Türkiyədən fərqli olaraq, Azərbaycan regionda, o cümlədən Rusiyaya münasibətdə balanslaşdırılmış siyasət yürüdür. Bunu Trend-ə Türkiyənin sabiq xarici işlər naziri (2001-2003-cü illər) Yaşar Yakış deyib.
Onun sözlərinə əsasən, Azərbaycan və Rusiya arasında müsbət münasibətlər Bakının enerji layihələrinin daha da inkişafına xidmət edəcək.