Bunu APA-ya Niderland Yəhudi Tarix muzeyinin həmsədri və maliyyəçisi, Avropa-Niderland iş adamları Assosiyasiyasının vitse-prezidenti, Benelüks ölkələri üzrə yəhudi lobbisinin rəhbəri Joel Fresko deyib.
O bildirib ki, bu gün Avropada Yaxın Şərqdə baş verən faciələr, Ukraynadakı hadisələr qızğın müzakirə olunur, Dağlıq Qarabağ münaqişəsinə isə səthi yanaşma mövcuddur: "Bizim üçün ermənilər tərəfindən Xocalıda törədilən qətliam İkinci Dünya müharibəsi zamanı yəhudilərə həyata keçirilən soyqırımı ilə eynidir. Ermənistan Dağlıq Qarabağda insanlığa sığmayan cinayətlər törədib və bunun cavabını verməlidir”.
Lobbi rəhbəri onu da deyib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporuna həmişə dəstək olmağa hazırdırlar.
"Əgər 10-15 il əvvəl Avropada Azərbaycanla bağlı yalnız məhdud dairədə və o qədər də xoş olmayan informasiyalar var idisə, artıq nəinki bütün avropalılar, hətta burada yaşayan etnik xalqların nümayəndələri Azərbaycandakı sivilizasiyanı dəyərləndirirlər. İndi Azərbaycan avropalıların, burada yaşayan xalqların daha səyahət etmək istədiyi ölkədir”.
Bunu APA-ya müsahibəsində Niderland Yəhudi Tarix muzeyinin həmsədri və maliyyəçisi, Avropa-Niderland iş adamları Assosiyasiyasının vitse-prezidenti, Benilüks ölkələri üzrə yəhudi lobbisinin rəhbəri Joel Fresko deyib.
O qeyd edib ki, Azərbaycanda keçirilən tədbirlər, beynəlxalq yarışlar ölkənin etibarlılığından xəbər verir: "Bu da insanların Azərbaycandakı dəyişikliyə olan marağından irəli gəlir. Artıq bir dəb halını alıb ki, nüfuzlu beynəlxalq yarışlar bu ölkədə keçirilir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə verilən qərar isə avropalıların bu ölkəyə sonsuz marağından irəli gəlir. Məndə olan məlumata görə, bu oyunları izləmək üçün minlərlə avropalı Azərbaycana gedəcək. Mən və bizim təşkilatların nümayəndələri də Azərbaycana getməyi planlaşdırırıq. Əminəm ki, bu oyunlar sizdə uğurlu keçəcək, çünki Azərbaycan qısa müddətdə keçdiyi yol bunu deməyə əsas verir”.
J. Fresko onu da deyib ki, Avropada Azərbaycanla bağlı düşüncələrin formalaşmasında Azərbaycan diasporu fəal rol oynayıb: "Əgər 10 il əvvəl burada avropalı siyasətçilər, iş adamları arasında Azərbaycanı tanımayanlara rast gəlmək mümkün idisə, artıq adi holland, belçikalı və digərləri Azərbaycan barədə xəbərdardır. Bu gün Azərbaycanın məruz qaldığı faciələrə, təcavüzə burada azərbaycanlılarla yanaşı avropalılar da biganə qalmır. Bu da təbii ki, diasporunuzun buradakı fəaliyyətinin nəticəsidir”.
Benilüks Azərbaycanlıları konqresi ilə əməkdaşlıq etdiklərini deyən yəhudi diaspor rəhbəri onu da bildirib ki, Azərbaycan diasporu burada elə bir səviyyəyə gəlib çatıb ki, artıq onun siyasi lobbi mərhələsinə keçmə zamanı yetişib: "Biz azərbaycanlılarla təcrübəmizi bölüşməyə daim hazırıq. Avropanın aparıcı siyasi partiyaları, parlamentləri bizimlə sıx əməkdaşlıq edir və biz bu əməkdaşlığı azərbaycanlılarla bölüşməyə hazırıq. Yəhudilərin bu sahədə min ildən artıq təcrübəsi var və biz azərbaycanlı dostlarımızın bu fəaliyyətdə olmasından məmnun olarıq. Çünki Avropada Azərbaycan diasporu bizim etibarlı dostumuzdur”.
Qeyd edək ki, "APA Holding” Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Sərhəddən kənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Avropanın bir neçə ölkəsində fəaliyyət göstərən azərbaycanlılarla görüşlər keçirilir.