APA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının təşəbbüsü ilə keçirilən "Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyi” mövzusunda iclasda Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
B. Muradova bildirib ki, bu cəhdlər nəticə verməyəcək: "Ölkə başçısı İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın Ermənistandan başqa heç bir dövlətlə ikitərəfli münasibətlərində problem yoxdur. Ona görə də Azərbaycana qarşı qaralama kampaniyası təsirsizdir. Çünki Azərbaycanın çox güclü müqavimət gücü var. Bu gücün içərisində Azərbaycan gəncliyi xüsusi yer tutur. Biz bu gücü çox yüksək qiymətləndiririk”.