şənbə günü, 28 noyabr 2026
     

Azərbaycanın "Cənub Qaz Dəhlizi" bütün Avrasiyanın enerji çəkişmələrinin başında...

Image


Şimal qonşumuzun xüsusi diqqət mərkəzində olan "Türk axını" qaz kəmərinin inşası, belə görünür ki, heç də nəzərdə tutulduğu vaxtda reallaşmayacaq. Bu isə Kremlin Avropa ilə bağlı enerji planlarının həyata keçməsini ciddi sual altına alır. Proseslərin gedişindən belə bəlli olur ki, "Türk axını" qaz kəməri ilə bağlı Moskva və Ankara arasında hələ də müəyyən fikir ayrılıqları hökm sürməkdədir.
Bu fikir ayrılıqlarının nə zaman aradan qaldıralacğı isə hələ dəqiq bəlli deyil.
Baş verənlərlə bağlı "Kommersant" qəzetinin yazdığına görə,
"Türk axını" qaz kəmərinin çəkilişi Rusiyanın "Qazprom" və Türkiyənin BOTAŞ dövlət şirkəti arasında uzun çəkən danışıqlar ucbatından ləngiyir. Nəşr qeyd edir ki, danışıqlar ay yarımdan çoxdur ki, çıxılmaz vəziyyətdədir və tərəflər bir-birinin səbrini sınayır: "Qazprom" borudüzən gəmilərinin dayanması ucbatından artıq bir neçə yüz milyon avro zərər görüb, türk şirkəti isə tərəflərin razılaşdıqları qaza ediləcək endirimi tətbiq edə bilmir. Çünki yekun razılıq yoxdur və buna görə Türkiyə rus qazını baha almağa məcburdur. Hazırda Türkiyə Rusiya qazının min kubunu 370 dollara alır". Yeni razılaşmanı ləngidən əlavə məqam isə siyasi amildir, daha dəqiq, Vladimir Putinin Ermənistana səfəri zamanı "erməni soyqırımı" qurbanlarının xatirəsinə verdiyi bəyanatdır. Ankara bu bəyanatı sərt şəkildə şərh edib.
Bundan başqa, Avropa və Rusiya arasında olan fikir ayrılığı da "Türk axını" üçün ciddi problem hesab edilir. İqtisadçı-ekspert İlham Şaban da vurğulayır ki, "Türk axını"nın gecikməsinin əsas səbəbi Avropa Birliyi ilə Rusiya arasında olan hazırkı dumanlı vəziyyətdir. Ekspertin sözlərinə görə, ruslar izi azdırmaq üçün Türkiyənin qaz endirimləri məsələsini, hətta "erməni genosidi" məsələsini də boru kəmərinin çəkilişinin yubadılması ilə əlaqələndirirlər: "Bu, sadəcə, gözdən pərdə asmaqdır. Avropa Komissiyası "Qazprom"a qarşı bir antimonopol iddiası qaldırıb və indi də "Türk axını"na qarşı belə bir iddiada bulunmaqdadır. Niyəsi isə budur ki, Ukrayna üzərindən ildən-ilə Rusiya qazının tranziti azalır. Təkcə ötən il onun nəqli 79 milyard kub metrdən 62 milyard kub metrə qədər enib. Avropa Komissiyası hesab edir ki, 2019-cu ilə qədər rus qazının tranziti 50 milyard kub metrə qədər enə bilər. 2007-ci ildə isə bu həcm 120 milyard kubmetrə qədər idi. Yəni Ukraynanın qaz nəqletmə sistemi 2019-cu ildən sonra tamamilə Rusiya qazının təhlükəsiz və stabil daşınması üçün yetərlidir. Belə olan halda Rusiyanın marşrutu dəyişməsi, yeni kapital xərclərinə getməsi, Avropadakı ölkələrin də yeni xərclərə salınması, onilliklər boyu ənənəvi qaz alıcılarına yeni şərtlərin diqtə edilməsi sadəcə siyasi ambisiyalardan doğan bir istəkdir. Bu isə Avropa Birliyinin prinsiplərinə ziddir".
Rusiyanın "Türk axını" ilə problemlər yaşadığı bir vaxtda Qərb Azərbaycan qazını Avropaya çatdıracaq TANAP layihəsinin reallaşması istiqamətdə aktiv fəaliyyət göstərməkdədir. Proseslər göstərir ki, türkmən qazının TANAP-a qoşulması da mütləq şəkildə reallaşacaq. Avropa Komissiyanın vitse-prezidenti Maroş Şevtsoviç "Reuters"ə müsahibəsində yenidən bu mövzuya toxunaraq bildirib ki, Rusiyanın enerji daşıyıcılarından asılılığını azaltmağa çalışan Avropa Birliyi 2019-cu ildən etibarən Türkmənistandan qaz tədarükünə başlamaq niyyətindədir: "Türkmənistanın satdığı qazın diversifikayası vacib olduğu qədər, Avropa Birliyinə də qaz idxalının diversifikasiyası vacibdir. Biz bir-birimizi gözəl başa düşürük. Avropa 2019-cu ildən etibarən Türkmənistan qazını tədarük etmək niyyətindədir". Vitse-prezident qeyd edib ki, mayın 1-də Aşqabadda baş tutan dördtərəfli görüşdə müzakirələr zamanı Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa Birliyi Türkmənistan qazının Avropaya çatdırılması ilə bağlı bütün məsələləri müzakirə edib":Biz bu formatda "Transxəzər" qaz kəmərinə aid olan bütün aspektləri müzakirə etdik. Biz strateji istiqamətdə çox böyük addım atdıq və hər şey müsbətə doğru gedir". Şevtsoviç indiyə qədər Azərbaycan və Türkmənistan arasında olan Xəzərlə bağlı problemlərin də aradan qalxacağına işarə vurub":İndi siyasi qərar var ki, Türkmənistan Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olacaq və Avropanı təchiz edəcək. Tərəflər "Transxəzər" kəməri üzrə işçi qrup yaratdı. Bura energetika nazirlərinin müavinləri və Xarici İşlər nazirliklərinin ekspertləri daxil olacaq".
M.Şevtsoviç bildirib ki, 2019 və 2020-ci illərdə Azərbaycandan Avropanın sərhədlərinə qədər olan qaz kəmərləri tikilib başa çatacaq: "Türkmənistan bu əməkdaşlığın mühüm hissəsi olacaq. Biz Türkmənistan- Türkiyə-Azərbaycan-Avropa Birliyi formatında işləməyə razılaşdıq. Gələcəkdə danışıqlara Gürcüstan da dəvət olunacaq. Çünki Cənub Qaz Dəhlizi nöqteyi-nəzərindən bu ölkə əhəmiyyətli tranzit ölkədir". Vitse-prezident "Transxəzər" layihəsindən narahat olan Rusiya və İranın dənizin ekoloji çirklənməsi haqda əsaslarına da münasibət bildirib":Avropa Birliyi Dünya Bankı ilə əməkdaşlıqda layihənin ekoloji ekspertizasını maliyyələşdirdi. Ekoloji nöqteyi-nəzərdən etibarlı texnologiyalar var".
Qeyd edək ki, ötən il Türkmənistan Türkiyənin təklifilə TANAP-a qoşulmaq üçün çərçivə razılaşmasını imzalayıb. Türkmən qazının Cənub Qaz Dəhlizi layihəsinə qoşulması və Azərbaycan qazı ilə birgə Avropa bazarına çıxışı bazarda inhisarçılığı aradan qaldıra bilər. Rusiya isə buna qarşı çıxır və əsas kimi layihənin Xəzərdə ekoloji çirklənməyə səbəb olacağını göstərir. Lakin belə görünür ki, Qərb Rusiyanın bu iddialarına birmənalı şəkildə son qoymaqda israrlıdır.
Əvəzində Qərb həm də Azərbaycandan aldığı qazın miqdarının artmasına xüsusi maraq göstərir.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ