şənbə günü, 28 noyabr 2026
     

Müsavat kimlərin ümidinə qalır...

Image


Mayın 3-də Müsavat Partiyasının Binəqədi rayon təşkilatı Vurğun Əyyubun təşkilatın sıralarından xaric edilməsi barədə qərar qəbul edib. Musavat Partiyasının Divan üzvü və Binəqədi rayon təşkilatının keçmiş sədri Nemət Kərimli mətbuata açıqlamasında deyib ki, Vurğun Əyyub özəyin iclaslarına qatılmaqla bağlı çağırışlara məhəl qoymayıb, qərarlara tabe olmayıb, üzvlük haqqını ödəməyib. Buna görə də özək təşkilatı onun partiyadan xaric edilməsi ilə bağlı qərar qəbul edib.


"İsa Qəmbərin razılığı olmadan addım atmazlar”

Ancaq Vurğun Əyyub Müsavat Partiyasının sıralarından çıxarılması ilə bağlı verilən qərarı əsassız hesab edir. V.Əyyub Trend-ə bildirib ki, bu, gözlənilməz qərar deyil: "Çünki Müsavat Partiyasının mövcud qeyri-legitim rəhbərliyi bu qərarı əldə etmək üçün çoxdan çalışırdı”.

O qeyd edib ki, 3-4 nəfər yığışıb partiyadan onu xaric edib. V.Əyyubun sözlərinə görə, bu qərarı verən adamlar nizamnamədən kənar addım atdıqlarının fərqində deyillər və mənəvi məsuliyyətlərini unutmuş adamlardırlar: "Mənim guya partiyada qərarlara tabe olmadığımı əsas gətirirlər, amma hansı qərara tabe olmadığım bəlli deyil. Guya mən üzvlük haqqı ödəməmişəm. Mənim Müsavat Partiyasının qurulması, fəaliyyəti istiqamətində xərclədiyim pulları bu adamlar həyatları boyu üzvlük haqqı şəklində verə bilməzlər”.

Partiya funksioneri qeyd edib ki, bu qərar Müsavat Partiyasının rəhbərliyinin onu qeyri-legitim hesab edən Vurğun Əyyubdan qisas almaqdan başqa bir şey deyil.

V.Əyyub qərarın ləğv edilməsi istiqamətində hər hansı bir səy göstərməyəcəyini bildirib: "Qərarın ləğvi üçün müraciət etmək fikrində deyiləm, çünki qeyri-legitim orqanların verəcəkləri qərar mənim üçün indidən aydındır və partiyanın qurumları bir nəfərin iradəsi ilə oturub durur”.

V. Əyyub partiyadan çıxarılmasında sabiq başqan İsa Qəmbərin rolunun olub-olmaması barədə APA-nın sualına isə belə cavab verib: "Bu qərarda İsa Qəmbərin rolunun olması barədə bir şey deyə bilmərəm. Amma onu bilirəm ki, bu cür ciddi məsələlərdə İsa Qəmbərin razılığı olmadan addım atmazlar”.


Qubad İbadoğlundan sərt sözlər

Qərara münasibət bildirən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu isə bildirib ki, Vurğun Əyyubun Müsavat Partiyasından çıxarılması bir daha göstərdi ki, Müsavat qurultaydan sonra qisasçı təfəkkürə malik olan, yalnız qrup maraqlarını güdən, cılız hisslərlə yaşayan adamlar tərəfindən idarə olunur.

Q. İbadoğlu bildirib ki, hazırkı idarəçilik Müsavatın bugünündə rüsvayçı səhifə, tarixində qara ləkə kimi qalacaq, partiyanı isə gələcəkdə uçuruma aparacaq: "İnanıram ki, ləyaqətli partiya üzvləri, dəyərli ictimaiyyət nümayəndələri, yaradıcı ədəbiyyat və mətbuat təmsilçiləri son 7 ayda yalnız intriqalarla gündəmdə qalan, getdikcə daha da avtoritarlaşan, illərlə yığılmış gücünü və nüfuzunu itirərək demək olar ki, hər gün zəifləyən tarixi partiyanın bu tip qərarlarına laqeyd qalmayacaqlar”.


Adil Qeybulla istefa verdi

Müsavatın digər bir tanınmış üzvü Adil Qeybulla isə bu qərarı absurd adlandıraraq partiya sıralarından istefa edib. Adil Qeybulla deyir ki, Musavat rəhbərliyini "ələ keçirmiş indiki qurum" öz opponentlərinə qarşı "ədalətsiz, nizamnaməyə zidd, absurd" ittihamlarla yollarla mübarizə aparırır: "Əslində indiki Müsavat Partiyası daxilində çoxdan başlanmış təfriqəçilik və bölücülük siyasəti məntiqi sonluğuna çatıb. Bu gün qeyri-qanuni üsullarla partiya rəhbərliyini ələ keçirən məhdud bir qrup müsavatçılığın mahiyyəti ilə daban-dabana zidd olan avtoritar və aqressiv davranış nümayiş etdirir. Partiyanı işğal etmiş məhdud bir qrupun apardığı yanlış siyasətə və təşkilatda yaratdığı cılız qisasçılıq, avtoritarlıq fəaliyyətinə şərik olmaq niyyətim olmadığından partiya sıralarından istefa verdiyimi bəyan edirəm”.

Musavatın başqan müavini Elman Fəttah "BBC Azərbaycanca”ya açıqlamasında Adil Qeybullanın partiyanın avtoritar rəhbərliyi olduğuna dair iddiasını böhtan adlandırıb. Onun sözlərinə görə, xroniki olaraq partiyadan bir neçə insan istefa verib və sonradan partiya sıralarına geri qayıdır. "Bunlar yaxşı hal deyil, heç Adil bəyə də yaraşmaz. Adil bəy əvvəllər olduğu kimi fikrini dəyişib geri qayıda bilər”.

Adil Qeybulla isə Elman Fəttahın sözlərinə cavab olaraq, bundan öncə təkcə bir dəfə istefa etdiyini və bu addımının qınaqla qarşılandığını deyir: "2011-ci ildə istefa etmişdim. O vaxt da eyni tipli hadisə ilə bağlı idi istefam. Amma cəmiyyət və hərəkat yoldaşlarım tərəfindən qınaq və basqı var idi deyə, partiya sıralarına geri qayıtdım. Amma bu gün məni qınayanlar da qərarımı dəstəkləyirlər”.

Bundan sonra da siyasi fəaliyyətini davam etdirəcəyini deyən A.Qeybulla "Bu mübarizə heç bir Musavatçılıq prinsiplərinə cavab vermir. Bu tendensiya davam etdiyinə görə, ordakı mənəvi mühiti nəzərə alaraq artıq orda işləməyin qeyri - mümkün idi. Bu səbəbdən istefa etdim”, - deyə bildirir.


Binəqədi təşkilatının özəyindən Vurğun Əyyub açıqlaması…

Ancaq bütün bunlarla belə Müsavatın Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin sədri Sabit Hacıyev V. Əyyubun partiyadan çıxarılması barədə qərarın yanlışlığı barədə iddialar tam əsassız sayır. Onun sözlərinə görə, Vurğun Əyyub 7 ildir ki, özəyin iclasında iştirak etmir, üzvlük haqqı ödəmir: "Bu informasiyanı yayan adamlar özləri həmin özəyin üzvüdürlər və onlar da iclaslara qatılmırlar. Dünənki iclasda 11 nəfər özək üzvündən 4 nəfəri iştirak edib. Qərarı üzvlərin 1/3-i verib. Bu da qərarın düzgün və heç bir pozuntu olmadan verilməsinə sübutdur”.


Müsavatın qərargahı qarşısında etiraz aksiyası

Bu arada Vurğun Əyyubun və digərlərinin Müsavat Partiyasından çıxarılmasına etiraz olaraq partiyanın qərargahı önündə etiraz aksiyası keçiriləcək. Bu barədə APA-ya açıqlamasında Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli məlumat verib.

O qeyd edib ki, üzvlər tərəfindən partiyada baş verən son hadisələrə etiraz olaraq aksiya keçirilməsi təklif olunub: "Biz bu təklifləri dəyərləndirib, aksiyanın vaxtını müəyyənləşdirəcəyik. Güman ki, aksiya mayın 6-da keçiriləcək. Həm də biz bilmək istəyirik ki, hakimiyyətdən aksiya üçün yer tələb edən, narazılıq edən bir partiya öz qərargahı qarşısında etiraz aksiyasına necə yanaşacaq? Görəsən, indi Müsavatda demokratiya qalıbmı? Bunu aksiya zamanı görəcəyik”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ