şənbə günü, 28 noyabr 2026
     

Rusiya və İran narahatlıq içində, "Transxəzər" reallaşmağa başlayır...

Image


Avropaya enerji nəqli sahəsində Xəzəryanı ölkələrlə Qərb dövlətlərinin əməkdaşlığı son dövrlərdə daha intensiv şəkildə inkişaf etməkdədir. Real vəziyyətin təhlili göstərir ki, Rusiyanın bütün iddialarına və etirazlarına baxmayaraq, Xəzər hövzəsindən Avropaya daha çox həcmdə təbii qaz axını həyata keçiriləcək. Bu zaman Azərbaycan Avropa üçün əsas tranzit ölkələrdən birinə çevriləcək.
Hər halda, Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan, Türkiyə, Türkmənistan və Avropa İttifaqı arasında dördtərəfli görüş bu qənaətə gəlməyə əsas verir. Görüşün əsas məqsədi Türkmənistan təbii qazının "Transanadolu" Boru Xətti (TANAP) layihəsinə cəlb olunması üzrə müzakirələrin aparılması ilə bağlı olub. Görüşdən sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki, müzakirələrin yekununda Türkmənistanın təbii qazının qiymətləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu və birgə bəyanat imzalanıb":Bu Anlaşma Memorandumunun Türkiyənin enerji siyasəti baxımından böyük faydası olacaq". Qeyd edək ki, dördtərəfli müzakirələrdə Taner Yıldız, Türkmənistan prezidentinin neft və qaz məsələləri üzrə köməkçisi Baymurat Hocamuhəmmədov, Azərbaycanın energetika nazir Natiq Əliyev və Avropa Komissiyasıın vitse-prezidenti Maroş Şevtsoviç iştirak edib. Maroş Şevtsoviç başqa bir maraqlı məqama da diqqət çəkərək vurğulayıb ki, Avropa İttifaqı Rusiyadan enerji sahəsində asılılığını azaltmaq məqsədilə Türkmənistandan 2019-cu ildən başlayaraq təbii qaz almağı planlaşdırır. Onun sözlərinə görə, Aşqabad görüşləri Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsinə qoşulmaq niyyətini qoruyur: "Aşqabadda baş tutan görüş gələcək əməkdaşlığa stimul verəcək". Bütün bunlar həm də onu göstərir ki, qarşıdakı 4 il ərzində məşhur "Transxəzər" layihəsi reallaşacaq. Məhz bundan sonra da Avropa "Transxəzər" qaz kəmərilə Türkmənistandan qaz almağa ümid edir. Avropa hesab edir ki, "Transxəzər" kəmərini çəkmək üçün onun keçdiyi ölkələrin razılığı kifayətdir. Yəni kəmər Türkmənistan və Azərbaycanın Xəzərdəki milli sektorlarından keçdiyi üçün Bakı və Aşqabadın razılığı layihənin həyata keçirilməsi üçün kifayətdir. Lakin o da məlumdur ki, Xəzərdə güclü hərbi donanma saxlayan Rusiya buna qarşı çıxır. Moskva dəfələrlə qəti şəkildə bildirib ki, Xəzərin dibindən kəmərlərin çəkilməsi ancaq bütün sahilyanı ölkələrin ümumi razılığı əsasında baş tuta bilərdi. İran da analoji mövqedən çıxış edir. Bu ölkələr, xüsusən də Rusiya baş verənlərin enerji mövqeyinə təhdid yaratdığını bildirir. Qərbin istəyi reallaşarsa, bu, Avropanın qaz bazarında "Qazprom"un mövqelərini zəiflətmək üçün kifayət edəcək. Düzdür, Azərbaycan "Transxəzər" layihəsində həmişə ehtiyatlı mövqe nümayiş etdirib, bu məsələdə öndə gedən tərəf olmaq istəmir. Hələlik isə Qərb "Transxəzər"in həyata keçirilməsində israrlı mövqe nümayiş etdirir. Elə Maroş Şevtsoviç bu günlərdə bildirmişdi ki, Avropa Komissiyası Azərbaycan və Türkmənistana "Transxəzər" qaz kəməri layihəsinə dair 2011-ci ildə imzalanmış memorandumu yeniləməyi təklif edib. Azərbaycan və Türkmənistan bu təklifə hələlik cavab verməyib. Ancaq Türkmənistan tərəfi "Transxəzər" layihəsində xeyli fəallıq edir və bu marşrutu qaz nəqlinin şaxələndirilməsi strategiyasının mühüm hissəsi sayır.
Türkiyə də layihədə maraqlı tərəflərdən biridir, çünki türkmən qazının Azərbaycan və Gürcüstandan keçməklə bu ölkəyə, oradan Avropaya nəqli Ankaranın geosiyasi mövqelərini daha da gücləndirəcək. Ekspertlər hesab edir ki, Azərbaycan və türkmən qazı yaxın gələcəkdə birləşərək Avropaya axarsa, bu, sözügedən məkanda təbii qaza olan ehtiyacın yarıdan çoxunun ödənilməsinə imkan verəcək. Lakin Xəzərin neft-qaz sərvətlərinin Avropa bazarına daşınması və bu fonda yeni layihələrə start verilməsi Rusiya və İranın xoşuna gəlmir. Bilindiyi kimi, bu məqsədlə onlar "Transxəzər"ə qarşı müəyyən addımlar atır və bunlardan biri də tərəflərin dənizdə hərbi qüvvələrini artırmasıdır. Tehran artıq burada öz donanmasını sürətlə yaratmağa başlayır. Rusiya hazırda ən müasir gəmilərlə təchiz edilmiş böyük bir hərbi dəniz donanması yaradıb. Lakin "Transxəzər"ə bu vasitə ilə sonadək maneə yaratmağın mümkünsüzlüyünü Moskva və Tehranda yaxşı başa düşürlər. Həm də burada onu da aydın görürlər ki, "Transxəzər" çəkilərsə, perspektivdə ona Qazaxıstan və Özbəkistan da qoşula bilər. Nəticədə "Transxəzər" daha böyük iqtisadi layihəyə çevrilmək imkanına sahib ola bilər. Elə bu səbəbdən indidən Rusiya və İran "Transxəzər"i özlərinə böyük təhdid olaraq görür. İndi bu məsələdə Qərbin, yoxsa Rusiya ilə İranın qalib gələcəyini zaman göstərəcək. Lakin hazırda Azərbaycan və Türkmənistan arasında müşahidə olunan yaxınlıq da "Transxəzər"in mümkün qədər tez reallaşmasına əlavə stimul verir. İki ölkənin münasibətlərində müşahidə olunan əsas yenilik məhz rəsmi Aşqabadın Xəzərin indiyədək mübahisə predmeti olan neft və qaz yataqlarının işlənməsi və Xəzərin hüquqi statusunun həll olunması ilə bağlı təklifləri dəstəkləməsində də özünü göstərir.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ