şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Bir Azərbaycan gəncinin yazdırdığı uzun yazı...
Tarix: 07.05.2015 / 03:43
Bölmə: Siyasət
Avropanın, Qərbin Azərbaycana, türk dünyasına və ümumilikdə Şərqə münasibəti aşağılayıcıdır. Bunu hər zaman hiss etmişəm. Hiss etdiyim anda da bizi özlərindən aşağıda görənlərə yerini göstərməsini bacarmışam. Buna görə, təbii ki, sevilmirəm çox zaman. Onlar belə halları heç bağışlamazlar çünki. Aprelin 26-da Qazaxıstanda prezident seçkisini müşahidə etmək üçün ATƏT/DTİHB tərəfindən qısa müddətli missiyaya dəvət edilmişdim.
Çoxlu maraqlı müşahidələrim olmuşdu. Missiyanın davranış qaydalarını rəhbər tutaraq onlar haqqında yaza bilmirəm. Amma ümumi sözlərlə qeyd edirəm ki, əsasən Avropadan gələn müşahidəçilərdən bəzilərinin qazaxlara aşağı növdən insanlar kimi baxması diqqətimdən heç qaçmadı. Lakin mən də mənəm. Onlara gərəkli cavabı, bir qədər də sərt dildə, verməli oldum. Yəni adamlar tanımadıqları, bilmədikləri bir məmləkətin dos-doğru, saf insanlarını aşağı kateqoriyadan sanırdılar. Qazaxlarsa hər addımda bunun belə olmadığını göstərməyi bacardılar. Nə isə, bunları giriş olaraq yazdım ki, mayın 2-4-də Riqada (Latviya) keçirilmiş bir tədbirdən müşahidələrimə həm də dəxli var.
BMT-nin əsas strukturlarından olan UNESCO-nun dəvətlisi olaraq qeyd olunan günlərdə Riqada keçirilən 3 May Dünya Mətbuat Azadlığı Günü tədbirlərinə qatıldım. Bu gün mənim üçün özəl bir gündür. Bir zamanlar Azərbaycanda həmin günlə bağlı tədbirləri mən də təşkil edirdim. Hətta ötən il başçılıq etdiyim CASCFEN-in qurultayını da həmin gündə keçirmişdik.
Nə isə. UNESCO-nun tədbirləri mayın 3-4-nü əhatə edəcəkdi. Buna qədərsə mayın 2-də Riqadakı Stokholm İqtisadiyyat Məktəbində rusdilli media üçün yan tədbir təşkil edilmişdi. Biz də "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğluyla birlikdə o tədbirə qatıldıq. (Bu arada, tədbirə bir-birimizdən ayrı getmişdik, orda rastlaşdıq).
Tədbir elə ilk andan tək tərəfli olmasıyla diqqət çəkdi. Gündəmdə Azərbaycan da vardı. Çünki "Qafqaz bölgəsi üzrə siyasi təhlilçi, Azərbaycanda insan haqları və mətbuat azadlığı eksperti" kimi təqdim edilən Arzu Qeybullanın çıxışı vardı gündəlikdə. Özü də bu ad ora son anda əlavə edilmişdi. Çünki əvvəlki gündəliklərdə onun adını görməmişdik. Amma məsələ onda deyil.
Məsələ bundadır ki, bu gənc və sözün həqiqi mənasında Azərbaycan mediasından xəbərsiz xanım gözünü yumub ağzını açdı, nə açdı. Təmkinlə dinlədik. Bir Azərbaycan tablosu cızdı. Ölkəmizi həqiqi mənada tanımayanların gözlərinin önündə Şimali Koreya, yaxud Hitler Almaniyasını əməlli-başlı canlandırdı. Onun cızdığı Azərbaycan tablosuna inanılarsa, bu ölkədə heç bir azadlıqdan söhbət gedə bilməz. Həbsxanalar dolub-daşır, fərqli fikir söyləyənlər mütləq təqib edilir. Bir sözlə, bu ölkə dəhşətmiş.
İlk imkanda söz aldım. Cavab verdim. Dedim ki, bu gənc xanım, birincisi, Azərbaycanda yaşamır. İkincisi, Azərbaycan mediasında heç bir formada iştirakı olmayıb və yoxdur. Üçüncüsü də ümumiyyətlə ölkəylə düz-əməlli əlaqəsi də yoxdur. Belə bir adamı Azərbaycan mediası üzrə ekspert kimi necə təqdim edirsiniz? Bu suallarım moderator - New York Times şirkətinin vitse-prezidenti və baş müşavirinin köməkçisi Devid Makkrou tərəfindən bir qədər rişxəndlə qarşılandı. Maraqlıdır ki, zalın bizdən sağ tərəfindəki gənclər də eyni reaksiyanı verdilər. Yəni anladım ki, bizim fərqli mövqeyimizə qarşı əvvəlcədən köklənib bunlar.
Mənim fikrimi Hikmət Babaoğlunun çıxışına verilən reaksiya da təsdiqlədi. O, söz alıb Arzu Qeybulla adlı gəncin Türkiyədə yaşadığını, ermənilərin İstanbulda çıxan "Agos" qəzetində çalışdığını qeyd edərək dedi ki, bu şəxs necə Azərbaycan mediasının təmsilçisi kimi çıxış edə bilər? Bu sualı verər-verməz demokartiya beşiyi ABŞ-ın ən "öncül" ifadə azadlığı örnəyi olan qəzetinin təmsilçisi Makkrou ümumiyyətlə onun səsini kəsdi! Bəli, fikrini tamamlamağa belə imkan vermədi! Fərqli mövqeyin səslənməsinə izn verilmədi bu tədbirdə!
Arzu Qeybullanın bizim çıxışlarımıza reaksiyası qısa oldu: bunu da gözləyirdim.
Məlum Emin Milli də ordaydı və ona növbədənkənar söz verildi. O isə bizə təşəkkür etdi ki, "Azərbaycan hakimiyyətinin əsl simasını göstərdik".
Bu yan tədbirdən sonra hər ikimiz bu qənaətə gəldik ki, tək tərəfli müzakirə açanların məqsədi yenə də Azərbaycanı qaralamaqdan başqa bir şey deyil. Çünki burada fikir plüralizmi rəsmən yasaqlandı! Və bunu bizə demokratiya dərsi keçmək istəyənlər etdi! Təbii ki, sapı özümüzdən olan baltaların köməyilə!
Bunlar öz yerində.
Sonrakı 2 gün ərzində UNESCO-nun tədbiri keçirildi. Normal, yaxşı təşkil olunmuş tədbir idi. Hər şey əla idi. Saat kimi dəqiq, gülərüz personal, yüksək xidmət də öz yerində. Ümumiyyətlə isə, Latviya bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün hər şey etməyi bacardı.
Yeri gəlmişkən, UNESCO-nun bu qəbildən olan tədbirinə ilk dəfə 2004-cü ildə Serbiyada, Belqradda qatılmışdım. O dəfə məruzəçi idim. Bu dəfə isə sadəcə iştirakçı oldum.
İlk gün tədbir proqrama uyğun keçirildi. Heç bir qeyri-adi hadisə baş vermədi. Sakit, fərqli fikirlərə təmkinli yanaşma, hər kəsə danışmaq üçün imkan yaradılması bizim də ürəyimizcə oldu. Yəni adına uyğun oldu bu tədbir.
Mayın 4-də tədbirlər eyni axarda davam etdi. Amma nə sirdirsə, lap sonda gündəliyə dəxli olmadan konkret Xədicə İsmayıl mövzusu ortaya atıldı. "Жurnalistlər üçün rəqəmli təhlükəsizlik" mövzulu plenar iclasda Latviyalı aparıcı İlze Yaunalksene birbaşa Azərbaycandan, Xədicədən başladı və sözü onun müdafiəçilərindən olan Piter Nurlanderə verdi. Bu adam isə ümumilikdə Azərbaycanın repressiv obrazını cızdı, təbii ki, başqa heç kimin adını çəkmədən Xədicə İsmayıl üzərində qurdu çıxışını. Təmkinlə dinlədik və anladıq ki, bunların məqsədi iclası məhz bu məsələyə həsr etməklə diqqət cəlb etməkdir. Düzü, bir balaca səbrsizlik etsəydik, istədikləri alınacaqdı. Amma "ya səbr" deyib sonrasını gözlədik.
Nurlanderin bu çıxışı faktiki olaraq səsləndiyi anda unuduldu! Çünki heç bir müzakirəyə səbəb olmadı! Bəhreyndən olan və Azərbaycanla heç bir tanışlığı olmayan digər çıxışçının sadəcə müqayisə üçün ölkəmizin adını çəkməsindən başqa heç bir şəkildə bizimlə bağlı fikir səslənmədi. Heç sual verən də olmadı. Heç Xədicə kimdir, niyə Azərbaycan bu qədər "repressiv" ölkədir deyib soruşan da olmadı. Belə olduğu halda biz anladıq ki, bunların məqsədi bizim reaksiyamıza nail olmaqla ortalığı canlandırmaq imiş. Sonradan əldə etdiyimiz bilgilər də bunu təsdiq edir. Tvitterdə izlədiyim bəzi yazışmalarda "Azərbaycan hakimiyyəti nümayəndələri"nin Xədicə məsələsinə reaksiya verməməsindən təəssüf ifadə edilirdi...
Və bununla da tədbir sona çatdı.
Piter Nurlander
Bu şəxs Media Hüquq Müdafiə Təşəbbüsü adlı təşkilatın rəhbəridir. Buna qədərsə yolu Soros Fondundan və Article 19 adlı məlum təşkilatlardan keçib. Təbii ki, bu təşkilatların da Azərbaycana münasibətini nəzərə alsaq, Nurlanderin barıtı çox eləməsi bizi təəccübləndirməməlidir. Və təəccübləndirmədi də.
Arzu Qeybulla
Bu qıza acıdım doğrusu. Çünki ya bilərəkdən, ya da biməyərəkdən kimlərinsə əlində alətə çevrilib. Özü də çox təhlükəli alətə.
Hikmət Babaoğlu özünəməxsus təmkinlə fasilələrdən birində onu söhbətə dəvət etdi. Müşahidə etdim ki, bu qız bizə qarşı əməlli-başlı aqressivdir. Hikmət müəllim sakit bir tonda, normal bir dildə izah etməyə çalışdı ki, bu yanaşma doğru deyil. O isə bizə iradlarını sıralamağa başladı. Mənim mayın 2-də onun çıxışına verdiyim reaksiyanı burdan-bura Babaoğlunun adına yazdı. Adam çaşıb qaldı ki, belə bir fikir səsləndirməyib. Mən də izah etdim ki, o fikirlər mənə aid idi. Amma deyəsən inandıra bilmədik.
Rəhmətlik atası Qeybulla Qeybullayevi sayğıyla andıq, rəhmət dilədik. Qayıtdı ki, "mənim atam da həmişə fikirlərimlə razı olurdu". Düzü, "Ərdoğanın müşaviri olan bir adam ona qarşı qızının radikal çıxışlarıyla necə razılaşa bilərdi" kimi bir sual ünvanlamaq keçdi könlümdən, amma qızın aqressivliyini görüb bundan daşındım.
Arzu Qeybullanın naşılığını sadə bir örnəklə diqqətinə çatdırdım. Dedim ki, siz o məlum çıxışınıza bizim reaksiyamızdan sonra tvitterdə yazmısınız ki, "Yeni Azərbaycan" və "525-ci qəzet"in nümayəndələrinin reaksiyasına məruz qalmısınız. Axı bu tədbirdə "525-ci qəzet"dən kimsə yoxdur? Cavabı bu oldu ki, "bəs siz orda işləmirsiniz?" Sübut edə bilmədim ki, heç bir zaman o qəzetdə işləməmişəm. İnanmaq istəmədi sadəcə. Və dedim ki, sizin Azərbaycan mediası sahəsində naşılığınız elə burdan da görünür. Xoşuna gəlmədi, bir qədər də aqressivləşdi.
Onu da deyim ki, məni öz bloqunda artıq adımla "525-ci qəzet"in təmsilçisi kimi təqdim edir bu "ekspert": "Pro government journalists say all is good in Azerbaijan and then..."
Hikmət müəllimin bir böyük kimi, ədəb çərçivəsində fikirləri də xoşuna gəlmədi bu "Azərbaycan üzrə media eksperti"nin.
Bir zamanlar jurnalistlərin etiraz mitinqlərinin önündə getdiyimi, demək olar ki, bütün etiraz aksiyalarında aparıcı, təşkilatçı, ən pis halda iştirakçı olduğumu deməyim də onun işinə yaramadı. Çünki inandıra bilmədim...
8 il "Azadlıq" qəzetində işlədiyimi və əslində, bu qəzetdən başqa heç vaxt heç bir qəzetdə işləmədiyimi deməyim də onun təəccübünə səbəb oldu...
Belə anladım ki, bu qızın özünü hansısa səbəblərdən inandırdığı öz gerçəkləri, öz dünyası var...
Onun halına təkrar acıdım mən. Hikmət müəllimlə də söhbətimdə dedim. Bunun Azərbaycana, eyni zamanda Türkiyəyə çox böyük nifrəti var. Heç bir siyasi səbəbdən ola bilməz bu. Nəsə şəxsi məsələdir məncə. Ümumiyyətlə isə bu qızın Türklüyə, Türk millətinə nifrətini sezirəm çoxdandır. Örnək üçün deyim ki, 20 Yanvar, Xocalı, 31 Mart faciələrinin ildönümlərində onun paylaşımlarını izləmək yetər ki, bunun belə olduğuna əminlik yaransın. Ya bu faciələrin üstündən susaraq keçir, ya da yaxın çevrəsindəki erməni dostlarını kofe içməyə dəvət edir...
Və 24 aprel günü 104 yaşlı bir erməni qadınının erməni "qoyqırımı"ndan bəhs edən videosunu həvəslə paylaşır. Fərqinə varmadan ki, həmin qadının sözügedən 1915-ci ildə cəmi 4 yaşı olub və inadla söylədikləri heç də uşaq yaddaşının məhsuluna bənzəmir: "Memories of an Armenian Massacre".
Yeri gəlmişkən, Arzunun ən yaxın çevrəsindəkilər əsasən ermənilər və Azərbaycana qarşı məqsədli şəkildə köklənənlərdir. İstəyənlər buyurub bir müddət izləsinlər, bunun belə olduğunu görəcəklər. Sirri nədir bunun, anlamıram doğrusu...
Lap deyək ki, Azərbaycanda doğrudan da insan haqları problemləri var. Lap doğrudan da sən bu problemlərə qarşı mübarizə aparırsan. Sözüm yox. Amma bu iş üçün ermənilərlə eyni sırada yer tutmağı hara yozaq?...
Yaxud, əgər doğrudan da "Qafqaz üzrə təhlilçi"sənsə çıxışlarının birində də Ermənistanda insan haqları problemlərindən niyə danışmırsan? Bu da maraqlı sualdır. Di gəl ki, hələ bir ağlabatan cavab yoxdur ortalıqda...
Bu Arzuya çox tövsiyə edərdim ki, düşünmək üçün Maksim Qorkinin "İzergil qarı"sındakı "Larra haqqında əfsanə"ni oxusun. Çünki bir Azərbaycanlı olaraq onun taleyinə qətiyyən biganə deyiləm. Onun qurtuluşunu arzu edirəm...
Riqa
Bu şəhər çox xoşuma gəldi. Amma Bakıyla heç bir formada müqayisə edilə bilməz. Şəhərin ən azından mən gördüyüm hissəsində yenilikdən əsər-əlamət yoxdur! Yolları da ürəkaçan durumda deyil. Bununla belə qaldığım Bellevue Park Hotel Rigadakı xidmətin yüksək səviyyəsini də ayrıca qeyd etmək istərdim.
Ölkə Prezidenti Andris Berzinşin tədbir iştirakçılarının şərəfinə təşkil etdiyi qəbul üçün seçilmiş Dəmiryol Muzeyi isə kənardan sadəcə adi bir binanı xatırladır. Elə içi də çölü kimidir. Yəni hiss olunur ki, bu ölkə Avropanın bir parçası olsa da iqtisadi problemlərini, Azərbaycandan fərqli olaraq, hələ ki, həll edə bilməyib...
Borispol (Kiyev) hava limanı
Ukraynada ilk və son dəfə 2004-cü ilin "narıncı inqilabı" zamanı olmuşdum. Sevmişdim bu ölkəni. İndi də Ukrayna üçün ürək yandırıram. Amma bu dəfə üzüldüm. Çünki tranzit yolçu olaraq hava limanının içində belə əli silahlı əsgərlərin sərnişinləri yoxlamasını görmək heç də xoş bir səhnə deyildi. Harda qaldı o sabit, sakit Ukrayna? Əsər-əlamət belə yoxdur. Ölkə iç savaşa sürüklənib. Arzu kimi naşı gənclərin sayəsində. Bəli, məhz bu cür gəncləri cəlb edən mərkəzlər onların əlilə ölkələri qarışdırmağa çalışır. Azərbaycan kimi iç güvənliyi və daxili sabitliyi olan ölkələr bunun qarşısında duruş gətirə bilir. Gürcüstan və Ukrayna kimi Qərbin demokratiya kökəsinə aldananlar isə torpaq itkisi və iç savaşla üz-üzə qalırlar...
Bakı
Gecə saat 1-ə qalmış uçağımız Bakı üzərində pərvaz edib eniş zolağına yönəldi. Gözəl bir mənzərə seyr etdim. Hər tərəf alışıb yanır. Bakı o qaranlıq içərisində göz oxşayır. Möhtəşəm mənzərədir. Həm də qürurvericidir. O anlarda mart ayında Bakıda ilk dəfə qonağımız olmuş üç qazaxıstanlı xanımın təəssüratı yadıma düşdü. Onların rəhbəri Bakı hava limanına enən kimi Facebook-da bu sözləri yazmışdı: "Noçnoy qorod nezemnoy krasotı". Gündüz gördükləri Bakını isə hələ də öyməklə doymurlar onlar. Bəli, Bakı haqqında ilk təəssürat budur. Arzuların Qərbdə yaratmağa çalışdığı təəssürat isə bunun əksinə yönəlikdir...
Və sonda: Qərbin demokratiya, insan haqları oyunlarına aldananlar, alət olanlar unutmasınlar ki, biz onlara elə alət kimi də lazımıq. İstifadə edəcəklər, sonra da bir kənara tullayacaqlar. Hər zaman da bizə yuxarıdan aşağı baxacaqlar. Yuxarıda qeyd etdiyim Qazaxıstan olayı buna ən yaxşı örnəkdir...
Azər Həsrət,
[email protected]
DİGƏR XƏBƏRLƏR
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
Tarix: 27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ