Terror təşkilatı İŞİD İraqdakı yaraqlılarının sayını ilk dəfə açıqlayıb. Baki-xeber.com xəbər verir ki, təşkilatın "Mosul valisi" kimi tanınan Əbu Saad Ənsari Mosulun mərkəzindəki xəlifə məscidində cümə xütbəsi zamanı bu barədə rəqəm açıqlayıb.
Dünyada "İslam Dövləti"ni dəstəkləyənlərin sayının çox olduğunu iddia edən İŞİD sözçüsü bildirib ki, tək İraq sərhədləri daxilində 40 min könüllü savaşçı var. Ənsari Mosuldakı yaraqlıların sayını da açıqlayıb. Onun iddiasına görə hazırda şəhərdə 20 min yaraqlı var.