şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Qarabağ münaqişəsi regional və beynəlxalq təşkilatların sənədlərində
Tarix: 06.05.2015 / 03:16
Bölmə: Siyasət
Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəblərindən biri də regional və beynəlxalq maraqlarla bağlıdır. Birinci növbədə ABŞ və Rusiyanın bir-birinə zidd maraqları, bəzi beynəlxalq təşkilatların tərəfsiz olmaması, bəzi region ölkələrinin də müəyyən maraqları müsbət nəticənin əldə olunmasına imkan vermir. Münaqişənin mahiyyəti ilk baxışdan göz önündədir:
Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal olunub və bu işğalın nəticələri aradan qaldırılmalıdır. Bunun üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və digər beynəlxalq hüquq normaları əsasında addımlar atılmalıdır. Amma atılmır. Nə üçün? Çünki ayrı-ayrı dövlətlərin maraqları buna imkan vermir
Sovet rəhbərliyi, sonra isə SSRİ-nin varisi kimi Rusiya münaqişədən regionu nəzarətdə saxlamaq üçün istifadə etdi və etməkdədir. Sovet rəhbərliyindən ilk olaraq siyasi büro üzvlüyünə namizəd, mərkəzi komitənin katibi G.Razumovski 1988-ci il fevralın 22-də bölgəyə gəldi, Xankəndində görüşlər keçirdi. Bundan sonra dəfələrlə səfərlər oldu, Sovet rəhbərliyi səviyyəsində qərarlar qəbul olundu. Bu görüşlərin və sənədlərin hamısında Dağlıq Qarabağ ermənilərinin guya iqtisadi, mədəni, sosial problemlərinin olduğu qabardılır, bu problemlərin aradan qaldırılması üçün təkliflər verilir, lakin məsələnin mahiyyəti düzgün açılmır, münaqişənin qarşısının alınması üçün real addımlar atılmırdı.
Rusiya prezdenti Boris Yeltsin və Qazaxıstan prezdenti Nursultan Nazarbayev 1991-ci ilin sentyabrında ilk ciddi vasitəçilik cəhdi etdilər. Onların təşəbbüsü ilə sentyabrın 24-də Şimali Qafqazın Жeleznovodsk şəhəri yaxınlığında Azərbaycan, Ermənistan, Rusiya və Qazaxıstan prezdentlərinin görüşü oldu, birgə sənəd qəbul olundu. Lakin Ermənistan razılaşmaların heç birini yerinə yetirmədi, üstəlik də Ermənistanın tərəfindən Azərbaycanın dövlət adamları, rusiyalı və qazaxıstanlı vasitəçilərin uçduğu helikopterin az sonra, noyabrın 20-də vurulması vasitəçilik missiyasını xeyli müddətə dayandırdı.
ABŞ münaqişənin ilk günlərindən birmənalı şəkildə Ermənistanın tərəfini tutdu, Dağlıq Qarabağdakı hərəkətlərə bəraət qazandırdı. Aydın görünür ki, ABŞ bu hadisələrə SSRİ-nin dağıdılması üçün vasitə kimi baxırdı. ABŞ rəhbərliyi hələ dünyanın münaqişə ilə bağlı heç bir məlumatının və reaksiyasının olmadığı dövrdə ilk sənədlərini qəbul etdi. ABŞ Senatı 1989-cu il iyulun 19-da Dağlıq Qarabağda vəziyyətə dair ilk qətnaməsini qəbul etdi. ABŞ Senatının xarici əlaqələr komitəsi 1989-cu il noyabrın 17-də qərar qəbul etdi, 1991-ci il iyulun 26-da isə ABŞ Senatı 2-ci qətnaməsini qəbul etdi. Bu sənədlərdə ermənilərin hərəkətləri müdafiə olunur, Azərbaycan ermənilərin hüquqlarını pozmaqda ittiham olunurdu. ABŞ rəhbərliyinin mövqeyini tam şəkildə əks etdirən sənəd 1992-ci il oktyabrın 24-də qəbul edildi. ABŞ Konqresi həmin tarixdə "Azadlığın müdafiəsi Aktı" deyilən sənədi və dərhal da həmin sənədə "907-ci Düzəlişi" qəbul etdi. Bu sənədlə keçmiş SSRİ-nin 11 respublikasına yardım göstərilməsi nəzərdə tutulur, "907-ci Düzəliş"lə isə Azərbaycan bu yardımdan məhrum edilirdi. Yardımın göstərilməməsi üçün səbəb kimi Azərbaycanın guya Ermənistanı və Dağlıq Qarabağı "blokada"da saxlaması, onlara zor tətbiq etməsi vurğulanırdı.
Münaqişənin ilk illərində (1988-1991-ci illər) Türkiyə və İran nisbətən tərəfsiz mövqe tutur, tərəfləri qıcıqlandırmamağa çalışır, hadisələrin gedişinə açıq müdaxilə etmirdilər. Bu, görünür, həm də SSRİ-nin hələ formal da olsa qalması ilə bağlı idi. Hər halda, Türkiyə və İranın konkret təşəbbüsləri ilə bağlı məlumat yoxdur.
İlk üç il ərzində, 1988-1991-ci illərdə ermənilər istəklərinin xeyli hissəsinə nail olurlar. Ermənistanın 185 azərbaycanlı kəndindən 250 mindən artıq azərbaycanlı zorla çıxarılır, bu vaxt 217 nəfər vəhşiliklə öldürülür. Dağlıq Qarabağda isə ermənilər nəzarəti əsasən ələ alırlar.
Dağlıq Qarabağ münaqişəsi 1992-1994-cü illərdə beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin ciddi fəaliyyət subyektinə çevrilir. ATƏT 1992-ci il yanvarın 31-də, Avropa Şurası Parlament Assambleyası 1992-ci il fevralın 5-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk qətnamələrini qəbul etdi. Bu sənədlərdə münaqişə tərəfləri kimi Azərbaycan və Ermənistan qəbul olundu və tərəfləri münaqişəni dinc vasitələrlə nizama salmağa çağırdılar. 1992-ci il martın ortalarında BMT baş katibi özünün xüsusi nümayəndəsini, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vensi bölgəyə göndərdi. O, Bakıda, Xankəndində, İrəvanda oldu və qayıtdıqdan sonra BMT baş katibinə məlumat verdi. Həmin dövrdə münaqişə ilə hansı beynəlxalq qurumun məşğul olacağına dair mübahisələr gedirdi. Bu səfərdən və onun nəticələrinə dair xüsusi nümayəndə Sayrus Vensin məlumatından sonra BMT baş katibi belə bir açıqlama ilə çıxış etdi ki, bu məsələ ilə BMT deyil, ATƏM məşğul olmalıdır. Sonrakı hadisələr bu qərarın, özü də ABŞ nümayəndəsinin məlumatı əsasında qəbul olunmuş qərarın yanlış olduğunu göstərdi. Bundan sonra ATƏM çərçivəsində Minsk Qrupu, Yüksək Vəzifəli Şəxslər Komitəsi və digər qurumlar yaradıldı, lakin heç bir nəticə ortaya gəlmədi.
Azərbaycan 1991-ci il dekabrın 8-də İslam Konfransı Təşkilatına üzv oldu, bu təşkilatın imkanlarından yararlanmğa çalışdı. İKT yalnız 1993-cü ildən etibarən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəal mövqe tutmağa başladı.
Türkiyə, İran, Qazaxıstan, Gürcüstan 1992-1993-cü illərdə münaqişənin həlli ilə bağlı fəal mövqe tutmağa çalışır. Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü kimi bütün proseslərdə iştirak edir. Türkiyə, həmçinin, ABŞ və Rusiyanın təşəbbüsü ilə həyata keçirilən prosesə cəlb olunur. Türkiyə, ABŞ, Rusiya, Azərbaycan, Ermənistan nümayəndələrinin iştirakı ilə "3+2" formatı"nda bir neçə görüş keçirilir. Rəsmi Tehranın təşəbbüsü ilə 1992-ci il martın 16-da Tehranda İran, Azərbaycan, Ermənistan arasında atəşkəsə dair üçtərəfli saziş imzalanır. Həmin il mayın 7-8-də Tehranda İran, Azərbaycan, Ermənistan prezdentləri arasında münaqişənin nizama salınmasına dair sənəd imzalanır.1992-ci il avqustun 27-də Qazaxıstan prezdentinin təşəbbüsü ilə Alma-Atada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olur, atəşkəsə dair üçtərəfli sənəd imzalanır. Ondan bir az sonra, sentyabrın 19-da Rusiyanın Soçi şəhərində Rusiya və Gürcüstanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü keçirilir, hərbi əməliyyatların dayandırılmasına dair birgə sənəd imzalanır. Lakin bu sənədlərin heç biri yerinə yetirilmir.
1992-1994-cü illər həm də beynəlxalq təşkilatların münaqişəyə yanaşma prinsiplərinin formalaşdığı dövrdür. Şuşanın işğalından sonra Azərbaycan tərəfinin təkidləri ilə BMT Təhlükəsizlik Şurası sədrinin adından mayın 12-də bəyanat verilir. Bu, BMT-nin münaqişə ilə bağlı ilk sənədi idi. Bu sənəddə Şuşanın adı da çəkilmir, vəziyyətin gərginləşməsindən narahatlıq ifadə olunur. Bundan sonra BMT Təhlükəsizlik Şurası sədrinin vaxtaşırı bəyanatları verilir. BMT-nin bu və digər sənədləri, bir qayda olaraq, "Dağlıq Qarabağda vəziyyətə dair" adı ilə keçir. Daha sonra Azərbaycanın Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822(30 aprel 1993-cü il), 853(29 iyul 1993-cü il), 874(14 oktyabr 1993-cü il), 884(11 noyabr 1993-cü il) saylı qətnamələri qəbul olunur. Bu sənədlərdə Azərbaycanın bölgələrinin işğal olunması bəyan edilir, işğal olunmuş ərazilərin boşaldılmasının zəruriliyi vurğulanır. Lakin işğalçının kim olduğu qeyri-müəyyən "erməni qüvvələri" ifadəsi ilə qeyd olunur.
Bundan sonra BMT uzun müddət münaqişə ilə bağlı heç bir sənəd qəbul etmir. Yalnız 2006-cı il sentyabrın 7-də BMT Baş Assambleyasının 60-cı sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qətnamə qəbul olunur. Təəssüf ki, uzun fasilədən sonra qəbul olunmuş bu sənəddə yalnız işğal olunmuş ərazilərdə törədilən yanğınlardan narahatlıq ifadə olunur. Sənədin adı diqqəti cəlb edir, BMT "Dağlıq Qarabağda vəziyyətə dair" ifadəsindən bir qədər irəli gedərək qətnamənin adında işğal faktını vurğulayır. BMT Baş Assambleyasının 62-ci sessiyasının 2008-ci il martın 14-də qəbul etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qətnamə daha dəyərlidir. BMT sənədlərində ilk dəfə "Azərbaycanın Dağlıq Qarabağ regionu" ifadəsi işlədilir. Lakin yenə də "Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətraf ərazilərində mövcud olan münaqişə" formasında qeyri-müəyyən ifadə ilə kifayətlənirlər. Bu sənəddə qeyri-müəyyən "erməni qüvvələri" ifadəsinin əvəzinə məhz Ermənistanın işğalçı olduğu öz əksini tapır: "Ermənistanın bütün qüvvələrinin Azərbaycan Respublikasının işğal altında olan bütün ərazilərini dərhal, tam və qeyd-şərtsiz tərk etmələrini tələb edirik". Sənəddə Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalacağı xüsusi olaraq vurğulanır: "Azərbaycan Respublikasının tərkibində qalacaq Dağlıq Qarabağ bölgəsində effektiv demokratik özünüidarə sisteminin yaradılmasının... zəruriliyini tanıyırıq. "Bir məqam da maraqlıdır ki, bu sənəddə Dağlıq Qarabağdakı qondarma rejimin hər hansı dövlət tərəfindən tanınması ehtimalı rədd edilir: "Heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalından irəli gələn vəziyyəti hüquqi olaraq tanımamalı, eləcə də bu vəziyyətin saxlanılması üçün hər hansı yardım və dəstək göstərməməlidir". Qeyd olunmalıdır ki, bu qətnamə 40 lehinə, 7 dövlət əleyhinə, 100 dövlət bitərəf qalmaqla qəbul olunub. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ, Rusiya, Fransa da qətnamənin əleyhinə səs veriblər.
Münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏM-in (ATƏT-in) də mövqeyində obyektivlik müşahidə olunmur. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) Xarici işlər nazirləri şurasının 1992-ci il martın 24-də Finlandiyanın paytaxtı Helsinkidə keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul olunub. Bu sənəddə münaqişənin mahiyyəti öz əksini tapmır, "Dağlıq Qarabağ və onun ətrafındakı ... hərbi münaqişə" ifadəsindən istifadə olunur. Bu sənədlə "Dağlıq Qarabağ üzrə konfransın" Minskdə keçirilməsi qərara alınır, konfransın Azərbaycan, Ermənistan, Belarusiya, Almaniya, İtaliya, Rusiya, ABŞ, Türkiyə, Fransa, Çexoslovakiya və İsveçdən ibarət tərkibi razılaşdırılır. Sənəddə Dağlıq Qarabağdan "seçilmiş nümayəndələr" in konfransın işində "maraqlı tərəf" kimi iştirak edəcəkləri də əks olunub. ATƏM-in (ATƏT- in) bundan sonrakı sənədlərində, bir qayda olaraq, "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi işlədilir.
ATƏT-in (qurum 1995-ci ilin dekabrından belə adlanır) Lissabon Zirvə toplantısı (3 dekabr 1996- ci il) bəzi cəhətlərinə görə fərqləndi. Burada münaqişənin həlli ilə bağlı prinsiplərin müəyyənləşdirilməsi üçün ilk dəfə ciddi cəhd göstərildi. Lakin Ermənistanın əleyhinə olması ilə bağlı vahid sənəd qəbul etmək mümkün olmadı, ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatı ilə kifayətləndilər. Bu bəyanatda 3 prinsip öz əksini tapdı: Azərbaycan və Ermənistanın ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycanın tərkibində öz müqəddəratını təyin etməyə əsaslanan hüquqi statusu, Dağlıq Qarabağın və onun əhalisinin təhlükəsizliyi. Bu sənədin müsbət cəhəti Azərbaycanın ərazi bütövlüyünün müdafiə olunması və Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasının qeyd olunmasıdır. Lakin bütövlükdə obyektiv sənəd deyil. Burada işğal faktı göstərilmir və ilk dəfə Dağlıq Qarabağın statusu məsələsi ortaya gətirilir.
ATƏT-in Minsk Qrupu həmsədrləri 1997-1998-ci illərdə münaqişənin həllinə dair " paket həlli" (18 iyul 1997-ci il), " mərhələli həll" (2 dekabr 1997-ci il) və "ümumi dövlət" (7 noyabr 1998-ci il) adları ilə tanınan variantları irəli sürdülər. Bu variantların hər birində münaqişənin mahiyyəti pərdələnir, Dağlıq Qarabağdakı qondarma rejimin statusu ilə bağlı məsələ ön plana keçirilir, Azərbaycan əsassız güzəştlərə təhrik edilirdi. Bu sənədlərin yeganə müsbət cəhəti Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə mövcudluğu faktının təsdiqindən ibarət idi. Bu sənədlər ATƏT-in rəsmi sənədi kimi deyil, həmsədrlərin öz təşəbbüsü kimi dəyərləndirilə bilərdi. Bundan sonra ATƏT çərçivəsində qəbul olunan sənədlər narahatlıq və qarşılıqlı etimadın gücləndirilməsi arzularından kənara çıxmır.
2004-cü ilin aprelində ATƏT çərçəvəsində danışıqların " Praqa prosesi" deyilən mərhələsi başlayır. Bu proses ilk görüş Çexiyanın paytaxtı Praqada baş tutduğuna görə belə adlanır. Bu mərhələnin fərqləndirici cəhəti tərəflər arasında birbaşa görüşlərin keçirilməsi ilə bağlıdır.
Bu prosesin nəticəsi olaraq 2008-ci il noyabrın 29-da İspaniyanın paytaxtı Madriddə ATƏT Nazirlər Şurasının iclasında münaqişənin həllinə dair "əsas prinsiplər" deyilən sənəd qəbul olunur. "Madrid prinsipləri" adlandırılan və sonralar bir qədər təkmilləşdirilən bu sənədə görə, Dağlıq Qarabağ ətrafındakı rayonların, Kəlbəcər və Laçın istisna olmaqla, boşaldılması, köçkünlərin öz yerlərinə qaytarılması, Dağlıq Qarabağdakı rejimə aralıq və ya müvəqqəti statusun verilməsi nəzərdə tutulurdu, Dağlıq Qarabağın yekun statusu və Laçınla Kəlbəcərin azad edilməsi sonrakı mərhələyə saxlanırdı. Hazırda danışıqlar məhz bu prinsiplər əsasında aparılır. Bunlar təhlükəli və yalnız Ermənistanın maraqlarına cavab verən prinsiplərdir. Birincisi, Dağlıq Qarabağa hər hansı ad altında, "müvəqqəti" və ya "aralıq" adlandırılmasından asılı olmayaraq istənilən statusun verilməsi oradakı qondarma rejimin beynəlxalq, birlik tərəfindən tanınması demək olacaq. İkincisi, Dağlıq Qarabağın statusunun Azərbaycanın tərkibində müəyyən ediləcəyi şərti qoyulmur. Üçüncüsü, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin işğal edilməsi faktı sənəddə öz əksini tapmır.
Avropa Şurasının sənədləri ilk dövrdən nisbətən obyektivliyi ilə fərqlənir. Bu qurumun ilk sənədi Nazirlər Komitəsinin 11 mart 1992-ci il tarixli bəyanatı olub. Sənədin adı reallığı əks etdirmir, işğal faktını göstərmir və "Dağlıq Qarabağa dair bəyanat" forması ilə kifayətlənirlər. Digər beynəlxalq qurumların sənədlərindən fərqli olaraq, burada iki məqam diqqəti daha çox çəkir. Sənəd müəllifləri "azlıqların hüquqlarının təmin olunmasının" vacibliyini vurğulayıblar. Digər tərəfdən, sənəddə münaqişənin həlli üçün "daxili və xarici sərhədlərin pozulmazlığı"nın əsas götürülməsi qeyd olunur. Avropa Şurasının sonrakı sənədlərində "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi daha çox işlədilir. Avropa Şurası Nazirlər Komitəsinin 15 aprel 1993-cü il tarxili bəyanatında münaqişənin "sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, azlıqların müdafiəsinə hörmət" prinsipləri əsasında həll olunmasının vacibliyi qeyd olunur. Avropa Şurası Parlament Assambleyasının münaqişə ilə bağlı ilk qətnaməsi 1994-cü il noyabrında 10-da qəbul edilib. 1047(1994) saylı Qətnamədə "azlıqların hüquqlarına hörmət edilməsinə" çağırış edilir. Bir maraqlı məqam da ondan ibarətdir ki, beynəlxalq təşkilat ilk dəfə Azərbaycan və Türkiyəni guya "Ermənistanla kommunikasiya əlaqələrini blokadada saxlamaqda" ittiham edir.
Avropa Şurası Parlament Assambleyasının "Cənubi Qafqazda münaqişələrə dair" 22 aprel 1997-ci il tarixdə qəbul etdiyi 1119(1997) saylı qətnaməsi özündən əvvəlki və sonrakı beynəlxalq sənədlərdən əsaslı şəkildə fərqlənir və obyektivliyi ilə seçilir. Bu, görünür, Dağlıq Qarabağla Abxaziya münaqişələrinə eyni vaxtda baxılması və Gürcüstanın maraqlarını müdafiə etmək istəyi ilə bağlıdır. Sənəddə hər iki münaqişənin 1975-ci il Helsinki Yekun Aktı və 1990-cı il Paris Xartiyasına əsaslanaraq, "sərhədlərin toxunulmazlığı, bütün xalqların... təhlükəsizliyinin təmin olunması, geniş muxtariyyət statusu, qaçqın və məcburi köçkünlərin geri dönmək hüququ" prinsipləri əsasında həlli təklif olunur. Göründüyü kimi, "öz müqəddəratını təyinetmə", "azlıqların hüquqları" prinsipləri barədə heç nə deyilmir, yalnız "geniş muxtariyyət" statusundan bəhs edilir. Bu sənəddə bir maraqlı məqam da yer alıb ki, qurum Azərbaycan, Ermənistan və Gürcüstana bir dövlətdə birləşməyi, vahid parlament yaratmağı təklif edir.
Avropa Şurası Parlament Assambleyası 8 il sonra, 2005-ci il yanvarın 25-də qəbul etdiyi 1416(2005) saylı Qətnaməsində geriyə doğru böyük bir addım atır. Bu özünü elə sənədin adındaca göstərir: "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişəyə dair qətnamə". Bu cür bayağı adla dünyada bəlkə də ikinci bir sənəd olmayıb. Avropa Şurası əvvəlki mövqeyindən xeyli geri çəkilərək, ənənəvi "erməni qüvvələri" ifadəsini işlədir və bu qüvvələrin "Azərbaycanın ərazilərinin xeyli hissəsini hələ də işğalda saxladığını" qeyd edir, sonra isə əlavə edir ki, "separatçı qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edir". Belə çıxır ki, sənəd müəllifləri Dağlıq Qarabağı işğal olunmuş Azərbaycan ərazisi hesab etmirlər. Sənəddə Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının mümkünlüyünə də işarə edilir: "Bir dövlətin ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi... silahlı münaqişə yolu ilə deyil..., yalnız qanuni və dinc proses vasitəsi ilə əldə oluna bilər." Münaqişə ilə bağlı qəbul edilmiş sənədlərin içərisində məhz burada ilk dəfə "ipso facto" prinsipi xatırlanır, Minsk Qrupu çərçivəsində danışıqlar nəticə verməzsə, tərəflərə bu prinsip əsasında Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək təklif olunur. Bu prinsip mübahisəli məsələlərin "ipso facto", yəni baş vermiş fakt, mövcud reallıqdan çıxış edərək həll olunmasını nəzərdə tutur. Ermənistanın da istədiyi budur. Avropa Şurası Parlament Assambleyası da məhz bu sənədlə ermənilərin əsassız iddialarına dəstək verməyə çalışır. Azərbaycan həmin dövrdən etibarən ermənilərin bu iddialarını neytrallaşdırmaq üçün bütün beynəlxalq təşkilatlardan status-kvonun dəyişdirilməsi, yəni baş vermiş işğal faktının aradan qaldırılması, işğalçı qüvvələrin ərazilərdən çıxarılması tələbini qoyur, danışıqların yalnız bundan sonra davam etdiriləcəyini bildirir. Avropa Şurası Parlament Assambleyası uzun fasilədən sonra 2014-cü ildə yenidən Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. 2014-cü il oktyabrın 1-də qurumun Siyasi işlər və demokratiya komitəsi səviyyəsində aparılan bu müzakirələrdə "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı hesabatın hazırlanmasına dair qərar qəbul edilib. Sənədin adı hələlik müsbət hadisə kimi qeyd oluna bilər. Hesabatın hazırlanması üçün ingiltərəli deputat Robert Valter məruzəçi təyin edilib və o, 2015-ci ilin əvvəlində artıq regiona ilk səfərini edib.
Avropa İttifaqının münaqişə ilə bağlı qəbul etdiyi sənədlərdə fərqli mövqe nümayiş etdirilmir, daha çox ATƏT və Avropa Şurasının sənədlərinə uyğun mövqe nümayiş etdirilir, münaqişənin dinc vasitələrlə nizama salınmasının vacibliyi vurğulanır. Qurumun qəbul etdiyi ilk sənəddə, 22 may 1992- ci il tarixli bəyanatda "Dağlıq Qarabağ regionunda" döyüşlərin gərginləşməsindən narahatlıq ifadə olunur, Azərbaycan və Ermənistan təmkinli olmağa çağırılır, Dağlıq Qarabağın Azərbaycana məxsusluğu, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə bağlı heç nə deyilmir, işğalın, guya "yerli erməni qüvvələri" tərəfindən həyata keçirildiyi göstərilir. Avropa İttifaqının sonrakı sənədlərində də bu mövqe əks olunur. Qurumun sənədlərinin bir müsbət cəhəti qeyd olunmalıdır ki, hər dəfə Azərbaycanın ərazi bütövlüyü və suverənliyinin dəstəkləndiyi vurğulanır. Lakin bu mövqe özünü real işlərdə göstərmir. Avropa İttifaqı yalnız son dövrlərdə nisbətən ədalətli mövqe nümayiş etdirir. Avropa Parlamenti tərəfindən 2010-cu il mayın 20- də qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiyasına dair Qətnamə" - də bəzi müsbət məqamlar yer alıb. Bu sənəddə tərəflər "güc yolu ilə yaradılmış və heç bir beynəlxalq legitimliyi olmayan status-kvonu saxlamağa çalışmaqdan çəkinməyə" çağırılır. Sənəddə, həmçinin, "bütün erməni qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən geri çəkilməsi" tələb olunur. Avropa İttifaqı ilk dəfə Dağlıq Qarabağı da işğal olunmuş ərazi hesab edərək bildirir: "Dağlıq Qarabağ da daxil olmaqla... bütün işğal olunmuş Azərbaycan torpaqları tez bir zamanda boşaldılmalıdır".
NATO Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca müzakirələr aparmamış, sənədlər qəbul etməmiş, vaxtaşırı müəyyən ümumi sənədlərində münasibət bildirmişdir. İlk dəfə NATO Baş Qərargahının 27 may 1992-ci il tarixli yekun kommünikesində, digər məsələrlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinə belə münasibət bildirilir: "Naxçıvan da daxil olmaqla, Dağlıq Qarabağ və ətrafında mövcud olan münaqişə ilə bağlı dərin narahatlığmızı bildiririk." Burada Naxçıvanın da adının hallandırılması maraq doğurur. NATO sonrakı sənədlərində əsasən digər beynəlxalq qurumların səylərini dəstəkləyir, fərqli mövqedən çıxış etmir. NATO-nun 2014-cü il sentyabrın 6-da Uelsdə keçirilən Zirvə toplantısının Yekun Bəyannaməsində bir qədər fərqli və müsbət mövqə öz əksini tapıb. Həmin sənəddə Gürcüstan, Ermənistan və Moldova ilə yanaşı Azərbaycanın da ərazi bütövlüyü və suverenliyinin müdafiə olunduğu vurğulanıb. Diqqəti çəkən məqam ondan ibarətdir ki, bu sənəddə dövlətlərin ərazi bütövlüyü prinsipi qabardılır, millətlərin öz müqəddəratını təyinetmə prinsipi isə, ümumiyyətlə, xatırlanmır.
Münaqişə ilə bağlı tam obyektiv mövqe İslam Konfransı Təşkilatı (sonradan İslam Əməkdaşlıq Təşkilatı adlandırılır) tərəfindən nümayiş etdirilib. İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin 25-29 aprel 1993-cü ildə keçirilən XXI konfransında "Ermənistanla Azərbaycan arasında münaqişəyə dair Qətnamə" qəbul olunub. Sənəddə münaqişənin tərəfi kimi qeyri-müəyyən "erməni qüvvələri" deyil, Ermənistan göstərilir. İKT-nin (İƏT) istər dövlət başçıları, istərsə də xarici işlər nazirlərinin iştirakı ilə keçirilən toplantılarında qəbul olunan sənədlərdə Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qaldığı, Azərbaycan torpaqlarının məhz Ermənistan tərəfindən işğal olunduğu, Ermənistanın işğal olunmuş ərazilərdən çıxmasının zəruriliyi göstərilir. Bu sənədlərdə, həmçinin, Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq olunması təklif olunur. Bu mövqe İƏT xarici işlər nazirləri şurasının Ciddə şəhərində keçirilən 41-ci sessiyasının (19 iyun 2014-cü il) "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" adlı qətnaməsində bir daha öz əksini tapıb.
Beləliklə, beynəlxalq və regional təşkilatların, ayrı-ayrı dövlətlərin tutduğu mövqenin, ortaya qoyduqları sənədlərin öyrənilməsi Azərbaycan cəmiyyətinin və dövlətinin öz xəttini, prioritetlərini müəyyənləşdirməsi üçün vacib nəticələrin çıxarılmasına şərait yaradır.
DİGƏR XƏBƏRLƏR
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
Tarix: 27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ