıb. Osmanlının Ermənistanla Batum müqaviləsini imzalamaqda əsas məqsədi nə idi?

- Balkan yarımadasında olduğu kimi, Cənubi Qafqazda da milli dövlətlərin yaradılması regionu Rusiyadan gözlənilən təhlükədən xilas edəcəkdi. Bizim Ermənistanın müstəqilliyini dəstəkləməyimiz və ya buna razılıq verməyimizin əsas səbəblərindən biri bu idi ki, ermənilər bizə qarşı torpaq iddialarından əl çəksinlər. Həm də Qərbin ermənilərə dövlət lazımdır təkliflərinə yaşıl işıq yandırıldı. Ən başlıcası, bölgədə sülh üçün şərait yaradıldı. Batumi konfransında Ermənistanla imzalan müqavilə həm də o demək idi ki, ermənilər Azərbaycan və Türkiyə arasında problem yaratmayacaqdılar, İngiltərənin, Rusiyanın əlində dəyənəyə çevrilməyəcəkdilər. Daha önəmlisi, daşnak təsirindən xilas olan bir Ermənistan yaradılmalı idi. Məqsəd Azərbaycanla əlaqələr qurmaq, Azərbaycan türklərini erməni təhlükəsindən qorumaq və İngiltərənin bu regiona təsirini azaltmaq idi. Məncə Türkiyə Batum konfransında ogünkü şərtlər altında uğurlu siyasət aparıb. Brest-Litovsk sülh müqaviləsindən sonra Batum konfransı bizim ikinci uğurumuz idi. O vaxt ingilislər Brest müqaviləsinə müqavimət göstərirdilər. Bu müqaviləni imzaladığına görə ingilislər rus hökumətini qınayırdılar. Deyirdilər ki, biz illərdir türkçülüyə qarşı mübarizə aparırıq, siz isə bu müqaviləni imzalamaqla türkçülük cərəyanının yolunu açdınız. Bu, bizim başımıza bəla olacaq. Kazım Qarabəkir paşanın Təbriz əməliyyatına adi münasibət göstərmək mümkün deyil. Çünki Təbriz Cənubi Azərbaycanın mərkəzidir. Təbrizin azad olunması ilə şimalda olduğu kimi, cənubda da Azərbaycan dövləti yaradılacaqdı. Cənubi Azərbaycanı şimala birləşdiyini düşünsək bu gün Ermənistanın Xocalı soyqırımı da daxil olmaqla, Qarabağa problemini yaratmağa gücü çata bilərdi?! Ermənilərə verilən dəstəyin arxasında Cənubi Azərbaycan məsələsi dayanır. İran da bu məsələdə erməniləri dəstəkləyir.

- Bu il Avropa Parlamenti, Avstriya və digər bir neçə ölkə uydurma "erməni soyqırımı”nı tanıdı. Sizcə, Amerika Birləşmiş Ştatları da bu addımı atacaqmı?

- Amerika prezidentləri çıxışlarında "soyqırım” kəlməsini işlətmir. Amma səhv etmirəmsə, ABŞ-dakı 50 ştatdan 30-u bunu qəbul edib. Bu, nəyi həll edir? Bildiyiniz kimi, 1948-ci ildə soyqırım haqda qərarlar Qərb dünyası qəbul edib. 16 mart 1920-ci ildə ingilislər İstanbulu hüquqi cəhətdən işğal etdikləri vaxt nazirliklərə girdiklərində ilk axtardıqları erməni məsələsi ilə bağlı sənədlər olub. Sənədlərin heç birindən nəsə tapılmayıb. Arxayın olun, nəsə tapılsaydı, bizi çoxdan buna məcbur edərdilər, 1923-cü il Lozanna konfransında "biz sizin dövlətin müstəqilliyini tanıyırıq, siz də erməni soyqırımını tanıyın” deyə qarşımıza şərt qoyardılar. Bu, siyasi məsələdir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ