şənbə günü, 28 noyabr 2026
     

Avropanın ən mürəkkəb qaz intriqasının açarı Azərbaycanın əlində...

Image


Azərbaycanın Yunanıstandakı təşəbbüsünün Avrokomissiyada ilişib qalması suallar doğurmağa başlayıb

Məlum olduğu kimi, Yunanıstanda son hakimiyyət dəyişikliyindən sonra bu ölkənin qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin səhmlərinin Azərbaycana satılmasında müəyyən problemlər yaranıb. Ekspertlər isə baş verənlərin Avropanın özü üçün də ciddi təhdid olduğunu bildirir. Çünki baş verənlər perspektivdə Azərbaycan qazının Yunanıstan üzərindən Avropaya nəqli üçün də müəyyən təhlükələr yaradır.
Düzdür, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin səhmlərinin alınması ilə bağlı danışıqları davam etdirir. Danışıqların indiyə kimi uzanmasına səbəb isə elə Avropada olan ağır bürokratiyadır. Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. Sövdələşmənin təsdiqlənməsi xeyli müddətdir ləngidilir və Azərbaycan tərəfi bununla bağlı Avropa Komissiyasına bir neçə dəfə etirazını bildirib. Hələ 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 milyon avroya alınmasına dair sövdələşməni təqdir edib.
2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və "Petroleum" şirkəti arasında "Səhmlərin Alqı-Satqı Müqaviləsi" və "Səhmdarlar haqqında Müqavilə" imzalanıb.
SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alır. "Bloomberg" agentliyi isə yazır ki, yeni Yunanıstan hökuməti DESFA şirkətinin səhmlərinin 66 faizinin SOCAR-a satışına dair 2013-cü ildə bağlanmış müqaviləni pozmağa hazırlaşır. Yunanıstanda bu ilin əvvəlində hakimiyyətə gələn solçu koalisiya DESFA-nın səhmlərinin üçdə ikisinin satılmasını ölkənin maraqlarına zidd hesab edərək müqaviləyə yenidən baxıla biləcəyini bildirib. Xəbərə görə, hazırda Yunanıstan hökuməti DESFA-nın səhmlərinin 66 faizini yox, 49 faizini SOCAR-a satmağa hazırdır. Bildirilir ki, SOCAR əvvəlcə yunan şirkətinin səhmlərinin 100 faizini almağı təklif edib. Ancaq sövdələşmə Avropa Komissiyasının xahişi ilə aprel ayına təxirə salınıb. Buna baxmayaraq, aprel ayında da Avropa Komissiyası SOCAR-DESFA sövdələşməsinə dair qərar çıxarmayıb. Xatırladaq ki, DESFA-nın alınması SOCAR üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan şirkəti bu şirkəti almaqla "Şahdəniz" qazının Yunanıstan üzərindən Avropa bazarlarına çıxarılmasında əlavə üstünlüklər qazanmaq istəyir. "Bloomberg" xəbər verir ki, Yunanıstan hökuməti təkcə DESFA-nın özəlləşdirilməsinə dair müqaviləyə deyil, əvvəlki hökumətin həyata keçirdiyi digər özəlləşdirmələrə də yenidən baxmağı nəzərdən keçirir. Yunan solçuları hesab edir ki, dövlət mülkiyyətində olan şirkətlərin nəzarət səhm paketlərinin xarici şirkətlərə satılması düzgün deyil.
Belə vəziyyət Avropanın enerji təhlükəsizliyi üçün yeni təhdid deməkdir. Özü də nəzərə almaq lazımdır ki, bütün bunlar Moskva və Afina arasında son yaxınlaşmalar fonunda baş verir. "The Daily Telefraph" nəşri baş verənlərin Avropada və ABŞ-da ciddi narahatlığa yol açıdığını yazır: "Birləşmiş Ştatlar Rusiya qazının Avropadan sıxışdırılması məqsədilə Moskva və Afina arasında boru kəmərinin tikintisi sazişinə mane olmağa çalışır. Əvəzində Vaşinqton Azərbaycandan alternativ qaz kəmərinin tikintisində təkid edir". Nəşr qeyd edir ki, Azərbaycan qazı Avropa bazarlarını Rusiya asılılığından qurtarmağa kömək edəcək: "ABŞ Rusiyanın Yunanıstanı ələ almasına "cavab atəşi" hazırlayır. Yaxın günlərdə bu məqsədlə Dövlət Departamentinin nümayəndə heyəti Afinaya yollanacaq. Nümayəndə heyətinə Beynəlxalq Enerji Əlaqələri üzrə özəl təmsilçi Amos Hokştayn rəhbərlik edəcək". Qeyd edək ki, bir müddət öncə A.Hokştayn "Hürriyət" qəzetinə müsahibəsində TANAP-ın əhəmiyyətinə diqqət çəkərək bu layihənin tamamlanması üçün hər kəsi səfərbər olmağa çağırıb. Hazırda Rusiya Yunanıstanın yeni seçilmiş solçu hökuməti ilə danışıqlar apararaq Avropa İttifaqının "Qazprom"dan imtina planını pozmağa çalışır. Afina və Moskva arasında bu istiqamətdə ciddi danışıqlar aparılır və ortada yeni bir boru kəmərinin inşası məsələsi də var. Lakin Brüssel Rusiyaya yaxınlaşdığı üçün Afinaya ciddi xəbərdarlıq edib. Bundan əlavə, Avropa Komissiyası Rusiyanın "Qazprom" şirkətinə qarşı rəsmi ittiham irəli sürüb. Şirkət antimonopoliya qanunlarını pozmaqda günahlandırılır.
Avropa Komissiyasının rəqabət məsələləri üzrə rəsmisi Marqarita Vestager "Qazprom"un Estoniya, Latviya, Litva, Macarıstan, Bolqarıstan, Çexiya, Polşa və Slovakiyada monopoliya yaratdığını bildirib. İddia şirkətin müəyyən etdiyi neft və qaz qiymətlərinə də aiddir. Vestagerin bildirdiyinə görə, belə qərara gəliblər ki, "Qazprom" bir neçə Mərkəzi və Şərqi Avropa ölkəsində qazın sərbəst axınına süni əngəl yaradır və bununla azad rəqabət qaydalarını pozur.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ