şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Demonokratiyanın siması
Tarix: 07.05.2015 / 03:10
Bölmə: Siyasət
I Avropa Oyunları ərəfəsində növbəti total anti - Azərbaycan kampaniyasına start veriləcəyi gözlənilən idi. Bunun əksini düşünmək, zənnimcə, sadəlöhvlük olardı. Təsəvvür edin, müstəqilliyimizin ilk illərindən hər addımımızı təftiş edən, üzərimizə yürümək üçün ən kiçik bir imkandan yararlanmağa çalışan və bunun üçün çeşidli bəhanələr axtaran, erməni işğalına, terrora, soyqırımına, bir milyon insanın ayaqlar altına atılmış hüquq və azadlıqlarına kor olub, 3-5 nəfər satqının, nanəcibin, ayağısürüşkənin, qatilin, potensial terrorçunun... müdafiəsinə qalxan dövlətlərin ofşor beynəlxalq təşkilatları I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini alqışlayırlar... Bu hadisəni idman bayramı adlandırır, sülhə, əminamanlığa, əməkdaşlığa yol açacağını bildirirlər...
İnandınızmı?
Artıq dünyada belə nağıllara kimsəni inandırmaq mümkün deyil. Bu, İraqa, Liviyaya, Suriyaya... raket başlıqlarında ölüm deyil, həyat daşındığına inanılacaq qədər imkansızdır...
Qan və istila
...Ayrı-ayrı güclərin, ofşor beynəlxalq təşkilatların Azərbaycana düşmən kəsildiklərini faktlarla sadalayanda, əks qütbdə dayanıb hələ də Qərbin "demokratiya" haqqında nağıllarına sadəlöhvcəsinə inananlar, yaxud inanmaqla görəvləndirilənlər dünyada və regionda baş verən proseslərin, qan və istila qoxuyan strateji hədəflərin fərqinə varmadan bəsit bir sualla çıxış edirlər: Azərbaycandan nə istəyirlər? Yaxud, torpaqlarının 20 faizi işğal altında olan 10 milyonluq bir ölkə dünyanı idarə edən güclərə və onların ayaqlarına bağladıqları ofşor köpəklərinə nə edib? Və dərhal "Rusiya" arqumenti çıxır ortalığa... Gözü ayaqlarının altından o tərəfi görməyən bu taxtabaşlar üçün sadəcə 2 qütb və bu qütblər arasında manevr etmək imkanları var, vəssalam. Amma qafaları talada oturacaq yerinə istifadə olunmağa belə yaramayan bu kötükbeyinlər Rusiya ilə bağlı reallıqların ortalıqda olduğunu hətta reflektiv olaraq qəbul etmək istəmirlər.
Rusiya ilə bağlı məsələ aydındı. Bu ölkə Azərbaycan torpaqlarının işğalı prosesində Ermənistana hərtərəfli dəstək verib, işğalçı dövlətin hərbi-siyasi müttəfiqdir, Ermənistanı özünün forpostu hesab edir və bu ölkədə öz hərbi bazasını saxlayır. Bəs qarşı tərəfdəkilər?
1. İşğala məruz qalan ölkəyə yardımları məhdudlaşdıran 907-ci Düzəlişi hələ də qüvvədə saxlayırlar.
2. Ermənistana və işğal altında olan Azərbaycan torpaqlarındakı marionet-separatçı rejimə maddi və siyasi dəstək verirlər.
3. İşğal altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi istiqamətində heç bir addım atmır, əksinə, bütün vasitələrlə mövcud status-kvonun qorunub saxlanmasına, Azərbaycanın təslimçi sülhə sövq edilməsinə, Azərbaycan xalqının müqavimətinin qırılmasına cəhd göstərirlər.
4. Ermənistanda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, dövlətin yüksək vəzifəli şəxslərinə qarşı həyata keçirilən terror aksiyalarına, dinc əhalinin gülləbaran edilməsinə, prezidentliyə namizədin güllələnməsinə... göz yumur, Azərbaycanda isə ailə-məişət zəminində baş verən hadisələri belə insan hüquq və azadlıqlarını məhdudlaşdıran müdhiş faktlar kimi qələmə verməkdən çəkinmirlər.
5. Ukraynada baş verən hadisələrlə bağlı Rusiya kimi güc mərkəzinə, nüvə dövlətinə sanksiyalar tətbiq edir, bir qərinəlik erməni işğalına münasibətdə isə nəinki analoji addımlar atmır, əksinə, təcavüzkarı himayə edir, stimullaşdırır, işğalın davam etməsi üçün əllərindən gələni əsirgəmirlər.
6. Azərbaycan torpaqlarını işğal altında saxladığına görə beynəlxalq hüququn təməl prinsiplərindən və BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərindən çıxış edərək Ermənistanla sərhədlərini rəmzi olaraq bağlı saxlayan Türkiyəyə qarşı müxtəlif təhdidlərə əl atır, sərhədlərin açılması üçün ardıcıl və kampaniya xarakterli addımlar atırlar.
7. "Dağlıq Qarabağdakı ermənilərin azərbaycanlılarla birgə yaşamasının mümkünsüzlüyü" barədə erməni təbliğatının əsas şüarını həqiqət kimi təqdim etmək üçün total kampaniya aparır, Azərbaycan dövlətinə və xalqına qara yaxmaq üçün yarışa çıxırlar...
Bu siyahını sonsuza qədər uzatmaq olar. Sadəcə buna ehtiyac duymuram. Onsuz da anlamaq istəyən üçün bir işarə də yetərlidir, istəməyən isə onsuz da anlamayacaq.
Presedent texnologiyası
Azərbaycanda gerçəkləşdirilən mühüm beynəlxalq tədbirlər öncəsi ölkəmizə qarşı aparılan total qarayaxma kampaniyası isə, əsasən yuxarıda sadaladıqlarımın son müddəasını sübuta yetirmək, "Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması" ilə bağlı beynəlxalq ictimai rəy yaratmaqla ölkəmizin mövqelərini zəiflətmək, Qarabağın Azərbaycandan qopardılması üçün əlverişli zəmin hazırlamaqdan ibarətdir. Biz artıq bu prosesi "Avroviziya" müsabiqəsi zamanı yaşamışıq. Təcrübəmiz və immunitetimiz var. Beynəlxalq tədbirlər zamanı dünyanın diqqəti, adətən belə tədbirlərin həyata keçirildiyi ölkələrdə olur. Azərbaycanı sevməyən dairələr, şübhəsiz ki, bu məqamı xüsusi diqqətə alır. Belə vəziyyətlərdə əks-təbliğat üçün böyük vəsaitlər xərcləməyə, imitasiya xarakterli addımlar atmağa ehtiyac qalmır. "Fitil"in yandırılması üçün bir qığılcım yetərli olur. Müxtəlif ölkələrdə kompakt və idarə olunan şəkildə sınaqdan keçirilən səhnələrin daha geniş miqyasda tətbiq olunması üçün əlverişli imkan yaranır. Əks təqdirdə, siyasi texnologiyaların sınaqdan keçirilməsi üçün xərclənən vəsaitlər boşa getmiş olardı... Mənzərə aydın olsun deyə, konkret nümunələrə müraciət edək:
2013-cü ildə Böyük Britaniyanın Enniskillen şəhərində "G8"-in zirvə toplantısı keçirilir. Toplantı öncəsi Enniskillen. London, Belfast və digər şəhərlərdə sammit əleyhinə kütləvi etiraz aksiyaları gerçəkləşdirilir. Azacıq vaxt sərf edib araşdırma apardıqda bəlli olur ki, aksiyaların təşkilatçıları əsasən ABŞ, Britaniya və digər ölkələrin dövlət qurumlarının maliyyələşdirdiyi fondlardan dəstək alan qeyri-hökumət təşkilatlarıdır... Əcəba, bəs bu dövlətlər hansı səbəbdən öz tədbirlərinə qarşı etiraz aksiyalarının təşkili üçün maliyyə vəsaiti ayırırlar? Cavabı çox sadədir: Presedent yaratmaq, daha geniş miqyasda tətbiq olunacaq siyasi texnologiyaları sınaqdan keçirmək və sadəlöhvləri "fışqıran" demokratiyaya inandırmaq üçün...
Həmin o Kerri...
...Qayıdaq I Avropa Oyunlarına.
Bu mühüm idman hadisəsinin Azərbaycanda keçirilməsi ilə bağlı qərar elan olunduqdan dərhal sonra para qoxusu alan ənənəvi nüfuz müvəkkilləri, Ermənistanla, erməni diaspor təşkilatlarının himayə etdiyi təşkilatlarla əlaqədə olan qrant dəllalları hərəkətə keçib ofşor beynəlxalq təşkilatları "layihə" yağmuruna tutmuşdular. Ekologiyadan başlamış insan hüquq və azadlıqlarının "müdafiəsi"nədək bütün planlar cızılmışdı. Layihə sifarişlərinin minimum məbləği 100 min avronu, yaxud bu rəqəmin ABŞ dolları ilə ekvivalentini ötürdü. Bəziləri hətta daha uzağa gedərək, oyunlarda iştirak edəcək və Ermənistanın "sülhsevər" obrazının yaradılması missiyası ilə görəvləndirilmiş erməni idmançılarla görüşlər keçirmək, onlarla həmrəylik nümayiş etdirmək həvəsinə düşmüşdülər. Bakıda "Hrant Dink" və "Gəzi olayları"na bənzər proseslərin stimullaşdırılması da göz önünə alınmışdı... Amma baş tutmadı...
Planların öncədən ifşası "memar"ları və "mühəndis"ləri əməllicə qəzəbləndirdi. İflasın qarşısını almaq, ən azından bu prosesdən minimum itkilərlə sıyrılmaq üçün əsas fiqurlar "oyun meydanı"na atıldılar. Və ABŞ dövlər katibi Con Kerriyə ünvanlanan müraciətlə bəlli səbəblərdən açıqlanmayan bütün məqamlar gün işığına çıxdı...
Nə üçün Con Kerri? Maraqlıdır, ABŞ kimi superdövlətdə kifayət qədər yüksək vəzifə tutan, haqqında Vyetnam müharibəsində iştirakı və göstərdiyi "qəhrəmanlıqlar"la bağlı çoxsaylı mübahisəli faktlar olan Kerrinin Azərbaycana qarşı qərəzinin səbəbi nədir? Şübhəsiz ki, Azərbaycandan heç kim onun Vyetnam müharibəsində yaralanmadığını iddia etməyib və məhz bu səbəbdən ona təqdim olunmuş "Al ürək" (Purple Heart) medalını geriyə qaytarmalı olduğu barədə məsələ qaldırmayıb. Bütün bu hadisələr ABŞ-ın yüksək hərbi dairələrində baş verib. Və Kerriyə qarşı ittihamlarla çıxış edənlər də onun cəbhə yoldaşları olub.
Amma nəzərə alsaq ki, Kerrinin siyasi karyerası Kaliforniyadan sonra ən çox erməninin yaşadığı Massaçusets ştatından başlayır və erməni diasporunun nümayəndələri bu ştatda böyük maliyyə imkanlarına malikdir, o zaman ABŞ dövlət katibinin Azərbaycana olan "sevgi"sinin haradan qaynaqlandığını başa düşmək olar.
Bu "sevgi" 1990-cı il yanvarın 18-də ABŞ Konqresinin, Kerri də daxil olmaqla, 4 üzvü tərəfindən Mixail Qorbaçova ünvanlanan müraciətdə də özünü büruzə verir. Müraciətdə azərbaycanlılardan ibarət qruplar tərəfindən Azərbaycanda erməni əhalinin qətlə yetirilməsi, Bakının erməni əhalisinin əmlakının qarət edilməsindən ciddi narahatlıq ifadə olunur: "Ümid edirik ki, Siz həmçinin bir çox amerikalı və digər əcnəbilərin işləməyə davam etdiyi zəlzələ zonasında Qarabağ və Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız. Azərbaycan əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 min Dağlıq Qarabağaermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60%-ni təşkil edən Dağlıq Qarabağ ermənilərinin iqtisadi diskriminasiyasına nail olub. Biz Sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz".
Con Kerri Massaçusets ştatından senator olduğu 28 il ərzində hər zaman ermənilərin və Ermənistanın yanında olub (Massaçusets ABŞ-da rəsmi Vaşinqtonu Dağlıq Qarabağı tanımağa çağıran qətnamə qəbul etmiş yeganə ştatdır).
Kerri işğala məruz qalan Azərbaycana yardımları məhdudlaşdıran məşhur 907-ci Düzəlişin müəlliflərindən biridir.
Məhz Kerrinin sayəsində ABŞ Senatında Ermənistana bu ölkənin daimi ticarət tərəfdaşı statusu verən 1557 saylı qətnamə qəbul olunub. Bu xidmətlərinə görə ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANKA) Con Kerrinin "erməni xalqı qarşısındakı 30 illik xidmətlərini nəzərə alaraq" 2004-cü ildə keçirilən prezident seçkilərində onun namizədliyini müdafiə edib.
ABŞ dövlət katibinin tərcümeyi-halında nəzərə çarpan ən maraqlı məqamlardan biri onun İrana silah satışı ilə bağlı 1985-ci ildə Senatda başladığı araşdırma ilə bağlıdır. Tarixə "İranqeyt" adı ilə düşən bu qalmaqallı olayın iştirakçılarından birinin adının Kerriyə ünvanlanan məlum müraciətdə ön sırada yer alması olduqca maraq doğurur. "Azərbaycanın cəzalandırılması" üçün Con Kerriyə ünvanlanan müraciəti imzalayan Elliot Abrams 1985-ci ildə, qadağalara baxmayaraq, İrana silah satışında iştirak etdiyi üçün mühakimə olunub. Kerrinin ona münasibətdə humanist davranışı və ata Buşun səyi nəticəsində Elliot Abrams haqqında çıxarılan hökm ləğv edilir. Göründüyü kimi, cənab Abrams Kerrinin 30 il öncə nümayiş etdirdiyi humanist davranışın qarşılığını verməyə çalışır.
Kerriyə ünvanlanan müraciəti imzalayan şəxslərin bir çoxu haqqında Azərbaycan mediasında bu günədək kifayət qədər məlumat yayılıb. Bu səbəbdən, yuxarıda söz açdığım "gerçəkləşməyən layihələr"lə bağlı olan şəxslərin personasına diqqət çəkməyə çalışacağam:
Morton Abramoviç - ABŞ-ın Türkiyə və Tailanddakı sabiq səfiri, Karnegi Fondunun və NED-in sabiq sədri və ən əsası "Gəzi parkı olayları" və Türkiyə-Ermənistan protokolları layihələrinin ideoloji atası və dəstəkçisi.
Erik Çenovet - "Narıncı" inqilabların tədqiqatçısı və nəzəriyyəçisi. Gürcüstanda və Ukraynada həyata keçirilən layihələrdə fəal şəkildə iştirak edib.
Məlum müraciətə imza atan digər şəxslərin, məsələn, "Foreign policy" (Xarici siyasət) jurnalına yazdığı məqalələrdə Azərbaycanı "anti - Ermənistan təbliğatı" aparmaqda suçlayan Ələkbər Raufoğlu kimilərin üzərində dayanmayacağam. Onsuz da hər şey göz qabağındadır. Görmək istəyənlər görə, görmək istəməyənlər isə, daha öncə də qeyd etdiyim kimi, talada kötük funksiyasını yerinə yetirə bilərlər. Hər kəs seçimini özü edir. Bizim seçimimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün təmin olunması, inkişafı və rifahıdır. Bu yolda Tanrı yardımçımız olsun!
Tanrı Azərbaycanı qorusun!
DİGƏR XƏBƏRLƏR
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
Tarix: 27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ