şənbə günü, 28 noyabr 2026
     

“Erməni soyqırımı” məsələsinin RF-Türkiyə münasibətlərinə daxil olması Avropa siyasətçilərini rüsvay edə bilər

Image


"Erməni soyqırımı” məsələsinin RF-Türkiyə münasibətlərinə daxil olması Avropa siyasətçilərini rüsvay edə bilər. "Erməni soyqırımı”nın 100 illiyi tədbirləri 3 qrupa bölünür. Hazırlıq mərhələsi, Roma Papasının bəyanatı və tədbirin özünün keçirilməsi. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib:

"I. Hazırlıq mərhələsi. Ermənilər hazırlıq mərhələsində real güclərini başa düşdülər. Ona görə müəyyən kompromis və ya cəlbedici addımlar hazırlamışdılar: a) Dünyaca populyar, ermənilərin qədim peşəsinin davamçısı pornoaktrisa K.Kardaşyan baş nazir O.Abramyanın Ermənistanın inkişafı üçün təsis etdiyi fond tərəfindən dəvət edildi və səfəri həmin fond maliyyələşdirmişdi. Baş nazir onu qəbul etdi. K.Kardaşyan yüksək cinli dövlət qonağı kimi mühafizə və müşayiətlə təmin olunmuşdu. K.Kardaşyanın səfəri "soyqırım”ın 100 illiyi ərəfəsində Ermənistana populyarlıq gətirdi. b) Rəsmi Yerevan "erməni soyqırımı”nın keçirilməsi tədbirlər planında "Mets Yeqern” terminindən istifadəyə meylli idi. Başqa sözlə, B.Obamanın istifadə etdiyi və ya edəcəyi "Mets Yeqern” terminini əvvəlcədən razılaşdırılmış variant kimi təqdim etmək istəyirdilər. c) Dövlət başçılarını və yüksək səviyyəli nümayəndə heyətlərini cəlb etmək üçün bir sıra müəssisələrin açılışı nəzərdə tutulmuşdu. Fransanın "SAUR” şirkəti aprelin 22-də Ermənistana gəldi. Baş nazir O.Abramyanla görüşdü".

Politoloq bildirib ki, ABŞ-ın nümayəndə heyətinə maliyyə nazirinin başçılıq etməsinin əsas səbəbi Vorotan SES-in ABŞ-a satılması ilə bağlı müqavilənin imzalanması idi: "Ermənistan hökuməti bu müqaviləni imzalamağa hazır olduğunu bildirdi. ç) Azərbaycanlı girovlar D.Əsgərov və Ş.Quliyevlə əlaqəli yenicə tamamlanmış "hüquqi prosedurlar”ı yenidən təkrarladılar. Bu iki azərbaycanlı girovu həbsdən azad etmək istəyirdilər. II. Roma Papasının "erməni soyqırımı”nı "XX əsrin ilk soyqırımı” adlandırması və unutmamağa çağırması Avropada geniş rezonans yaratdı. Avrokomissiya və ABŞ Dövlət Departamentinin yaydıqları bəyanatla Roma Papasının bu bəyanatını adi hal kimi dəyərləndirmələri də nəticəsiz qaldı. Avropa dövlətləri "erməni soyqırımı”nın tanınmasını öz parlamentlərinin gündəliyinə daxil etdilər. Avroparlament "erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş qətnamə layihəsinin mətnində ciddi dəyişiklik etdi".

Mərkəz rəhbərinin sözlərinə görə, qətnamə layihəsində "erməni soyqırımı”nın tanınmasının müasir Türkiyəyə qarşı yönəlmədiyi xüsusi vurğulanırdı: "Guya "erməni soyqırımı”nı osmanlılar törədib və indiki Türkiyə bunun əvəzində cəzalanmamalıdır. Bu tezisi müzakirə zamanı sıradan çıxardılar. III. Tədbirin keçirilməsində əsas diqqət çəkən məsələ Ermənistanın bu tədbirə şou elementləri qatmasıdır. a) Konsertlərin təşkili. b) Rəsmi Yerevan müəssisələrin açılması, müqavilələrin imzalanması, Azərbaycanlı girovları azad etmək ilə bağlı verdiyi vədlərdən imtina etdi. c) Sisernekaberddə keçirilən yad etmə mərasimi Rusiya və Fransanın telekanalları vasitəsilə yayımlandı. 60 nümayəndə heyətinin iştirakı deyilsə də, əslində, cəmi 5-6 dövlətin rəsmiləri bu tədbirdə iştirak edirdilər. 10-12 ölkəni parlamentarilər təmsil edirdi. Qalanları isə Ermənistandan akkreditasiya olunmuş səfirliklər beynəlxalq nümayəndəliklərin təmsilçiləri qismində iştirak etdilər. Reallıqda iştirak edən nümayəndə heyətlərinin sayı 40 hüdudlarında idi. Bunlardan cəmisi 4-ü prezident idi-RF, Fransa, Serbiya və Kipr prezidentləri ilə təmsil olunmuşdu. Müqayisə üçün deyək ki, Türkiyədə Çanaqqala qələbəsinin 100 illiyinin qeyd olunmasında 90 ölkənin təmsilçiləri iştirak edirdilər. Bunlardan 21-i prezident və baş nazir səviyyəsində idi. Ondan bir az sonra Azərbaycanda III Qlobal Forum keçirildi. 70 ölkədən 350-ə yaxın nümayəndə iştirak etdi. Azərbaycandakı III Qlobal Forumda iştirak edənlərdən 6-sı fəaliyyətdə olan prezident idi".

M.Əhmədoğlu bildirib ki, RF və Fransa prezidentlərinin aprelin 24-də Yerevanda olmalarının tarixləri var: "RF-in əvvəlcədən davranışının təbiiliyi göstərir ki, V.Putin aprelin 24-də Ermənistanda olmaq istəmir. RF prezidentinin mətbuat xidmətinin rəhbəri D.Peskov erməni jurnalistlər tərəfindən bu məsələ qaldırılarkən dəfələrlə səfərin tarixinin hələ dəqiq bilinmədiyi cavabını verirdi. V.Putinin aprelin 24-də Ermənistanda olmaq istəməməsinin əsas səbəbi Türkiyə ilə əlaqəlidir. Türkiyə ilə münasibətlər hal-hazırda Rusiya üçün çox mühüm əhəmiyyət daşıyır. Bu iki ölkənin münasibətlər sistemi pozitivdir və Qərbə qarşı dayanmaqda Rusiyaya daha böyük əhəmiyyət kəsb edir. Türkiyə-Rusiya münasibətlərinin neqativ formaya keçməsi Rusiya üçün ciddi zərbə ola bilər. "Erməni soyqırımı” məsələsinin müəllifi Rusiyadır. Çar Rusiyasının böyüməsi və güclənməsi Osmanlı İmperiyasının zəifləməsi dövrünə düşdü. Ona görə Çar Rusiyası Anadoluda Ermənistan dövləti yaratmaqla həm Osmanlı imperiyasını parçalamaq, həm də Konstantinopola daha da yaxın olmaq istəyirdi. Çar Rusiyası Konstantinopolu (İstanbul) III Romaya, yəni Dünya Pravoslavlığının Mərkəzinə çevirmək istəyirdi. Ona görə Çar Rusiyası Osmanlının tərkibindəki ermənilərə xüsusi diqqət ayırdı, ermənilərin milli-genetik xüsusiyyəti bu məsələdə ruslara kömək edirdi. Osmanlının başında duranlar Çar Rusiyasının Anadoluda erməni dövləti yaratmaq planını başa düşdülər və erməniləri Anadoludan Osmanlı imperiyasının qərb hissəsinə köçürməyə başladılar".

Politoloq əlavə edib ki, ermənilər ruslara vəd verdiyi üçün müqavimət göstərdilər və beləliklə, böyük qırğın əmələ gəldi: "Amma Osmanlı imperiyasındakı qırğınlardan qabaq Rusiya özü təxminən bu coğrafiyada soyqırım törədib. Çar Rusiyasının şərqə doğru irəliləməsinin qabağında çərkəzlər ən böyük maneə idi. Ona görə rus ordusu öldürə bildiyi çərkəzləri öldürdü, öldürə bilmədiyini Türkiyəyə qovdu. Hətta Ermənistanda müəyyən qrupun tanıdığı "çərkəz soyqırımı”nı Türkiyə bu vaxtadək tanımayıb. Türkiyədə keçirilən Çanaqqala tədbirində Rusiyanı RF Dövlət Dumasının sədri S.Narışkin təmsil edirdi. S.Narışkin diplomatik yolla hər şeyi etiraf etdi. I Dünya Müharibəsi zamanı Rusiya və Türkiyənin ayrı-ayrı cəbhələrdə olduğunu bildirməklə indi bu iki dövlətin dost olduğunu vurğuladı. S.Narışkin I Dünya müharibəsində baş verənlərin tarixini tədqiq etmək üçün müştərək komissiya yaratmağı təklif etdi. Deməli, "erməni soyqırımı” mövzusu onların birgə tədqiqat predmeti olacaqdır. Rusiya və Türkiyə tarixçiləri ilk görüşünü keçirdilər. Açıqlanan məlumatlar ümidvericidir. Ola bilər bu fəaliyyət R.T.Ərdoğanı və Türkiyənin digər rəsmilərini Rusiyanın "erməni soyqırımı”nda tutduğu mövqeyini yumşaltsın. Rusiya və Türkiyə tarixçilərinin I Dünya müharibəsində baş verənlərin tarixini tədqiq etmək üçün müştərək komissiya yaratması"erməni soyqırımı” barədə bütün həqiqətləri aşkarlayacaq və bu erməniləri müdafiə edən Avropa siyasətçilərni rüsvay edə bilər.

RF "erməni soyqırımı”na münasibətdə əndazəni aşan addımlar atdı. V.Putin Yerevanda keçirilən "soyqırım”la əlaqəli konfransa müraciət göndərdi. Müraciətin mətni də diqqəti çəkir. Özü aprelin 24-də Ermənistana gəldi. Amma V.Putin görünür, R.T.Ərdoğanın dediklərindən nəticə çıxarıb və Ermənistandan çıxışı zamanı "erməni soyqırımı” terminini işlətmədi. V.Putin Türkiyə ilə münasibətləri daim diqqətdə saxladı. Mətbuat katibi D.Peskov vaxtaşırı bildirirdi ki, V.Putin Türkiyə rəhbərlərinin dediklərindən məlumatlıdır. V.Putinin Yerevanda tədbirdə iştirakı Türkiyə-Ermənistan münasibətinə zərər vurmayacaqdır".

M.Əhmədoğlunun sözlərinə görə, Ermənistanın və dünya erməniliyinin bütün cəhdlərinə baxmayaraq əksər dövlətlər Ermənistanın müraciətini rədd etdi: "Bəzi dövlətlər Roma Papasının liturgiyasından sonra "erməni soyqırımı”nın tanınmasını parlamentin gündəliyinə daxil etsələr də sonradan bu məsələni təxirə saldılar. "Erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar Yerevanda keçirilən tədbirdə iştirakdan imtina edən dövlətlər oldu. "Erməni soyqırımı”nın 100 illiyi Ermənistanın siyasi mühitinin hədsiz ağır xəstə olduğunu üzə çıxardı. Ermənilər həqiqətən inanırlar ki, onların tədbirində 4 prezidentin iştirakı cahanşümul qələbədir. Ermənilər belə başa düşürlər ki, Türkiyəni cəzalandırmağın əsl vaxtıdır. Erməni ekspertlərinin iradları əcaib formadadır. Guya Çanaqqala zəfərinin qeyd olunması üçün Türkiyəyə gələnlər yatmaqla məşğul idi. Amma Ermənistandakılar ayıq idilər. "Erməni soyqırımı”nın 100 illiyindən sonrakı proseslər barədə fikirlər haçalanıb. Bəzi ekspertlərə görə, belə aktivlikdən sonra "yerə enmək” asan olmayacaq. Yeni psixoloji durum yaran bilər".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ