şənbə günü, 28 noyabr 2026
     

Türkiyə Suriya ilə müharibəyə cəlb oluna bilər

Image


Suriyada cərəyan edən son hadisələr yenidən dünyanın xüsusi diqqət mərkəzindədir. Buna əsas səbəb təkcə İŞİD faktoru yox, həm də kifayət qədər döyüş təcrübəsinə malik "Hizbullah" qruplaşmasının Suriyada fəallaşmasıdır. Ekspertlər isə baş verənlərin ciddi təhdid mənbəyi olduğunu bildirir. Çünki baş verənlər Suriyada cəmləşmiş xeyli sayda yaraqlının buradan ətraf bölgələrə səpələnməsinə səbəb ola bilər.
Qafqaz üçün də ciddi təhdid mövcuddur. Çünki bu bölgədən də döyüşmək üçün Suriyaya xeyli sayda insan gedib. Onların geri qayıdışı isə region üçün müsbət heç nə vəd etmir. Lakin hazırda əsas təhdid ölkəmizin əsas müttəfiqi olan Türkiyə ilə bağlıdır.
Suriyada vəziyyətin qarışması isə Türkiyə üçün əlavə problemlərə yol açacaq. Hətta indiki durumda Türkiyənin Suriyaya müdaxiləsi belə istisna olunmur. Lakin ölkə müxalifəti bunu sərt etirazla qarşılayır. Türkiyənin Cumhuriyyətçi Xalq Partiyasının (CHP) sədr müavini, millət vəkili Gürsel Tekin "Taraf" qəzetinə verdiyi açıqlamada hakim partiya olan Ədalət və İnkişaf Partiyasının (AKP) təhlükəli bir oyun içərisində olduğunu deyib: "Bu məlumat çox dəqiq mənbələrdən əldə olunub. Eyni mənbə bundan əvvəl Süleyman Şah türbəsində əsgərlərimizin İŞİD insafına buraxılaraq tərk edildiyini yaymışdı. Türkiyə hərbi əməliyyatlar keçirərək Suriyaya girəcək".
Xatırladaq ki, Suriya münaqişəsi onsuz da Türkiyəyə böyük zərər vurmuşdu. Cumhuriyyət Xalq Partiyası bildirir ki, Suriyada vətəndaş müharibəsi və İraqda baş verən münaqişə son dörd ildə idxal və ixracat imkanları və turizm gəlirlərinin azalması, eləcə də qaçqınların sayının artması da daxil olmaqla, ölkəyə 16 milyard dollardan çox ziyan vurub. Bununla bağlı 72 səhifəlik hesabatda Cumhuriyyət Xalq Partiyası maliyyə itkisinə səbəb olaraq iki qonşu ölkədə gedən müharibəni göstərir. Partiya üzvləri hökumət düzgün xarici siyasət aparmadığı üçün iqtisadiyyatın daha pis duruma gəldiyini iddia edirlər. Partiya hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının Suriyada böhranın həlli üçün sülh danışıqlarına getməsini çıxış yolu kimi görür. Cumhuriyyət Xalq Partiyasının 24 millət vəkili tərəfindən hazırlanan hesabatında deyilir ki, Suriya və İraqdan qaçan qaçqınlara 5 milyard dollardan çox pul xərclənib.
Qaziantep, Şanlıurfa, Mardin və Hatayda araşdırma aparan millət vəkilləri bildirib ki, 2011-2014-cü illər arasında Suriyaya ixracatın həcminin 10,5 milyard dollar olacağı gözlənildiyi halda, əldə olunan nəticə sadəcə 4,5 milyard dollardır. 2014-cü ildə İraqa ixracatın həcminin 14,2 milyard dollara çatdırılması kimi hədəfə baxmayaraq, ümumi hesabla bu, 10,7 milyard dollar təşkil edib. Turizm gəlirləri də son dörd ildə ümumi hesabla 1,6 milyard dollar azalıb. Hesabat parlament seçkilərinə bir ay qalmış açıqlanıb. Bu seçkilər isə AKP, o cümlədən prezident Rəcəb Tayyip Ərdoğan üçün çox önəmlidir. Çünki seçkinin nəticələri onun mənsub olduğu partiyanın qələbəsinə gətirib çıxararsa, Türkiyə parlament sistemindən prezidentlik sisteminə keçəcək.
Belə bir vaxtda Türkiyənin aparıcı milliyyətçi müxalifət partiyası olan Milli Hərəkət Partiyası (MHP) da iqtisadiyyatla bağlı müzakirələrə qoşulub. Partiyanın rəhbəri Dövlət Baxçalı AKP hökumətini az gəlirli insanlar, işçilər və fermerlərə kifayət qədər kömək etmədiyinə görə tənqid edib. Onun iqtisadiyyatla bağlı verdiyi vədlərə minimum əmək haqqının artırılması daxildir. Hazırda xüsusi maraq predmetinə çevrilən CHP-nin hesabatını isə hakim partiya əsasssız sənəd adlandırır. Bəzi təhlilçilər müharibənin səbəb olduğu xərclərdə hökumətin günahlandırılmasını lüzumsuz sayır və rəqəmlərin şişirildiyini deyir. AKP siyasətçiləri CHP-nin qonşu ölkələrdə müharibələrin iqtisadi nəticələrinə görə hökumətin məsuliyyət daşıdığı haqda iddialarına sərt reaksiya veriblər. Onlar CHP-nin sədr müavini Faik Öztrakın prezident Ərdoğanın Suriya prezidenti Bəşər Əl-Əsədə qarşı düşmənçilik siyasəti yeridib üsyançıları ona qarşı mübarizədə dəstəkləməklə Suriyada vəziyyətin pisləşdiyinə dair tənqidlərini qəzəblə qarşılayıb. Fuat Öztrak isə Türkiyə xalqının prezident Ərdoğanın səhvlərini artıq anladığını deyib. Hələlik isə Türkiyədə Suriya və İraqda baş verən münaqişələrin ölkəyə uzun müddət üçün təsirləri ilə bağlı narahatlıqlar artmaqdadır. Təhlilçilər yerli hökumətlərin resurslarından istifadə edən iki miliyondan çox qaçqının yaratdığı sosial və iqtisadi problemlərə diqqət çəkməyə çalışır. Bu sayda qaçqının ölkədə mövcudluğu əmək bazarına öz təsirini göstərməklə yanaşı, əmək haqqı aşağı olduğu halda, ev kirayəsinin artması kimi problemlərin yaranmasına səbəb olur. Türkiyə rəsmilərinin məlumatına əsasən, qaçqınların sayı 1 milyon 600 mindən artıq təxmin edilsə də, qeyri-hökumət təşkilatları bu rəqəmin iki miliyondan çox olduğunu güman edir. hər halda, bütün bunlar Türkiyə üçün əlavə yük sayılır. Müxalifət isə parlament seçkiləri ərəfəsində yaranmış durumdan öz lehinə istifadə etməyə çalışır.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ