"Azərbaycana qarşı qarayaxmalar İlk Avropa Oyunlarının keçirilməsinin üzərinə kölgə sala bilməyəcək”. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, Azərbaycan xarici dairələrin qarayaxmalarına müəyyən qədər alışıb: "Bir neçə il bundan öncə Azərbaycanda mötəbər "Avroviziya” mahnı yarışması keçiriləndə də belə hallarla qarşılaşmışdıq. Amma Azərbaycan bu yarışmanı çox yüksək səviyyədə keçirdi. Tədbir "Avroviziya” mahnı müsabiqəsi tarixində yeni səhifə yazmağa nail oldu. Artıq İlk Avropa Oyunlarının keçirilməsi üçün bütün zəruri hazırlıq işləri başa çatdırılıb. İştirakçı tərəflər məlumdur və çox az müddətdən sonra onlar öz missiyalarını yerinə yetirəcəklər. Azərbaycanın adı İlk Avropa Oyunlarının keçirildiyi məkan kimi bu oyunların tarixinə yazılacaq”.