O bildirib ki, MNTK tərəfindən partiya üzvlərinin fəaliyyəti ilə əlaqədar hazırlanan təqdimat bu gün Divanın müzakirəsinə çıxarılacaq.
Onun sözlərinə görə, Divana Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli, təşkilatın üzvləri Rahib Mirələmov və Əli Qasımlı çağırılıblar: "Onlara fəaliyyətləri ilə əlaqədar müəyyən suallar olacaq. Qəbul olunacaq qərar isə Divandan asılıdır”.
Xatırladaq ki, Müsavatın bir qrup üzvü mayın 6-da partiya rəhbərliyinə etiraz olaraq, piket keçiriblər.