Fransa Rusiya üçün inşa edilən ancaq sanksiyalara görə, təhvil verilməyən iki Mistral tipli vertolyot gəmisini dənizdə batıra bilər.
Baki-xeber.com xəbər verir ki bu barədə Fransanın "Le Figaro” qəzeti yazıb. Qəzet yazır ki, Rusiya üçün inşa edilən iki Mistral tipli vertolyot gəmisi, müqavilə ləğv ediləcəyi halda Fransa tərəfindən açıq dənizdə batırıla bilər: "Paris vertolyot gəmilərinin məhv edilməsi ehtimalını qiymətləndirir. Mistral gəmiləri ya söküləcək, ya da açıq dənizdə batırılacaq”.